BMT-nin Əhali Fondu Ermənistanın törətdiyi vandalizmə münasibət bildirməlidir!
27.01.2023 [10:12]
Beynəlxalq hüquq normalarına zidd bəyanat verməklə öz imicinə xələl gətirir
N.BAYRAMLI
BMT-nin Əhali Fondu Laçın yolu ətrafında yaranmış vəziyyətlə bağlı qərəzli və təşkilatın mandatına aid olmayan bəyanat verib. Artıq Azərbaycanın Xarici İşlər Nazirliyi bu məsələyə münasibət bildirib. Nazirliyin Mətbuat xidməti idarəsinin şərhində qeyd olunub ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 30 il ərzində öz evlərindən didərgin düşmüş, illərlə çadır şəhərciklərində, atılmış qatar vaqonlarında, düşərgələrdə heç bir sağlamlıq şəraiti olmayan mühitdə yaşamış, təhsil, səhiyyə və bütün digər hüquqlardan məhrum olmuş yüz minlərlə azərbaycanlı ailənin acınacaqlı vəziyyətinə münasibət bildirməyən BMT-nin Əhali Fondunun azərbaycanlıların legitim etirazlarına dair bəyanat verməsi qəbuledilməzdir. Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarının, bu sərvətlərin Azərbaycandan Ermənistana daşınması və yalnız humanitar məqsədlər üçün nəzərdə tutulmuş Laçın yolundan sui-istifadə hallarının qarşısının alınması tələbi ilə Azərbaycanın suveren ərazisi olan Laçın yolunda dinc etirazlar Azərbaycan xalqının legitim hüququdur. Erməni sakinlərin kompakt yaşadığı Azərbaycan ərazilərində qeyri-qanuni fəaliyyətlər Azərbaycanın milli təhlükəsizliyinə hədədir və belə qanunsuz fəaliyyətlərə son qoyulması zəruridir. Bu xüsusda, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata uyğun olaraq, Azərbaycan Respublikası Laçın dəhlizi üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verir. Təhlükəsizlik zəmanəti, həmçinin Laçın yolundan sui-istifadənin qarşısının alınmasını ehtiva edir.
Xarici İşlər Nazirliyinin son bir ay ərzində verdiyi bəyanatlarda qeyd edildiyi kimi, Laçın yolunda nəqliyyat vasitələrinin və sakinlərin hərəkətinə etirazçılar tərəfindən heç bir maneə tətbiq edilmir və guya etirazların bölgədə “humanitar fəlakət” yaratdığı barədə iddialar əsassızdır. Etirazlar başlayan gündən yoldan istifadə etməklə sayı 1000-dən çox nəqliyyat vasitəsi ilə sakinlərin istifadəsi üçün gündəlik tədarük malları, tibbi ləvazimatlar və zəruri tibbi xidmətlər təmin olunub. Azərbaycan hökuməti, həmçinin erməni sakinlərinin üzləşə biləcəyi bütün humanitar ehtiyacları operativ şəkildə həll etməyə hazır olduğunu dəfələrlə bəyan edib. Bütün bunlara baxmayaraq, özlərini erməni sakinlərin “liderləri” kimi təqdim edən şəxslər öz qanunsuz fəaliyyətlərini davam etdirmək məqsədilə yerli əhalidən sipər kimi istifadə etməkdə davam edir və onların hərəkət azadlığına mane olurlar. Qeyd edilənlərlə əlaqədar, XİN BMT-nin Əhali Fondunu qərəzsiz olmağa və təşkilatın nüfuzuna xələl gətirəcək hərəkətlərdən və açıqlamalardan çəkinməyə çağırıb.
Mövzu ilə bağlı qəzetimizə açıqlama verən Milli Məclisin deputatı Ramil Həsən bildirib ki, BMT-nin Əhali Fondunun bəyanatı təşkilatın ikili standartlardan çıxış etdiyini göstərir. Erməni lobbisinin təsiri ilə qəbul olunmuş bəyanatda Laçın-Xankəndi yolu ətrafında baş verən hadisələr təhrif olunur. O, əslində həmin bəyanatın qəbul edilməsinin təşkilatın prinsiplərinə zidd olduğunu deyib: “Çünki təşkilatın özünün qəbul etdiyi bir çox sənədlərdə, eləcə də fəaliyyət prinsiplərində beynəlxalq hüququn normaları əsas götürülür. Lakin bu günlərdə Laçın yolu ilə bağlı qəbul edilmiş bəyanatda isə beynəlxalq hüquq normaları ayaq altına atılır. Nəzərə almaq lazımdır ki, aksiyanın keçirildiyi yer Azərbaycanın suveren ərazisidir və dinc xarakter daşıyır. Sərbəst toplaşmaq azadlığı fundamental insan hüquqlarından biridir və bu, beynəlxalq institutların təşviq etdiyi əsas məsələlərdəndir. Laçın yolunda da ekoloqlarımız, ictimai fəallarımız dinc etiraz aksiyası keçirirlər. Amma nədənsə bəzi dairələr onların bu hüquqlarını görməzdən gəlirlər. Bu, o deməkdir ki, beynəlxalq təşkilatlar üçün artıq heç bir dəyər yoxdur. Yalnız, öz siyasi maraqlarını güdərək beynəlxalq hüququ pozurlar”.
Millət vəkili hesab edir ki, Ermənistanın və Qarabağ separatçılarının humanitar böhran və blokada iddiası tamamilə yalandır. Bunu təsdiq edən kifayət qədər videofaktlar var. Amma görünən odur ki, ermənipərəst dairələr hər vəchlə beynəlxalq ictimaiyyəti aldatmağa çalışırlar. BMT-nin Əhali Fondunun bəyanatı da bu yanlış məqsədə xidmət edir. Beynəlxalq hüquqa zidd olan bu bəyanatın heç bir hüquqi qüvvəsi yoxdur və kağız parçasından başqa bir şey deyil. Azərbaycanın mövqeyi doğrudur və beynəlxalq hüquqa əsaslanır. Eləcə də Azərbaycan güclü dövlətdir və heç kim onunla diktə dilində danışa bilməz.
Həmsöhbətimiz hesab edir ki, həmin təşkilat öz mandatına uyğun şəkildə fəaliyyət göstərməlidir: “Ermənistanın 30 illik işğalı dövründə ərazilərimizin böyük hissəsində bütün yaşayış məntəqələri yer üzündən silinib, həmin ərazilərdə yaşamış əhali isə məcburi köçkün vəziyyətinə düşüb. Bu əhalinin sayı 1 milyondan çoxdur. Vətən müharibəsində torpaqlarımız işğaldan azad edilsə də, həmin əhali öz yurdlarına qayıda bilmir. Çünki erməni işğalçıları həmin torpaqlarda daşı-daş üstə qoymayıb. Həm də, bu ərazilər kütləvi şəkildə minalanıb. Yaxşı olardı ki, BMT-nin Əhali Fondu Ermənistanın törətdiyi bu vandalizmə münasibət bildirsin. Amma bu barədə susur, əvəzində isə verdiyi bəyanatla özünün ikiüzlü mahiyyətini ortaya qoyur. Əslində, bu cür qərəzli bəyanatlar verməklə həmin təşkilat öz imicinə xələl gətirir”.
Xəbər lenti
Hamısına baxDünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46

