6-cı raund
25.07.2023 [10:44]
Nazirlərin Moskva görüşü nə vəd edir?
Rusiyanın paytaxtı Moskva şəhərində Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin növbəti görüşü keçiriləcək. Ceyhun Bayramov, Ararat Mirzoyan və Sergey Lavrovun arasında keçiriləcək görüş zamanı Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması, sülh sazişinə dair məsələlər müzakirə olunacaq. Qeyd edək ki, sülh sazişi ilə bağlı danışıqların beş raundu arxada qalıb. Bu yöndə ilk görüş ötən il oktyabrın 2-də Cenevrədə, ikinci görüş isə noyabrın 7-də Vaşinqtonda keçirilmişdi. Üçüncü görüş ötən ilin dekabrında Moskvada nəzərdə tutulsa da, son məqamda Ermənistan tərəfi bu görüşdən imtina etmişdi. Bu səbəbdən də, həmin görüş Rusiya və Azərbaycanın XİN başçıları arasında keçirilmişdi. Bundan sonra isə sülh sazişi üzrə müzakirələr onlayn formatda aparılırdı. Amma uzun fasilədən sonra bu il 1-4 may tarixlərində XİN başçılarının Vaşinqton görüşü isə tərəflərin masaya qayıtmasının təsdiqi oldu. Bunun ardınca isə mayın 19-da Moskvada nazirlərin üçtərəfli görüşü keçirildi. 27-29 iyun tarixlərində də Vaşinqton nazirlərin görüşünə evsahibliyi etmişdi. Altıncı görüşün ünvanı isə tezliklə Moskva olacaq.
Sülh naminə...
Ümumiyyətlə, İkinci Qarabağ müharibəsində qalib gəlməsinə baxmayaraq, Azərbaycan Ermənistanla münasibətlərin normallaşdırılmasına maraqlı olduğunu bəyan edib. Çünki müharibə dövrü tarixin arxivində qalmalı, Cənubi Qafqaz sülh və əməkdaşlıq məkanına çevrilməlidir. Məlumdur ki, Azərbaycan sülh sazişi imzalamaq üçün qarşı tərəfə beş bənddən ibarət təkliflərini təqdim edib. Bu baza prinsiplərində ilk olaraq dövlətlərin bir-birinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması əks olunub. İkincisi, dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsidir. Üçüncüsü, dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək, dördüncüsü, dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulmasıdır. Beşinci bənd isə nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulmasından ibarətdir. İki dövlət məhz bu baza prinsipləri əsasında intensiv, substantiv və nəticəyə yönəlik danışıqlar apararaq ikitərəfli sülh sazişini yekunlaşdıra bilərlər. Göründüyü kimi, rəsmi Bakının sülh sazişinin imzalanması üçün təklifləri aydındır və bu təkliflər beynəlxalq hüquq normalarına əsaslanır.
Beynəlxalq vasitəçilərin təşəbbüsləri
Bütövlükdə, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesində Rusiya, Avropa İttifaqı və ABŞ vasitəçilik edir. Qeyd etdiyimiz kimi, XİN başçıları ötən ay ABŞ-da görüşdülər. Görüşdə tərəflər bəzi məsələlərdə razılığa gəldiklərini bəyan etdilər. Rusiyaya gəlincə, Dağlıq Qarabağ münaqişəsinə rəsmi Moskvanın vasitəçiliyi ilə 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatla son qoyulub. Bundan əlavə, Rusiya liderlərin bir neçə görüşünə də evsahibliyi edib.
Azərbaycan bölgədə sülhün təmin olunması naminə irəli sürülən bütün təşəbbüsləri müsbət qarşılayır. Məhz bu səbəbdən də, dövlətimiz bu proseslə bağlı təklif edilən görüşlərdə və danışıqlarda iştirak edir. Moskvada keçiriləcək Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin görüşünə də bu kontekstdə yanaşılmalıdır. Dövlətimiz sülhə, sabitliyə xidmət edən bütün təşəbbüsləri təqdir edir. Bu baxımdan, keçiriləcək görüş sülh yolunda irəliləyişə səbəb olacaqsa, Azərbaycan tərəfindən dəstəklənəcək.
Ermənistanın sülhdən başqa seçimi yoxdur
Beləliklə, hazırda hər iki tərəf sülh müqaviləsinin imzalanması ilə əlaqədar təmasları davam etdirirlər. Prosesin ləng getməsinin səbəbi isə Ermənistanın qeyri- konstruktiv mövqe nümayiş etdirməsidir. Halbuki erməni tərəfi Praqa sənədində Azərbaycanın ərazi bütövlüyünü tanıdığını təsdiqləyib. Rəsmi İrəvan Azərbaycanın 5 bənddən ibarət olan sülh sazşi üzrə təkliflərini qəbul etdiklərini bəyan etsə də, son zamanlar dövlət rəhbərliyi səviyyəsində ölkəmizə qarşı əsassız ittihamlarla çıxış edirlər. Bu da sülh sazişinin imzalanmasına əngəl olan amildir. Lakin erməni tərəfinin sülh müqaviləsinə imza atmaqdan başqa yolu yoxdur. Ona görə ki, haqlı və qalib Azərbaycanın irəli sürdüyü təkliflər konstruktiv məzmuna malikdir. Müxtəlif ölkələrin və beynəlxalq təşkilatların bəyanatları da yeni mərhələdə müzakirə predmetinin müharibəsonrası gerçəkliklər və çağırışlar olduğunu təsdiqləyir. Digər tərəfdən, Ermənistanın hər hansı pozucu fəaliyyət göstərmək şansı və imkanı yoxdur. Bu ölkə regional və beynəlxalq proseslərə təsir etmək, yeni geostrateji reallıqları dəyişdirmək iqtidarında deyil.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxMədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:34
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Dünya
04 May 21:44
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Siyasət
04 May 20:44
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17

