Rusiya sülhməramlılarına arxayın olan Ermənistanı...
11.11.2022 [10:11]
Növbəti faciələr gözləyir
Mübariz ABDULLAYEV
Cənubi Qafqaz regionunda davamlı sülhün və sabitliyin təmin olunmasını istəyən qalib Azərbaycan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatla üzərinə düşən bütün öhdəlikləri yerinə yetirir. Ancaq eyni sözləri məğlub Ermənistan barəsində demək mümkün deyil. Üç onillik ərzində işğalçılıq siyasəti apararaq regionda təhlükəsizliyə ciddi təhdidlər yaradan bu ölkə postmüharibə mərhələsində müxtəlif manipulyasiyalara əl ataraq üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəliklərin icrasını yubatmağa çalışır. Son vaxtlarda məğlub Ermənistanın əl atdığı belə manipulyasiyalardan biri də Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarət zonasında qalma müddətinin uzadılması ilə bağlıdır. Ermənistanın baş nazir Nikol Paşinyan bu mövzunu oktyabrın 31-də Rusiyanın Soçi şəhərində baş tutan üçtərəfli görüş ərəfəsində növbəti dəfə gündəmə gətirdi. “Mən Soçidə sülhməramlıların mandatının 10, 15 və ya 20 il uzadılması ilə bağlı sənəd imzalamağa hazıram. Rusiya Prezidentinin belə bir təşəbbüslə çıxış etməsini təklif edirəm. Mənim özüm də bu təklifi verə bilərəm, amma Rusiya tərəfi onu dəstəkləməlidir”. Ermənistan lideri bu məzmunlu fikirləri Soçi görüşündən əvvəl parlamentdə və digər səviyyələrdə keçirilən tədbirlərdə səsləndirmişdi. N.Paşinyan Soçidə Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında baş tutan üçtərəfli görüşdə də bəhs olunan məsələni müzakirə predmetinə çevirməyə və hansısa bir sənəd imzalanmasına nail olmağa cəhd göstərib.
Ancaq məğlub Ermənistanın manipulyasiya cəhdi növbəti dəfə iflasa uğrayıb. Belə ki, onun təklifi vasitəçi qismində çıxış edən Rusiya tərəfindən dəstəklənməyib. Soçidə liderlərin görüşünün yekunu olaraq üçtərəfli bəyanat imzalanıb. Həmin sənəddə də Rusiya sülhməramlılarının müvəqqəti nəzarət zonasında qalma müddətinin uzadılması barədə heç nə qeyd olunmayıb. Bu, o anlama gəlir ki, Rusiya sülhməramlılarının müvəqqəti nəzarət zonasında qalma müddətinin uzadılması ilə bağlı müzakirələrin aparılması qalib Azərbaycanın və vasitəçi dövlət olan Rusiyanın gündəliyində yer almır. Prezident İlham Əliyev noyabrın 8-də Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdəki çıxışında bu xüsusda ölkəmizin birmənalı mövqeyini bir daha nəzərə çatdıraraq vurğulayıb: “Rus sülhməramlılar orada müvəqqəti yerləşiblər, 2020-ci ilin 10 noyabr Bəyanatında onların müddəti göstərilir və əgər kiməsə bel bağlayırlarsa, yenə də faciə ilə üzləşəcəklər”.
Xatırladaq ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatda Rusiya sülhməramlıları ilə bağlı bütün təfərrüatlar aydın şəkildə öz əksini tapıb. Sənədin 3-cü bəndində Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının 1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingentinin yerləşdirilməsi nəzərdə tutulub. Bəyanatın 4-cü bəndində oxuyuruq: “Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir. Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyətini Tərəflərdən hər hansı biri bəyan etməzsə, avtomatik olaraq növbəti 5 illik müddətlərə uzadılır”.
Hələ məlum sənədin imzalanmasından cəmi iki il vaxt ötüb. Yuxarıda vurğuladığımız kimi, məsuliyyətli dövlət olan Azərbaycan üçtərəfli Bəyanatın müddəalarına tam şəkildə əməl edir və Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarət zonasında fəaliyyətinə hər hansı bir maneçilik yaratmır. Sənəddə nəzərdə tutulan müddət bitdikdən sonra isə sülhməramlıların müvəqqəti nəzarət zonasında qalmalarına ümumiyyətlə zərurət olmayacaq və onların fəaliyyətinə xitam veriləcək. Ermənistan liderinin gündəmə gətirmək istədiyi məsələ bu gün hər hansı bir aktuallıq daşımır. Məğlub Ermənistanda nəhayət dərk olunmalıdır ki, Rusiya sülhməramlılarının və yaxud digər xarici güclərin çətiri altına sığnmaq bu ölkəni öhdəlikləri yerinə yetirmək məsuliyyətindən xilas etməyəcək. Məğlub ölkə üçün ən optimal yol manipulyasiyalara son qoymaq və öhdəlikləri yerinə yetirməkdir.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29

