Sülh, yoxsa separat məramlılar...
06.12.2022 [10:15]
Volkovun İran “oyunu” baş tutmadı
Azərbaycana qarşı çirkin planlar fiaskoya məhkumdur
2020-ci ilin noyabrın 10-da imzalanan üçtərəfli bəyanata əsasən Azərbaycan torpaqlarında yerləşdirilən Rusiya sülhməramlılarının yeganə vəzifəsi razılaşmanın həyata keçirilməsinə nəzarətin effektivliyini artırmaq üçün atəşkəsə nəzarət etməkdir.
Amma görünən budur ki, bəyanata əsasən regiona gələn Rusiyanın sülhməramlı kontingenti prosesin məhz razılaşdırılmış formada inkişafını təmin etmir. Və ya etmək istəmir. Hər halda onların fəaliyyəti bunu deməyə əsas verir. Azərbaycanın sərvətlərinin Ermənistana daşınmasına göz yuman, Ermənistan ərazisindən silah-sursatın, texnikaların daşınmasını görməzdən gələn, xarici ölkə vətəndaşlarının qeyri-qanuni şəkildə Azərbaycan torpaqlarına girməsinə şərait yaradan sülhməramlı kontingent Azərbaycan ərazisində yerləşdiyini “unudur”. Əslində buna unutqanlıq kimi də baxmaq olmaz. Bu unutqanlığın arxasında qaranlıq məqamlar yatır.
14 iranlıya görə XİN nota verdi
Qeyd edək ki, sülhməramlılar öz mandatlarına zidd olaraq 14 xarici ölkə vətəndaşının Azərbaycan ərazisinə keçidini təmin ediblər. KİV-də yayılan məlumatlara görə, Qarabağ ərazisinə buraxılan 14 nəfər İran İslam Respublikasının vətəndaşlarıdır. Onlar noyabrın 24-ü günorta saat 13-14 radələrində eyni avtomobildə sülhməramlıların postunu keçərək Xankəndiyə gəliblər və hazırda oradadırlar. Adıçəkilən 14 nəfərdən 12-si İranın eyni bölgəsindən - ölkənin cənub-qərbindəki İzeh şəhərindəndir. Qeyd edək ki, İzehin daxil olduğu Xuzistan vilayətinin əhalisi arasında ermənilər çoxluq təşkil edir və burada əsas işlək dillər arasında erməni dili də var. Məlumata görə, iranlılar rusiyalı sülhməramlıların müvəqqəti nəzarəti altında olan ərazilərdə özünü çox rahat hiss edən qanunsuz terrorçu dəstələrə terror-diversiya təlimləri keçmək və konkret diversiyalar hazırlamaq üçün göndərilib. Bundan başqa, onların Qarabağda qalmış terrorçu dəstələrə İran istehsalı olan silah-sursatdan istifadə üçün təlim keçə biləcəyi də deyilir. Bu şəxslərin İranın xüsusi-xidmət orqanlarının əməkdaşları olduğu şübhə doğurmur.
Yeri gəlmişkən, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib ki, İran İslam Respublikası vətəndaşlarının ərazilərimizə qanunsuz keçidi ilə bağlı məlumata aydınlıq gətirilməsi məqsədilə İran İslam Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinə müvafiq nota göndərilib. O əlavə edib ki, Azərbaycan Respublikasının ərazilərinə hər hansı bir xarici səfər Azərbaycan Respublikasının milli qanunvericiliyi çərçivəsində müəyyən edilmiş qaydalara, suverenlik və ərazi bütövlüyü prinsiplərinə riayət etməklə həyata keçirilməlidir.
Volkovun çaşqınlığı, yoxsa rusiyalı general iz azdırır?
O ki qaldı sülhməramlıların bu işdəki “məramına”, bu da məlum deyil. Çünki kontingentin rəhbəri general-mayor Andrey Volkov mandatlarına zidd olaraq 14 İran vətəndaşının Azərbaycan ərazisinə keçidini təmin etmələrinə münasibət bildirərkən qeyri-müəyyən fikirlər səsləndirib. Volkov azərbaycanlı jurnalistlərə açıqlamasında deyir ki, guya həmin şəxslər inşaat işçiləridir və 2 gün əvvəl Azərbaycandan qovulublar. Jurnalistlərin növbəti sualında isə Volkov çaşbaş qalır və özü-özünü ifşa edir. General gah deyir ki, məsələ araşdırılır, gah deyir araşdırılacaq, gah da deyir ki, həmin adamlar diversant deyillər. Bundan əlavə həm məlumatı mediadan aldığını söyləyir, həm də özlərinin bunu araşdırdıqlarını bildirir. Bir sözlə, Volkov nə dediyini bəlkə özü də anlamır. Və ya anlayır, amma iz azdırmaq niyyətindədir...
Təbii ki, ortadakı situasiya izah edilə bilməz. Çünki bu açıqlama ilə Volkov özünün və rəhbərlik etdiyi sülhməramlı kontingentin fəaliyyətsizliyini, əraziyə nəzarət edə bilməməsini, ən əsası isə üçtərəfli razılaşmanı pozduğunu ortaya qoyur. Volkov və onun kimiləri birdəfəlik anlamalıdır ki, onların xidmət apardıqları ərazi Azərbaycan torpağıdır və həmin əraziyə xarici ölkə vətəndaşları yalnız Azərbaycan qanunları çərçivəsində buraxıla bilər. Əks halda sülhməramlılar kimlərisə Azərbaycan torpaqlarına buraxmaq səlahiyyətinə malik deyillər. Ümumiyyətlə, üçtərəfli bəyanatda sülhməramlı kontingentin vəzifələri dəqiq şəkildə göstərilib və onlar bu kimi addımlarla özbaş?nalığa yol verirlər.
İran anlamalıdır ki...
İrana gəldikdə isə, İranın bu məsələ ilə bağlı susqunluğu da “anlaşılandır”. Azərbaycana qarşı apardığı düşmənçilik siyasətinin tərkib hissəsi olan bu əməlinin də ifşası rəsmi Tehranı susqunluğa qərq edib. İran düşünürdü ki, bu kimi addımlarla özünün qara məqsədlərinə çata bilər. Amma anlamır ki, Azərbaycan bu gün regionun əsas siyasi-hərbi aktorudur. Və Azərbaycan öz torpaqlarında baş verə biləcək hər hansı bir qeyri-qanuni hərəkətin qarşısını almağa qadirdir.
Laçın dəhlizi aktuallaşır...
Bu kimi addımlar isə İrana və sülhməramlılara müsbət heç bir şey vəd etmir. Tam əksinə, Azərbaycan Müdafiə Nazirliyinin son xəbərdarlıqları, eləcə də baş vermiş son hadisələr Laçın dəhlizinin Azərbaycanın nəzarətinə keçməsi məsələsini yenidən aktuallaşdırır. Belə ki, Volkovun və digərlərinin bu kimi özbaşınalıqları Azərbaycanın da Laçın dəhlizinə nəzarət etməsini zəruri edir. Eyni zamanda, son dövrlər sülhməramlı kontingentin arxasına sığınan erməni silahlı tör-töküntülərinin Azərbaycan ərazilərini intensiv şəkildə atəşə tutması da deyilənləri təsdiqləyir...
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
İqtisadiyyat
04 İyul 10:31
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19

