Paşinyanın yalanları ifşa olundu
27.09.2022 [10:07]
BMT-də çıxış edən Ceyhun Bayramov Ermənistanın təxribatları haqqında geniş məlumat verib
Nardar BAYRAMLI
Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında BMT Baş Assambleyası əsas beynəlxalq tribunalardan biridir. Bir neçə gün öncə təşkilatın Baş Assambleyasının 77-ci sessiyasında çıxış edən Ermənistanın baş naziri Nikol Paşinyan ölkəmizə qarşı əsassız ittihamlar irəli sürdü. Amma sessiyada iştirak edən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov çıxış edərək Paşinyanın yalanlarını ifşa edib. C.Bayramov bildirib ki, Azərbaycan 1990-cı illərin əvvəllərində Ermənistanın əsasını ərazi iddiaları, beynəlxalq hüququn yanlış şərhi, uydurma tarixi hekayələr və irqçi motivlər təşkil edən təcavüzündən ciddi zərər çəkib. Hələ o zaman BMT-nin Təhlükəsizlik Şurası yekdilliklə Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına öz dəstəyini ifadə etmiş və bütün işğalçı qüvvələrin Azərbaycan ərazilərindən çıxarılmasını tələb etmişdi. Baş Assambleya da belə etdi. Təcavüz zamanı Ermənistan Azərbaycan ərazisinin 20 faizini işğal edib. 20 min azərbaycanlı qətlə yetirilib, 1 milyondan çox insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Həm mülki, həm də hərbçi olmaqla itkin düşmüş 4000-ə yaxın Azərbaycan vətəndaşının taleyi hələ də qeyri-müəyyəndir.
Nazirin sözlərinə görə, təxminən 30 il ərzində etnik təmizləmə həyata keçirən Ermənistan azərbaycanlıların geri qayıtmasının qarşısını almaq və bu ərazilərin ilhaqını təmin etmək məqsədi ilə beynəlxalq humanitar hüququ kobud şəkildə pozaraq, Ermənistandan və üçüncü ölkələrdən erməniləri kütləvi şəkildə Azərbaycanın işğal olunmuş ərazilərinə köçürməklə qanunsuz məskunlaşma siyasətini həyata keçirib: “Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) himayəsi altında münaqişələrin həlli səyləri heç bir nəticə verməyib. Təxminən 30 il ötdükdən sonra, 2020-ci ilin payızında Azərbaycan Ermənistanın növbəti irimiqyaslı hərbi təxribatına cavab olaraq və BMT Nizamnaməsi ilə üzv dövlətlərə verilən ayrılmaz hüquqları rəhbər tutaraq əks-hücum əməliyyatına başladı. Nəticədə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 2020-ci il noyabrın 10-da imzaladığı üçtərəfli Bəyanata uyğun olaraq, Azərbaycan öz ərazilərini işğaldan azad edib və üç onillikdən bəri davam edən silahlı münaqişə hərbi-siyasi yolla həll edilib”.
C.Bayramov diqqətə çatdırıb ki, Azərbaycan regional sülh, sabitlik və inkişafa sadiqdir. Ermənistan və Azərbaycan arasında mehriban qonşuluq münasibətlərinin qurulması tamhüquqlu regional normallaşma yolu ilə təhlükəsiz, sabit və firavan Cənubi Qafqazın qurulmasının açarıdır. Azərbaycan işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparmaq və münaqişədən zərər çəkmiş ərazilərdə sakinlərin reinteqrasiyasını həyata keçirməklə yanaşı, bir-birinin ərazi bütövlüyü və suverenliyini qarşılıqlı əsasda tanıma və hörmət əsasında Ermənistan ilə dövlətlərarası münasibətlərin normallaşdırılması prosesinə start verib.
Azərbaycanın dəfələrlə Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqlara başlamağa hazır olduğunu bəyan etdiyini və bu məqsədlə öz milli nümayəndə heyətini yaratdığını deyən nazir söyləyib ki, Azərbaycan, Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası prosesinin başlanması, nəqliyyat və kommunikasiya əlaqələrinin açılması, o cümlədən beynəlxalq nəqliyyat şəbəkəsinin tərkib hissəsi olan Zəngəzur dəhlizinin yaradılması istiqamətində səylər göstərib. Son aylar ərzində Ermənistan və Azərbaycan arasında birbaşa dialoq da daxil olmaqla təmaslarda dinamikanın artmasına baxmayaraq, Ermənistan, görünür, danışıqların imitasiyasına dair keçmiş təcrübəsinə sadiq qalır və öhdəliklərini vicdanla yerinə yetirmək əvəzinə, tez-tez təxribatlara əl atır, gərginlik yaradır və Azərbaycanla davam edən normallaşma prosesinə xələl gətirir.
Nazir xatırladıb ki, 10 noyabr tarixli üçtərəfli Bəyanatda nəzərdə tutulduğu kimi, Ermənistan silahlı qüvvələrini Azərbaycan ərazilərindən tam olaraq çıxarmayıb və Azərbaycan ərazilərində müxtəlif hərbi fəaliyyətləri, o cümlədən minaların yerləşdirilməsini davam etdirir. Son zamanlar Azərbaycanın Laçın rayonunda 2021-ci ildə Ermənistanda istehsal edilmiş çoxlu sayda piyada əleyhinə minalar aşkar edilib. Ermənistan bir sıra siyasi və hərbi təxribatlardan sonra, xüsusən də iki ölkə liderlərinin dördüncü Brüssel görüşündən sonra sentyabrın 12-dən 13-nə keçən gecə şərti dövlət sərhədi xətti boyunca gecə vaxtı və mürəkkəb relyefdən istifadə edərək Azərbaycanın hərbi mövqeləri arasındakı yollarda mina yerləşdirərək növbəti irimiqyaslı hərbi təxribata əl atıb. Daha sonra Ermənistan müxtəlif çaplı silahlardan istifadə edərək Azərbaycan mövqelərini atəşə tutub ki, bu da Azərbaycan hərbi qulluqçuları arasında itkilərə səbəb olmuş, hərbi infrastrukturuna xeyli ziyan vurub.
C.Bayramov bəyan edib ki, Azərbaycan öz suverenliyinə və ərazi bütövlüyünə qarşı təhlükənin neytrallaşdırılması, şəxsi heyətin, eləcə də ərazidə yenidənqurma işlərində iştirak edən mülki heyətin təhlükəsizliyinin təmin edilməsi üçün adekvat tədbirlər həyata keçirib. Azərbaycan Silahlı Qüvvələri son dərəcə təmkin və peşəkarlıq nümayiş etdirərək, Azərbaycan mövqelərinə hücumların qarşısını almaq üçün yalnız Ermənistanın atəş nöqtələrini yüksək dəqiqlikli silahlarla hədəfə alıb. Ermənistan açıq şəkildə beynəlxalq ictimaiyyətin diqqətini manipulyasiya etmək üçün gərginliyin daha da artmasına cəhd edib. Belə ki, sentyabrın 13-də Ermənistan, razılaşdırılmış atəşkəsə məhəl qoymayaraq Azərbaycan ərazisini yüksək çaplı silah və artilleriyadan atəşə tutmağa davam edib. Nəticədə Azərbaycan tərəfində 80 hərbçi həlak olub, 282 hərbçi və 2 mülki şəxs yaralanıb. Ermənistanın bu cür təhlükəli hərəkətlərinə zidd olaraq, Azərbaycan son dərəcə təmkinli davranıb, müvafiq beynəlxalq tərəfdaşlarla təmaslar da daxil olmaqla bir sıra addımlar atıb, atəşkəs rejiminin bərpası üçün xoş niyyət və həqiqi iradə nümayiş etdirib. Azərbaycan gərginliyin mövcudluğunda maraqlı deyil və ola da bilməz. Əslində, son hərbi əməliyyatlar münaqişədən sonra irimiqyaslı investisiya, reabilitasiya və yenidənqurma layihələrinin həyata keçirildiyi ərazilərə yaxın yerdə baş verib. Bundan əlavə, son gərginlik Ermənistandan son 30 ildə müşahidə etdiyimiz nümunəyə çox uyğun gəlir. Ermənistan hər dəfə sıçrayışa nail olmaq üçün həlledici mərhələdə lazımi qərarlar qəbul etmək məsuliyyətindən yaxa qurtarmaq vasitəsi kimi analoji ciddi təxribata əl atırdı. Biz arzu edərdik ki, Ermənistanın indiki rəhbərliyi öz sələflərinin regionda sülh və təhlükəsizlik imkanları pəncərəsini bir daha qəsdən bağlamaq yolu ilə getməsin.
Qeyd olunub ki, Azərbaycan öz suverenliyinə və ərazi bütövlüyünə, eləcə də vətəndaşlarının təhlükəsizliyinə qarşı hər hansı təhlükəni dəf etməkdə qətiyyətlidir və Ermənistanı vəziyyəti daha da gərginləşdirməkdən çəkinməyə çağırır: “Əvəzində Ermənistan mehriban qonşuluq münasibətlərinin qurulması yolu ilə regionda proqnozlaşdırıla bilən sabit vəziyyət yaratmaq üçün davam edən normallaşma prosesinə konstruktiv şəkildə qoşulmalıdır. Bu kontekstdə Azərbaycan və Ermənistan liderlərinin 2022-ci il avqustun 31-də Brüsseldə Aİ Şurasının sədri ilə keçirilən dördüncü görüşündə əldə olunan razılığa əsasən, Azərbaycan təxirə salmadan Ermənistana sülh müqaviləsi üzrə praktiki işə başlamağa hazır olduğunu bir daha bəyan edib. Görüşdən dərhal sonra biz Ermənistana belə danışıqlar üçün konkret tarix və məkan təklif etdik. İki gün əvvəl biz Ermənistan baş nazirinin burada səsləndirdiyi bəyanatı dinlədik. Təəssüflər olsun ki, bu, erməni tərəfinin normallaşma əvəzinə qarşıdurmanı davam etdirməyə niyyətli olduğunu nümayiş etdirən növbəti bir sübut oldu. Azərbaycanda biz hesab edirik ki, regionumuz kifayət qədər qarşıdurma, dağıntılar və iztirablar görüb. Hər iki xalqın münaqişədən sonrakı normallaşmaya tam şəkildə qoşulmasının vaxtıdır, beləliklə, nəhayət, tariximizin faciəli səhifəsini çevirib uşaqlarımız üçün daha yaxşı gələcək qurmağa başlaya bilərik. Azərbaycan tərəfi öhdəliklərinə sadiqdir”. Nazir ümid etdiyini bildirib ki, Ermənistan, nəhayət, konstruktiv şəkildə qarşılıq verəcək və danışıqlara səmimi şəkildə qoşulacaq.
Xəbər lenti
Hamısına baxDünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46

