/ / Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının VII Baş Assambleyası 2012-ci ildə Bakı şəhərində keçiriləcək
Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının VII Baş Assambleyası 2012-ci ildə Bakı şəhərində keçiriləcək
19.10.2011 [18:42]
Partiyanın rəsmi saytının məlumatına görə, bu nüfuzlu beynəlxalq təşkilatın baş katibinin Azərbaycana ilk səfərinin əlamətdar bir günə - Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümünə təsadüf etdiyini qeyd edən YAP Sədrinin müavini Əli Əhmədov ötən illər ərzində ölkəmizin böyük inkişaf yolu keçdiyini vurğulayıb, o, Azərbaycanın beynəlxalq müstəvidə mövqelərinin də gücləndiyini qeyd edib: “Azərbaycan müstəqillik illərində sürətlə inkişaf edib, iqtisadiyyatı güclənib, bütün sahələrdə uğurlar əldə olunub. Amma bu inkişafa mane olan problemlər də mövcuddur. Belə ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi işğal olunmuş, bir milyon insan qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Nüfuzlu beynəlxalq təşkilatların, o cümlədən, BMT-nin qəbul etdiyi qətnamələrə baxmayaraq, Ermənistanın təcavüzü hələ də davam etməkdədir”.
YAP Sədrinin müavini məmnunluqla qeyd edib ki, Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransı müvafiq qətnamələrində dünyanın inkişafına əngəllər törədən münaqişələrin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həll olunması ilə əlaqədar ədalətli mövqe nümayiş etdirib.
Qeyd olunub ki, Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransı BMT-yə müşahidəçi üzv qismində qəbul olunmaq üçün müraciət edib və yaxın zamanlarda təşkilatın beynəlxalq statusunun daha da yüksələcəyi gözlənilir.
Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının Baş katibi, təşkilatın Daimi Komitəsinin həmsədri çunq Eui-Yonq Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunmasının 20 illiyi münasibətilə öz təbriklərini çatdırıb, Azərbaycanın bir dövlət kimi artıq beynəlxalq miqyasda böyük nüfuz sahibi olduğunu vurğulayıb. O, Azərbaycanla Koreya Respublikası arasında əlaqələrin də inkişaf etdiyini qeyd edib.
çunq Eui-Yonq bildirib ki, Yeni Azərbaycan Partiyası nüfuzlu siyasi təşkilat olaraq Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının 20 nəfərdən ibarət Daimi Komitəsinin üzvüdür. Baş katib qeyd edib ki, Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının Daimi Komitəsi Azərbaycanın beynəlxalq aləmdəki böyük nüfuzunu, ölkədəki sürətli inkişafı və Yeni Azərbaycan Partiyasının bu uğurlardakı rolunu yüksək qiymətləndirərək təşkilatın VII Baş Assambleyasının 2012 -ci ildə Bakıda keçirilməsi haqqında qərar qəbul edib.
Görüşdə daha sonra Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının VII Baş Assambleyasının təşkili ilə bağlı məsələlər müzakirə edilib.
Xəbər lenti
Hamısına baxMaraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04

