Azərbaycan manatı bölgədə ən sabit və dəyərli valyutadır
23.07.2011 [02:44]
Dünya üzrə insan resurslarını öyrənən və təfərrüatlı statistik araşdırma xidmətləri göstərən ABŞ-ın nüfuzlu “Gallup” təşkilatının keçmiş SSRİ ölkələrinin ictimaiyyəti arasında keçirdiyi növbəti sorğunun mövzusu iqtisadi sahəyə aid olub. Daha doğrusu, maliyyə-kredit, pul siyasəti və monetar sahə ilə bağlı araşdırma geniş auditoriyanı əhatə edib. Qurumun bu günlərdə açıqladığı məlumatda sorğunun Azərbaycanla bağlı bölməsi daha çox diqqəti cəlb edir. “Gallup”un sorğu mərkəzinin yekun rəyinə əsasən, postsovet məkanında ən yaxşı iqtisadi nəticələr Azərbaycanda müşahidə olunur.
“Gallup”un keçirdiyi sorğuda iştirak edən respublikamızın vətəndaşlarının böyük əksəriyyəti ölkəmizin sosial-iqtisadi inkişafının ilbəil yüksəldiyini bildiriblər. Onların qənaətinə görə, ölkəmizdə həyata keçirilən ardıcıl islahatlar sosial vəziyyətin yaxşılaşmasına səbəb olur, aylıq gəlirlərin yüksəlməsinə imkan yaradır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində davamlı olaraq əməkhaqlarının artımı baş verir, insanların aylıq gəlirləri yüksəlir. Sosial siyasətin gücləndirilməsi və dövlətin insanların gəlir əldə etmək imkanlarının yaxşılaşmasına stimul verən addımlar atması vətəndaşların maddi rifah halının yüksəlməsinə əlverişli zəmin yaradıb.
Sorğuda iştirak edən vətəndaşlar yaşayış imkanlarının yaxşılaşdığını və aylıq gəlirlərinin bir hissəsini banklara yerləşdirdiklərini qeyd ediblər. Onlar banklara qoyduqları depozitlərin böyük bir hissəsini milli valyuta olan manata yerləşdirdiklərini də diqqətə çatdırıblar. Azərbaycan vətəndaşlarının 75 faizi öz əmanətlərini banka yerləşdirərkən depozit portfelində manata üstünlük verirlər. Onlar manatın daha etibarlı və dəyərli pul aləti olmasını nəzərə alaraq valyuta strukturunda manatı seçdiklərini ifadə ediblər. Son illərdə banklara yerləşdirilən əmanətlərin həcminin çoxalması tendensiyası müşahidə edilir ki, bu da ümumilikdə, depozit portfelində manatın yığımının artım dinamikasının müşahidə olunduğunu şərtləndirir.
“Gallup”un digər postsovet ölkələrinin bank bazarındakı vəziyyətlə bağlı sorğusu da maraq doğurur. Digər dövlətlərin vətəndaşlarının banklara yerləşdirdiyi əmanətlərin dinamikası və valyuta səbətində milli valyutaların çəkisi ilə bağlı statistika maraqlı nəticələrdən xəbər verir. Sorğuya cəlb olunmuş ölkələrin vətəndaşları öz dövlətlərinin milli valyutalarına o qədər də etibar etmədiklərini ifadə edirlər. Belə ki, iqtisadi cəhətdən əsas ölkələrdən sayılan Rusiya vətəndaşlarının cəmi 56 faizi banka pul qoyarkən rubla etibar etdiklərini bildiriblər. Onlar son illər rublun dəyərinin aşağı düşməsini nəzərə alaraq avro və dollara üstünlük verirlər. Qonşu Gürcüstanda isə əhali banklara pul yatırdıqda laridən daha çox dolları və digər xarici valyutaları seçirlər. Onların cəmi 28 faizi öz milli pullarına etibar edirlər. Belarus vətəndaşları da banka depozit qoymağa üz tutarkən milli valyutalarına 22 faiz etibar edirlər, onların böyük bir qismi xarici valyutalarda pul qoyurlar. Digər postsovet ölkələrində də yuxarıdakı tendensiya müşahidə olunur, ölkə vətəndaşları milli pul vahidlərindən daha çox xarici valyutalara etibar etdiklərini qeyd edirlər. Sorğunun ümumi yekununa görə, həmin ölkələrin əhalisi arasında dollar hələ də ən populyar pul vahidi olaraq etibarını saxlayır.
Göründüyü kimi, Azərbaycan vətəndaşları öz milli valyutamıza daha dərin inam və etibar etməklə manatın dünya valyutaları sırasında güclü maliyyə aləti olmasını qəti şəkildə bildiriblər. Respublikamızda dərin makroiqtisadi təməllərin yaradılması, maliyyə sabitliyinin möhkəmlənməsi istiqamətində çevik iqtisadi addımların atılması, Mərkəzi Bank tərəfindən həyata keçirilən pul-kredit siyasətinin səmərəliliyi milli valyutanın bazarda aktiv pul aləti kimi çəkisinin artırılmasına səbəb olub. Bütün dövlətlərin milli valyutası dəyərini itirdiyi halda, hökumətin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan manatının məzənnəsi əhəmiyyətli dərəcədə möhkəmlənib. ölkəmizdə həyata keçirilən pul siyasətinin makro və mikroiqtisadi diaqnostikasının gücləndirilməsi, makromodellər vasitəsilə iqtisadiyyatın gözlənilən vəziyyəti üzrə zəruri simulyasiyalar aparılması, eləcə də, monetar siyasətin balanslaşdırılmış sistem üzrə aparılması manatın davamlılığını möhkəmləndirib. Azərbaycan manatı bölgədə ən sabit və dəyərli valyuta kimi daha da möhkəmlənməkdə davam edir.
Xəbər lenti
Hamısına baxDünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49
YAP xəbərləri
23 İyun 16:46
YAP xəbərləri
23 İyun 16:05
Sosial
23 İyun 16:01
Sosial
23 İyun 15:27
Gündəm
23 İyun 15:21
Gündəm
23 İyun 15:20
Gündəm
23 İyun 15:18
Gündəm
23 İyun 15:07
YAP xəbərləri
23 İyun 15:00

