General Vladimir Putinin imzasına hörmət etmir
01.12.2022 [10:19]
Sülhməramlıların məramı şübhə doğurur
2020-ci ilin noyabrın 10-da imzalanan üçtərəfli bəyanat Vətən müharibəsində Azərbaycanın qələbəsini rəsmiləşdirdi.
Bu bəyanatı imzalayan tərəflər olaraq Azərbaycan və Ermənistan, o cümlədən də Rusiya üzərinə bir sıra öhdəliklər götürüb. Bəyanatda da göstərildiyi kimi, Rusiya sülhməramlıları razılaşmanın həyata keçirilməsinə nəzarətin effektivliyini artırmaq üçün atəşkəsə nəzarət etmək məqsədi ilə həmin əraziyə yerləşdirilib. Amma görünən budur ki, bəyanata əsasən regiona gələn Rusiyanın sülhməramlı kontingenti prosesin məhz razılaşdırılmış formada inkişafını təmin etmir. Və ya etmək istəmir.
Azərbaycan tərəfinin tələbi...
Maraqlıdır ki, Rusiya kontingenti Azərbaycan ərazisində yerləşdiyini tez-tez “unudur”. Əslində buna unutqanlıq kimi də baxmaq olmaz. Bu unutqanlığın arxasında qaranlıq məqamlar yatır. Məsələn, Rusiya tərəfi artıq neçə dəfədir ki, Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində dərc olunan Rusiya Federasiyasının sülhməramlı kontingentinin rəsmi məlumatlarında yaşayış məntəqələrimizin toponimlərini erməniləşdirərək uydurma adlarla qeyd edir. Qeyd olunan faktlarla bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyi (MN) Rusiya tərəfinə 6 dəfə xəbərdarlıq edib. MN tərəfindən Qarabağ iqtisadi rayonunun yaşayış məntəqələrinin Azərbaycan toponimlərinə uyğun adlar siyahısı və xəritəsi Rusiya MN, Rusiya sülhməramlılarının əvvəlki və hazırkı komandanlığı, eləcə də Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinə rəsmi qaydada göndərilib. Məlumatlarda məhz bu adlardan istifadə olunması barədə dəfələrlə müraciət edilib. Buna baxmayaraq, təəssüf ki, Rusiya MN-nin sülhməramlılara istinadən rəsmi məlumatlarında yaşayış məntəqələrimizin adları uydurma erməni adları ilə qeyd edilir. Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyinin son açıqlamasında isə tələb də irəli sürülüb və bildirilib ki, Rusiya Federasiyasının sülhməramlı kontingentinin müraciətlərimizə etinasız yanaşması təəssüf doğurur. Nazirliyin açıqlamasına görə, Azərbaycan Respublikası ərazisindəki yaşayış məntəqələrimizin adlarının uydurma erməni adları ilə qeyd olunması, o cümlədən “Dağlıq Qarabağ ərazisi” ifadəsinin işlənməsi ilə bağlı bir daha qeyd etmək istəyirik ki, YOLVERİLMƏZDİR. “Rusiya Federasiyasının sülhməramlı kontingentini rəsmi məlumatlarında qeyd etdiyimiz yanlış ifadələrdən istifadə etməməyə çağırırıq və bu çağırışımıza əməl olunacağına ümid edirik. Bundan başqa, ölkəmizin adının da paylaşdıqları xəritədə düzgün qeyd olunmasını tələb edirik. Bir daha xatırlatmağı özümüzə borc bilirik ki, Rusiya Federasiyasının Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində dərc olunan Rusiya Federasiyasının sülhməramlı kontingentinin 29.11.2022-ci il tarixli rəsmi məlumatında “Dağlıq Qarabağ ərazisi” kimi qeyd olunan ərazi Qarabağ iqtisadi rayonudur, “Mardakert” və “Martuni” kimi adlandırılan Azərbaycan yaşayış məntəqələrinin rəsmi adları isə müvafiq olaraq AĞDƏRƏ, XOCAVƏNDDİR”, - deyə açıqlamada bildirilib.
Demək ki, Azərbaycan adlarını dəyişərək uydurma erməni adları ilə əvəz etmək heç də “unutqanlıq” deyil. Azərbaycan tərəfi bununla bağlı dəfələrlə xəbərdarlıq edib. Bu isə həmin addımın birmənalı şəkildə qəsdən törədildiyini deməyə əsas verir.
Əgər kiməsə bel bağlayırlarsa...
Ümumiyyətlə, Rusiya sülhməramlı kontingentinin fəaliyyəti Azərbaycan ictimaiyyəti tərəfindən birmənalı qarşılanmır. Hətta onların məramının “sülh” olması belə artıq inandırıcı görünmür. Xatırladaq ki, Qarabağdakı erməni silahlılarına Laçın koridoru vasitəsiylə silah daşınması ilə bağlı artıq bir neçə fakt aşkarlanıb. Hətta Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisinə hərbi texnikaların daşınması, orada müxtəlif təxribat xarakterli tədbirlərin keçirilməsinə şərait yaradılması ilə bağlı Azərbaycan DTX-nın rəsmiləri də açıqlamalar veriblər. Üçtərəfli razılaşmaya görə, Rusiya sülhməramlıları erməni silahlı qüvvələrinin geri çəkilməsinə paralel olaraq yerləşdirilməli idi. Eyni zamanda, üçtərəfli bəyanata əsasən, erməni silahlı birləşmələri Azərbaycan torpaqlarını tərk etməli idi. Amma bu öhdəliyi yerinə yetirməyən erməni tərəfi sülhməramlı kontingentin “çətiri” altına sığınaraq yenidən Azərbaycan torpaqlarına qarşı atəş açır, yeni təxribatlar törətməyə cəhd göstərirlər. Sülhü qorumaqla “vəzifələndirilən” kontingent isə buna göz yumur. Bu isə o deməkdir ki, sülhməramlı kontingentin rəhbəri general Volkov Rusiya Ali Baş Komandanın imzasına etinasız yanaşır, hörmət etmir. Separatçılarla görüşlər belə keçirən Volkovun bu əməlləri öz ölkəsinə, öz prezidentinə qarşı saymazlıq kimi də qiymətləndirilə bilər.
Amma nəzərə alınmalıdır ki, kontingentin xidmət müddətinin yarısı arxada qalıb. Azərbaycanın kontingentin gələcəyi ilə bağlı mövqeyi isə artıq aydınlaşır. Ermənilər heç də sülhməramlılara arxayın olmamalıdırlar. Prezident İlham Əliyev noyabrın 8-də Şuşada hərbçilər qarşısında çıxışı zamanı da bildirdi ki, bu günədək baş verən proseslər Ermənistan üçün dərs olmalıdır və Ermənistan heç kəsə güvənməməlidir: “İkinci Qarabağ müharibəsinin dərsləri Ermənistan tərəfindən unudulmamalıdır və onlar bilməlidirlər ki, odla oynamaq onlara baha başa gələcək. Əgər orada kimsə - istər iqtidar, istər müxalifət, istərsə də xaricdən göndərilmiş, öyrədilmiş hansısa ünsür yenidən bizə qarşı hansısa bəd fikirdə olmaq niyyətindədirsə, o, bizim yumruğumuzu bir daha görəcək və son iki ilin tarixi bunu göstərdi. Hətta bu il “Fərrux” əməliyyatı, “Qisas” əməliyyatı, 13-14 sentyabr Ermənistan-Azərbaycan sərhədindəki hadisələr - bütün bunlar Ermənistan üçün dərs olmalıdır. Biz bu dərsi öyrədirik və ümid edirik ki, nəhayət, onlar bunu anlayacaqlar, boyunlarını büküb öz daxili işləri ilə məşğul olacaqlar, bizim torpağımıza göz dikməyəcəklər, Qarabağa göz dikməyəcəklər. Qarabağ bizim torpağımızdır. Rus sülhməramlılar orada müvəqqəti yerləşiblər, 2020-ci ilin 10 noyabr Bəyanatında onların müddəti göstərilir və əgər kiməsə bel bağlayırlarsa, yenə də faciə ilə üzləşəcəklər”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
10 May 22:12
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50

