Statutun bədəli...
05.10.2023 [11:30]
Rusiya Ermənistana qarşı hərəkətə keçib
NARDAR
Ermənistan parlamentinin oktyabrın 3-də Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutunu ratifikasiya etməsi Rusiya ilə münasibətlərin daha da gərginləşməsinə səbəb olub. Xatırladaq ki, Ermənistan parlamentinin 60 deputatı statutun ratifikasiyasının lehinə, 20-si isə əleyhinə səs verib. Parlamentin müxalif fraksiyaları sənədin qəbulunun ölkənin maraqlarına cavab vermədiyini və siyasi məqsədlər güddüyünü bəyan ediblər. Onların fikrincə, hakimiyyət orqanlarının bu addımı Rusiya ilə müttəfiqlik münasibətlərini zərbə altında qoyur ki, bunun Ermənistan üçün ağır nəticələri ola bilər.
Bir müddət öncə Rusiyanın Xarici İşlər Nazirliyi Ermənistanda Roma statutunun ratifikasiyasının ikitərəfli münasibətlərə ciddi zərər vuracağı və Moskvanın cavab tədbirləri görəcəyi barədə xəbərdarlıq etmişdi. Rəsmi İrəvan bu sənədin qəbulunun Putinlə əlaqəsi olmadığını, sadəcə Ermənistanın təhlükəsizlik məsələsi ilə bağlı olduğunu iddia etsə də, Roma statutuna qoşulduqda Beynəlxalq Cinayət Məhkəməsinin çıxardığı qərarlarını icra etməlidir. Beynəlxalq Cinayət Məhkəməsi bu ilin mart ayında Rusiya Prezidenti Vladimir Putini Ukraynada törədilmiş hərbi cinayətlərə görə cavabdeh olmaqda ittiham edərək həbsinə order verib. Putin Ermənistana səfər edərsə, Roma Statutuna əsasən, bu ölkədə həbs olunmalıdır.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistan parlamentinin Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutunu ratifikasiya etməsini ikitərəfli münasibətlər baxımından yanlış addım hesab edib. Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin isə bildirib ki, rəsmi İrəvanın Roma statutunu ratifikasiya etməsi düşünülməmiş, strateji cəhətdən səhv addımdır. Onun fikrincə, bu, ilk növbədə, Ermənistan və onun vətəndaşları üçün problem yaradacaq. O qeyd edib ki, bu qərarı qəbul edənlər, ilk növbədə, “niyə” sualına cavab verməlidirlər: “Roma statutunun qəbul edilməsi Rusiya və Ermənistan xalqları arasında münasibətlərin inkişafına ziddir”.
Artıq Rusiya Ermənistana qarşı praktiki addımlara başlayır. Rusiyalı deputat Aleksey Çepa deyib ki, Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutunun ratifikasiyasını təşviq edən və rusofob mövqe tutan erməni parlamentarilərə qarşı sanksiyaların tətbiqi ehtimalı var. Onun sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyanın rusofob siyasəti ABŞ-nin təzyiqi ilə baş verir: “Belə davranışlara görə parlament üzvləri də məsuliyyət daşıyırlar”.
Bundan əlavə, Rusiya Ermənistana qarşı iqtisadi təzyiqlər tətbiq etməyə başlayıb. Erməni mediasının məlumatına görə, Ermənistandan gələn 60-a yaxın yük maşını Rusiyaya buraxılmayıb. Maşınlar “Verxniy Lars” keçid məntəqəsində saxlanılır. Qeyd edilir ki, əsas yük Ermənistandakı müxtəlif istehsalçılara aiddir. Bu yüklərin arasında Ararat və Noydan ixrac edilən konyaklar da var. Ona görə də, Ermənistan Rusiyanı iqtisadi embarqoda ittiham edir. Lakin Rusiya tərəfi problemi onunla əsaslandırır ki, konyak orijinallığını müəyyən etmək üçün ekspertizadan keçməlidir.
Eyni zamanda, Rusiyada miqrasiya qanunvericiliyinə əməl etməyən Ermənistan vətəndaşlarının deportasiyası da gözlənilir. Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Miqrasiya Baş İdarəsinin rəisi, general-leytenant Valentina Kazakova ölkədəki qanunsuz yaşayan miqrantları belə bir tale gözlədiyini açıqlayıb. Roma statutu ilə Ermənistana xəbərdarlıq edən Rusiya rəsmi şəxslərinin bu ölkədə 3 milyon erməninin yaşamasını xatırlatması xəbərdarlıq mesajı idi. Eləcə də, artıq Rusiyanın bu ölkəyə satdığı təbii qazın qiymətinin artırılması haqqında da müzakirələrə başlanılıb. Əgər bütün bunlar baş verərsə, Ermənistanda sosial-iqtisadi partlayışın baş verməsi qaçılmazdır. Beləliklə, rəsmi İrəvan Roma statutunun ratifikasiya edilməsinin bədəlini ödəməyə başlayıb.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23

