Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / ABŞ-a olan etimad sürətlə azalır

ABŞ-a olan etimad sürətlə azalır

18.09.2023 [10:59]

Səbəb?

2020-ci il Vətən müharibəsindən sonra Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması ilə bağlı başladılan prosesə xarici təsirlər yenidən güclənib. Xüsusilə, son günlərdə bu istiqamətdə ABŞ-ın mövqeyi anlaşılmazdır. Danışıqlar prosesində vasitəçi qismində iştirak edən rəsmi Vaşinqtonun son günlərdə açıq ermənipərəst mövqedən çıxış etməsi Azərbaycan ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayıb. Senatda baş tutan qərəzli dinləmələr, Dövlət Departamentinin rəsmilərinin qeyri-adekvat açıqlamaları Azərbaycan vətəndaşları arasında ABŞ-a olan etimadın azalmasına səbəb olub. Bunu keçirilən rəy sorğuları da təsdiqləyir.

Belə ki, "Yeni Azərbaycan" qəzeti 100 nəfər respondent arasında sorğu keçirib. Sorğuda iştirak edən respondentlər fərqli sosial statuslu şəxslər arasından seçilib. Iştirak edənlərin 91 fazi ABŞ-ın Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması prosesindəki iştirakının səmimiliyinə şübhə etdiyini bildirib. Münasibət bildirənlər rəsmi Vaşinqtonun erməni lobbisinin maraqlarını müdafiə etdiyi fikrindədirlər. Sorğu iştirakçılarının 87 faizi Ağ Ev adminstrasiyasının Cənubi Qafqaz siyasətini davamlı hesab etməyib, 73 faiz sorğu iştirakçıları isə situasiyanı İran-ABŞ münasibətləri baxımından məntiqli saymayıb. Son olaraq sorğuda iştirak edənlərin yarıdan çoxu, 68 faizi rəsmi Vaşinqtonun yaxın zamanda öz səhvlərini anlayacağını düşündüyünü bildirib.

Paylaş:
Baxılıb: 556 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31