Xalqın Heydər Əliyevə etimadı...
29.08.2023 [10:22]
1993-cü ilin 29 avqustunda keçirilmiş referendumun nəticələri xalqın Heydər Əliyevə böyük inamının bariz sübutu idi
1990-cı illərin əvvəli ölkəmizin taleyinin həll olunduğu bir dövr idi. Yenicə müstəqillik əldə etmiş dövlət 1992-ci ildə AXC-Müsavat qruplaşmasının girovu halına gətirilmişdi - özünü siyasətçi sayan bir qrup avantürist, dövlət idarəçiliyindən anlayışı olmayan şəxs ətrafındakı silahşlı birləşmələrə arxalanaraq özbaşnalıqla məşğul olurdu. Bu kimi hallar isə Azərbaycanın ddövlət müstəqilliyini təhdid altına salmış, ölkəmizi uçurumun kənarına gətirmişdi. 1993-cü ilin yayında cəmi bir il hakimiyyətdə olmalarına baxmayaraq ölkəyə xalqa qarşı onilliklər ərzində edilməsi mümkün olmayan pislikləri etmiş şəxslər dövləti hansı təhdidlə üz-üzə qoyduqlarını anladılar - bir illik səriştəsiz hakimiyyət idarəçiliyi ilə xalqda kütləvi etiraz yaradan AXC-Müsavat birliyi suverenliyimizi sual altına qoymuşdu. Belə bir tarixi anda xalqın təkidli tələbi ilə Bakıya gələn ulu öndər Heydər Əliyev xalqının, ölkəsinin xilaskarına çevrildi. İyunun 15-də Milli Məclisin sədri seçilən Ulu Öndər qısa zamanda vətəndaş qarşıdurmasının qarşısını aldı, ölkədə sabitlik bərqərar oldu.
30 il öncə bu gün, yəni 1993-cü il avqustun 29-da ölkədə ozamankı prezident Əbülfəz Elçibəyə etimad göstərilməsi məsələsi haqqında ümumxalq səsverməsi keçirildi. Referendumda “Siz Azərbaycan Respublikasının Prezidentinə etimad edirsinizmi?” sualı verilmişdi və seçici siyahılarına salınmış 4.097.367 vətəndaşın 3.767.928 nəfəri seçkilərdə iştirak etmişdi. Referendumun nəticələrinə görə, 92,02 faizi Ə.Elçibəyə etimad göstərilməsi əleyhinə səs vermiş, yalnız 77.730 nəfəri, yaxud 2,1 faizi ona etimad göstərmişdi. Seçici fəallığı 91,6% olmuşdu. Xalq Elçibəyə etimad göstərməmişdi. Bu etimadsızlığın kökündə isə bir sıra mühüm məqamlar yatırdı - eyni zamanda, Elçibəyə qarşı olan bu etimadsızlıq həmin dövrdə xalqın, dövlətin nicatına, xilaskarına çevrilmiş Heydər Əliyevə olan böyük etimadın məntiqi göstəricisi idi. Həmin dövrdə bir tərəfdən Azərbaycanın torpaqları işğal olunur, digər tərəfdən, hakimiyyət uğrunda müharibə gedir, üçüncü bir tərəfdən, Azərbaycan parçalanmaq üzrə idi. Ölkəni bu həddə gətirənlər isə son anda yaxalarını kənara çəkməyə çalışırdılar. Belə bir dövrdə hakimiyyətə kifayət qədər təcrübə sahibi olan, dünyada və bölgədə tanınan, Azərbaycanı uzun illər idarə etmiş biri gəlməli idi - belə bir insan isə ümummilli lider Heydər Əliyev idi.
Məsələ ilə bağlı fikirlərini “Yeni Azərbaycan”a bölüşən politoloq Qabil Hüseynli həmin dövrü olduqca qarmaqarışıq, həyəcanlı dövr kimi xarakterizə etdi. Onun sözlərinə görə, dövrün iqtidarı məcbur olub Heydər Əliyevi Bakıya çağırmışdı. Həmin vaxt Ulu Öndər blokadada olan Naxçıvanı bütün gücü ilə düşmən işğalından qoruyurdu. Heydər Əliyev öz böyüklüyündən, nüfuzundan istifadə edərək çox çətin bir şəraitdə Naxçıvanı qorudu, saxladı. Artıq Azərbaycan üçün böyük təhlükə yaranan zaman Heydər Əliyev yenə də öz həyatını təhlükə altına ataraq Bakıya gəldi. Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra ölkədəki anarxiyanı aradan qaldırmaq, ilkin işartıları görünən vətəndaş müharibəsinin qarşısını almaq istiqamətində böyük səy göstərdi. Həmin vaxt prezident olan Elçibəy paytaxtı tərk edərək doğulduğu Kələki kəndinə getmişdi. Hakimiyyətin bütün çətinlikləri, dövlətin bütün məsuliyyəti isə Ali Sovetin Sədri ümummmilli liderimiz Heydər Əliyevin üzərində qalmışdı. Heydər Əliyev dəfələrlə Kələkidə olan Elçibəyə müraciət edərək geriyə qayıtmasını bildirmişdi. Amma bu çağırışlar heç bir nəticə vermədi: “Əhali onsuz da Elçibəyin bir illik hakimiyyətindən tam narazı idi. O narazılığı bu həddə çatdıran səbəblər isə çox idi. Ölkədə hökm sürən hərc-mərclik, başsızlıq, hakimiyyət boşluğu xalqı cana gətirmişdi. Qeyri-formal silahlı dəstələrin boy göstərməsi, onların Bakıda və əyalətlərdə gərginlik yaratmaq cəhdləri ölkədəki hakimiyyət aqoniyasından, hakimiyyətin proseslərə hakim ola bilməməsindən xəbər verirdi. Buna görə də xalq Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyev müraciətlər edirdilər, Onu israrla Bakıya çağırırdılar. Xalq Heydər Əliyevin yarada biləcəyi möhkəm və qüvvətli hakimiyyətin Azərbaycanın inkişafına yol açacağına inandırdı. İnanırdı ki, bu, ermənilər üzərindəki qələbəni də təmin edəcək, müstəqilliyin əbədi və dönməz xarakterini də təmin edəcək. Belə də oldu”.
Q.Hüseynlinin sözlərinə görə, Heydər Əliyevin paytaxta qayıdışı, yenidən hakimiyyətdə təmsil olunması xalqda böyük ümidlər yaratmışdı. Xalq Heydər Əliyevin simasında hakimiyyət boşluğunu dolduracaq, qüdrətli, qüvvətli və mərkəzləşdirilmiş hakimiyyət yaradacaq bir şəxsi görürdü, Ona inanırdı. “Mən deyərdim ki, insanlar yeni prezident seçkilərinin keçirilməsi və bu seçkilərdə Heydər Əliyevə səs vermsək istədiklərini açıq şəkildə biruzə verirdilər. Həmin dövrdə referendumdan əldə edilən nəticələr tam real gerçəkliyi əks etdirirdi. Çünki əhali yeniliyə, dəyişikliyə, möhkəmləndirilmiş dayaqlara malik bir hakimiyyətə ehtiyac duyurdu. Ümumilli liderin tezliklə ölkədə qayda qanun yaradacağına böyük inam vardı. Bu əhval - ruhiyyə referendumun nəticələrində öz əksini tapdı. Referendumda iştirak edənlərin 92,02 faizinin Elçibəyə qarşı etimadsızlıq göstərməsi ona olan inamsızlığının nəticəsi idi. Bu xalqın Heydər Əliyevə böyük inamının da bariz sübutu idi və bu amil özünü referendumdan sonra keçirilən prezident seçkilərində də ortaya qoydu. Beləliklə, Heydər Əliyevin Prezident seçilməsi ilə hakimiyyət strukturları tam toparlandı, hakimiyyətin qarşısında duran vəzifələr və hədəflər müəyyənləşdi. Heydər Əliyev özünün şəxsi nümunəsi ilə möhkəm və milli hədəflərə doğru yönəldilmiş, müharibənin doğurduğu ağır nəticələrin aradan qaldırılması istiqmətində ciddi kurs götürmüş və ölkənin xalqın maddi rifahı üçün çalışan bir hakimiyyətin formulunu ortaya qoydu. Bütün bunların əldə olunmasında Heydər Əliyevin səyləri böyük rol oynadı”, - deyə Q.Hüseynli əlavə edib. Onun sözlərinə görə, Heydər Əliyev bütün çətinliklərin öhdəsindən gələ bildi - Qarabağ problemini, Qarabağ həqiqətlərini dünyaya yaymaq üçün uzun illər mübarizə apardı. Bu mübarizə isə öz nəticəsini verdi. Heydər Əliyevin siyasi varisi olan Ali Baş Komandan, Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirir. Azərbaycanın haqq işini bütün dünyaya bəyan edən Ali Baş Komandan 44 günlük müharibə ilə 30 ilə yaxın işğal altındakı torpaqlarımızın azadlığına nail oldu. Bu səbəbdən də 29 avqust 1993-cü il referendumu Azərbaycanın tarixində xüsusi əhəmiyyət daşıyır.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxElm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18

