/ / Fransa Konstitusiya Şurasının qərarı bu ölkənin demokratik ənənələrə, söz, fikir və özünüifadə azadlığına sadiq qalmasının göstəricisidir
Fransa Konstitusiya Şurasının qərarı bu ölkənin demokratik ənənələrə, söz, fikir və özünüifadə azadlığına sadiq qalmasının göstəricisidir
01.03.2012 [01:16]
Xəbər verildiyi kimi, Fransa Konstitusiya Şurası fevralın 28-də Milli Assambleyanın ötən il dekabrın 22-də qəbul etdiyi və yanvarın 23-də Senat tərəfindən təsdiqini tapan qondarma “erməni soyqırımı”nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunması barədə qanunu müzakirə edib və onun Fransa Konstitusiyasına zidd, söz və fikir azadlığına qarşı yönəlmiş qanun olduğunu nəzərə alaraq ləğv olunması barədə qərar qəbul edib.
Yelisey sarayının mətbuat xidməti Fransa prezidenti Nikola Sarkozinin Konstitusiya Şurasının qərarından təəssüf hissi keçirdiyini bəyan edib, eyni zamanda, Konstitusiya Şurasının “soyqırımı”na dair qanunun ləğvinə etiraz əlaməti olaraq yeni bir qanunun mətninin hazırlanması barədə göstəriş verdiyini bildirib.
Qeyd etmək lazımdır ki, Fransa Konstitusiya Şurasının bu qərarı bəhs olunan ölkənin demokratik ənənələrə, söz, fikir və özünüifadə azadlığına sadiq qalmasına dəlalət etdi. çünki belə bir qanunun qəbul və təsdiq olunması özlüyündə demokratik ənənələrə və prosedurlara ciddi surətdə zidd olmaqla yanaşı, həm də Fransanın demokratik dövlət imicinə birbaşa zərbə olacaqdı. Hansısa korporativ maraqlara müvafiq surətdə atılan bu addım, eyni zamanda, Fransa üçün “bumeranq” effekti verə biləcək presedent ola bilərdi.
Beləliklə, bütün bunları nəzərə alan Fransa Konstitusiya Şurasının bu qərarı olduqca rasional və praqmatik səciyyə daşıyır. Bu, Fransanın demokratik ənənələrə sadiq qaldığını göstərir.
Əlbəttə ki, Fransa Konstitusiya Şurasının belə bir ədalətli, demokratik qərar çıxarmasını şərtləndirən digər mühüm amillər də mövcuddur. İlk növbədə, qeyd edilməlidir ki, Azərbaycanın aktiv, prinsipial və rasional mövqeyi Fransa Konstitusiya Şurasının ədalətli qərar qəbul etməsini şərtləndirən fundamental amil kimi dəyərləndirilməlidir. Təbii ki, burada bir neçə məqama xüsusilə toxunmaq lazımdır.
Birincisi, məlum “Qanunla tanınmış soyqırımıların mövcudluğunun təkzib edilməsinə görə cəza nəzərdə tutan” qanun layihəsinin qəbul edilməsi məsələsi gündəmə gələr-gəlməz Azərbaycan rəsmi və ictimai təşkilatlar səviyyəsində öz haqlı etirazını bildirdi. Fransa Senatının aşağı palatasının məlum qərarından sonra Azərbaycan rəsmiləri, Milli Məclisi, Xarici İşlər Nazirliyi, Qafqaz Müsəlmanları İdarəsi, hakim Yeni Azərbaycan Partiyası və partiyanın Gənclər Birliyi, həmçinin millət vəkilləri, ziyalılar, KİV, ictimai təşkilatlar və digər siyasi partiyalar Fransa Senatının qərarını kəskin şəkildə pislədilər. Eyni zamanda, Azərbaycan diaspor təşkilatları da Fransa Senatına etirazlarını bildirdilər. Bakıda Fransa səfirliyi qarşısında etiraz aksiyaları keçirildi, hətta Sankt-Peterburq şəhərində Azərbaycan diasporunun fəalları Fransa konsulluğu qarşısında aksiya təşkil etdilər. Əlbəttə ki, bu, Azərbaycanın prinsipiallığının və məsələyə nə dərəcədə həssas yanaşmağının göstəricisidir. Məhz bu cür prinsipiallıq Fransa Konstitusiya Şurasının ədalətli qərar qəbul etməsini şərtləndirən əhəmiyyətli amil oldu.
Digər tərəfdən, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun ardıcıl və sistemli fəaliyyəti də birmənalı şəkildə fundamental amil kimi dəyərləndirilməlidir. Belə ki, sözügedən işçi qrupunun fəaliyyəti, sıx təmasları Fransa Konstitusiya Şurasının ədalətli, demokratik qərar çıxarmasına həlledici təsir göstərdi. Eyni zamanda, Fransa-Qafqaz dostluq qrupunun sədr müavini, Fransa-Azərbaycan işçi qrupunun rəhbəri senator xanım Natali Qulenin başçılıq etdiyi senatorlardan ibarət nümayəndə heyətinin təmasları, hadisəylə bağlı çıxışları və mövqeyi Fransa Konstitusiya Şurasının qərarına təsir göstərən mühüm faktor kimi çıxış etdi.
Bir sözlə, görünən odur ki, Azərbaycan tərəfinin proseslərin ilk günündən məsələyə çevik və qətiyyətli reaksiyası öz bəhrəsini verdi. Daha doğrusu Azərbaycanın rəsmi səviyyədə sərgilədiyi prinsipial mövqeyi, Azərbaycan Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun ardıcıl və sistemli fəaliyyəti Fransa Konstitusiya Şurasının ədalətli qərar qəbul etməsini şərtləndirən fundamental faktorlar qismində çıxış etdi.
NURLAN QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03

