/ / Məsləhətçisi YAP Sədrinin müavini-İcra katibi, Milli Məclisin deputatı Əli Əhmədov olan "Müstəqil Azərbaycan-20: iqtisadi inkişaf yolu" kitabının təqdimatı olub
Məsləhətçisi YAP Sədrinin müavini-İcra katibi, Milli Məclisin deputatı Əli Əhmədov olan "Müstəqil Azərbaycan-20: iqtisadi inkişaf yolu" kitabının təqdimatı olub
17.10.2011 [12:10]
Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin iyirminci ildönümü haqqında” 2011-ci il 21 yanvar tarixli Sərəncamının mətni ilə açılan kitabda müstəqil ölkəmizin 20 il ərzində keçdiyi tarixi inkişaf yolu və qazanılmış iqtisadi nailiyyətlər barədə ətraflı məlumatlar öz əksini tapıb.
Mərasimdə Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov bildirib ki, ölkəmiz çox əlamətdar bir hadisəni qeyd etmək ərəfəsindədir: “Bu günlər Azərbaycanın hər bir guşəsində böyük bayram əhval-ruhiyyəsi yaşanmaqdadır. Müstəqilliyimizin bərpasının 20-ci ildönümü münasibətilə keçirilən bir-birindən maraqlı tədbirlərin sırasında hazırda təqdimatına yığışdığımız kitabın da öz yeri var”.
Natiq vurğulayıb ki, ictimaiyyətin müzakirəsinə təqdim edilən kitabın məsləhətçisi YAP Sədrinin müavini-İcra katibi, Milli Məclisin deputatı Əli Əhmədov, redaktoru “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyevdir.
Tədbirdə çıxış edən “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib ki, Azərbaycan iqtisadiyyatının ötən iki onillik dövrü barədə ən fundamental araşdırmaları və analitik yanaşmanı özündə əks etdirən nəşrdə respublikamızın hərtərəfli inkişaf modelinin elmi-nəzəri əsasları barədə dərin tədqiqi materiallara geniş yer verilib: “Kitab respublikamızın ötən 20 illik sosial-iqtisadi, siyasi-ictimai vəziyyətinə dair mənzərəni tam açıq şəkildə əks etdirir, həyata keçirilən geniş sistemli islahatların mühüm nəticələri barədə ətraflı məlumatlar verir. ölkəmizin makroiqtisadi sabitliyinin və yüksək inkişafının bütün parametrləri bu kitabda əhatəli və sistemli şəkildə öz əksini tapmışdır”.
YAP-ın İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı çıxışında deyib ki, müstəqilliyin 20 ili ərzində əldə olunan nailiyyətləri təhlil edərək cəmiyyətə çatdırmaq olduqca vacib məsələdir: “1991-ci ildə müstəqilliyin bərpa olunması barədə Konstitusiya aktı qəbul olunduqdan sonra xalqımız qarşısında çox mühüm vəzifələr dayanmışdı. Bu vəzifələrdən biri də ictmai mülkiyyətə əsaslanan iqtisadi modeldən liberal iqtisadiyyata keçid olub. Bu olduqca çətin vəzifə idi və bu keçidi uğurla həyata keçirə bilmək böyük siyasətin tərkib hissəsi idi. Bu işin öhdəsindən ümummilli lider Heydər Əliyev layiqincə gəlib”.
M.Qurbanlı deyib ki, kitabda Azərbaycan iqtisadiyyatının dinamikası çox dəqiq şəkildə öz əksini tapıb: “Burada iqtisadiyyatımızın indiki uğurlarına nail olmaq üçün keçdiyi çətin yollar öz əksini tapıb”.
Milli Məclisin üzvü Qənirə Paşayeva müəllifin müstəqillik illərində aparılan iqtisadi siyasətin içində olduğunu deyib və əlavə edib ki, iqtisadiyyat sahəsində keçmişdə görülən işlərin öyrənilməsi gələcək üçün olduqca vacibdir. O, müəllifə belə bir kitabı yazdığına görə təşəkkür edib və gələcək fəaliyyətində uğurlar arzulayıb. Q.Paşayeva kitabın hazırlanmasında zəhməti olan hər kəsə təşəkkürünü bildirib.
Deputat Musa Qasımlı çıxışında qeyd edib ki, iqtisadi cəhətdən müstəqil olmayan dövlət siyasi cəhətdən də müstəqil ola bilməz. O deyib ki, məhz Heydər Əliyev siyasətinin nəticəsində Azərbaycanın iqtisadi müstəqilliyinə də nail olunub.
“Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev öz növbəsində kitabın əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, Azərbaycanın iqtisadi və siyasi cəhətdən inkişaf etməsi üçün hər bir vətəndaş öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməlidir.
Təqdimat mərasimində digər natiqlər çıxış edərək yeni nəşrin məziyyətlərindən danışıb və bildiriblər ki, kitabda Azərbaycanın iqtisadi inkişafının 20 illik dövrü dərin təhlil obyektidir. Qeyd olunub ki, Azərbaycan iqtisadiyyatının elə bir sahəsi yoxdur ki, kitabda ona toxunulmasın.
Kitabda müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu öndər Heydər Əliyevin ölkəmizin inkişafı, tərəqqisi naminə gördüyü əvəzsiz işlər, ümummilli liderin ideallarının layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi böyük tarixi işlər geniş şəkildə təhlil edilərək qiymətləndirilib.
Diqqətə çatdırılıb ki, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadənin “ön söz” yazdığı bu kitab 4 fəsildən ibarətdir. Müəllif dünya dövlətlərinin inkişaf meyarlarına yaxınlaşan Azərbaycanın özünəməxsus milli inkişaf yolu keçməsini konkret arqumentlərlə və elmi-analitik əsaslarla hərtərəfli şəkildə araşdırıb. Kitabın hər fəsli ötən 20 ilin müxtəlif dövrləri, iqtisadi hadisələri, inkişaf və sosial nailiyyətləri barədə geniş məlumatların əldə olunması baxımından çox faydalıdır.
Vurğulanıb ki, “Müstəqil Azərbaycan-20: iqtisadi inkişaf yolu” kitabı zəngin iqtisadi nəşr sayılmaqla bərabər, Azərbaycanın sürətli inkişafı, çoxsistemli islahatlar, ölkəmizin yeni inkişaf meyarları və modeli barədə fundamental elmi, iqtisadi, siyasi mənbə, real hadisələrin analitik toplusu kimi region ölkələrinin auditoriyası üçün də böyük maraq doğura bilər.
Sonda mərasimin iştirakçılarına və çıxışçılara minnətdarlığını bildirən kitabın müəllifi Aydın Hüseynov bundan sonra da müstəqil Azərbaycanın çiçəklənməsi naminə əlindən gələni edəcəyini və bir iqtisadçı kimi ölkəmizin iqtisadi həyatının araşdırılmasına öz əsərləri ilə yeni töhfələr verəcəyini söyləyib.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına baxDünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49

