Radikalların əməlləri ölkə vətəndaşlarında narahatlıq doğurur
17.03.2011 [10:10]
Məlum olduğu kimi, son zamanlar Azərbaycanın sabit və dinamik inkişafından narahat olan bir sıra qüvvələr ölkəmizdə qarışıqlıq yaratmağa çalışırlar. Həmin xarici qərəzli qüvvələrin anti-Azərbaycan planlarının baş tutmasına yerli radikallar da köməklik göstərirlər. Onlar müxtəlif vasitələrdən istifadə edərək, Azərbaycanı 1990-cı illərin əvvəllərində mövcud olmuş xaos və anarxiya vəziyyətinə yenidən qaytarmağa cəhd göstərirlər. Bütün bunlar isə vətəndaşların narahatlığına səbəb olub.
ötən gün redaksiyamıza daxil olmuş bir sıra məktublarda vətəndaşlarımızın haqlı narazılıqları öz əksini tapıb. İnsanlar Prezident İlham Əliyevdən sabitliyin və təhlükəsizliyin qorunması üçün ciddi tədbirlər görməyi xahiş edirlər. Belə ki, Tərlan Əliyarbəyov küçəsi, 9 nömrəli binanın sakinləri tərəfindən göndərilən məktubda deyilir: “Son günlər şəhərin mərkəzində baş verən hadisələr bütün Bakı sakinləri kimi bizim də rahatlığımızı pozmuşdur. Belə ki, özlərini Azərbaycanın qeyrətli vətəndaşları kimi göstərməyə çalışan bəzi ünsürlər, yəni, müxalifətçilər düşmən dövlətlərin tapşırığını yerinə yetirmək üçün respublikada çaşqınlıq və qarışıqlıq yaratmaq istəyirlər. Onların niyyətləri bizim kimi bütün Azərbaycan vətəndaşlarına da məlumdur. Cənab Prezident, sizdən artıq dərəcədə xahiş edirik ki, övladlarımızın şən və firavan yaşamasının pozmaq istəyən bu siyasi hoqqabazların haqqında ciddi tədbirlər görəsiniz. Azərbaycan vətəndaşları Ulu öndərimizin siyasətini tam dəstəkləyir və hər zaman sizin yanınızdadır. Dövlətimizin və hər bir Azərbaycan vətəndaşının təhlükəsizliyinin qarantı kimi Sizdən həmin müxalifətçilərin qeyri-qanuni hərəkətlərinə son qoyulması üçün müvafiq tədbirlərin görülməsinə göstəriş verməyinizi xahiş edirik”.
Səbail rayonu M.Rahim adına 7 saylı məktəbin direktoru G.Mehdizadənin göndərdiyi məktubda isə bildirilir: “Mən şəhərin mərkəzində yerləşən 7 saylı məktəbin direktoruyam. Həm özümün, həm də müəllim, valideyn və şagird kollektivinin haqq səsini sizə çatdırmaq istəyirəm. Martın 11-12-də olan mitinq cəhdləri bizi çox narahat edir. Biz müxalifətin hər üzünü görmüşük. Onlar nə istəyirlər? Azərbaycanımızın tərəqqi etdiyi bir dövrdə dövlətçiliyimizə, milli birliyimizə zərər gətirə biləcək bu kimi cəhdlərin qarşısını almağı Sizdən xahiş edirik. Biz sizə arxalanır, güvənir və hər zaman sizinləyik”.
Göründüyü kimi, insanlar müxalifətin ölkədə xaos və anarxiya yaratmaq kimi cəhdlərini pisləyirlər. Bu bir daha sübut edir ki, dövlətini və xalqını sevən vətəndaşlarımız Azərbaycanı daim inkişaf edən dövlət kimi görmək istəyirlər. Eyni zamanda, bununla bir fakt da öz təsdiqini tapır ki, müxalifətin Azərbaycan cəmiyyətində sosial dəstəyi yoxdur.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına baxDünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03

