/ / Rəsmi Bakı uydurma "erməni soyqırımı" ilə bağlı qanun layihəsinin Fransa parlamentində müzakirəyə çıxarılmasına münasibət bildirib
Rəsmi Bakı uydurma "erməni soyqırımı" ilə bağlı qanun layihəsinin Fransa parlamentində müzakirəyə çıxarılmasına münasibət bildirib
22.12.2011 [10:40]
“Biz Fransa parlamentinin “erməni soyqırımı” ilə bağlı müvafiq qanun layihəsini müzakirə etməsinə iki rakursdan baxırıq”. APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.
Ə.Həsənov bildirib ki, bir tərəfdən, sözün həqiqi mənasında ermənilərin bütün dünyada təkidlə dünya ölkələrinə, xalqlarına qəbul etdirməyə çalışdıqları bu iddia qondarmadır, saxtadır və tarixi reallıqla heç bir əsası yoxdur: “Ona görə də hansı ölkənin parlamentinin müzakirəsinə çıxarılmasından və hansı səviyyədə müzakirə edilməsindən asılı olmayaraq, biz “erməni soyqırımı”nı saxta hesab edirik. Tarixdə belə hadisə olmayıb. Bu, sadəcə ermənilərin uydurduğu, bəzi maraqlı dairələrin də dəstəklədiyi antitürk siyasətidir. Digər məsələ isə bu tip hadisələrin siyasiləşdirilməsidir. Hazırda bu məsələnin Fransa parlamentinin gündəminə salınması tarixdə baş vermiş və yaxud tarixdə baş verməmiş - tarixlə bağlı hadisənin siyasiləşdirilməsi, siyasi gündəmə gətirilməsidir. Hesab edirik ki, bu məsələlərlə bağlı tarixçilər araşdırmalar aparmalı, məsələni tarixçilər müzakirə etməlidir. Bu məsələlər insanların yaddaşına tarixi təzələmək anlamında gündəmə gətirilməlidir. Ona görə də biz hər iki rakursdan yanaşanda, bu məsələyə mənfi münasibət bəsləyirik”.
Ə.Həsənov deyib ki, Fransada belə bir qanunun qəbul olunması Fransa-Türkiyə münasibətlərinə təsir edə bilər: “Eyni zamanda, məlumdur ki, biz Ermənistanla neçə ildir müharibə şəraitində yaşayırıq. Ermənistan Azərbaycan torpaqlarını işğal edib, Xocalı kimi dəhşətli cinayətlər bu gün Ermənistanı idarə edənlərin məsuliyyətinə daxildir. Onlar bu hadisələrin bilavasitə iştirakçılarıdır. Ona görə də onlar tərəfindən qaldırılan və dünyanın istənilən yerində dəstəklənən bu tipli ixtiyari məsələlər Azərbaycan dövləti tərəfindən birmənalı şəkildə pislənilir. Belə hadisələrin dövlətlərarası münasibətlərə heç də müsbət çalar gətirməyəcəyi haqqında biz əvvəlcədən bəyanatlar veririk”.
Xəbər lenti
Hamısına baxDünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03

