Əli Kərimli cəfəng iddialarına son vermir
31.03.2012 [00:04]
Cənubi Qafqaz regionunun lider dövləti kimi Azərbaycan bu bölgənin siyasi, iqtisadi atmosferinin formalaşmasında həlledici təsirə malikdir. Məhz bu imkanlarından yararlanaraq ölkəmiz daxili sabitlik və çoxşaxəli xarici əlaqələr əsasında bölgədə sülh və sabitliyin təmin olunmasında öz mövqeyini konkret fəaliyyəti ilə ortaya qoyur. Eyni zamanda, ölkəmizdə iqtisadi inkişaf, bazar iqtisadiyyatı, invesitisiya mühiti ilə bağlı dünyanın nüfuzlu təşkilatları öz hesabatlarında Azərbaycanın siyasətini yüksək qiymətləndirirlər. Təbii ki, bu uğurlar indiki hakimiyyətin həyata keçirdiyi siyasət nəticəsində əldə edilir.
Amma ölkəmizdə qazanılan uğurlara, mövcud proseslərə kölgə salmaq istəyən dairələr də mövcuddur. Azərbaycanın kənar təsirlərə tabe olmadan müstəqil siyasət yeritməsi, öz yolu ilə irəliləməsi bəzi xarici qüvvələri ciddi narahat edir. Onlar ölkə daxilində bəzi qüvvələrdən öz məqsədləri üçün istifadə etməyə çalışırlar. AXCP və onun sədri Əli Kərimli isə bu prosesdə xüsusi fəallıq göstərir. Ə.Kərimli bu günlərdə “Reqnum” agentliyinə verdiyi müsahibədə də açıq-aşkar dövlətimizin inkişafı istiqamətində qazanılan uğurları qısqanclıqla qarşılayır. Belə olmasaydı, AXCP sədri mövcud reallıqları təhrif etməzdi.
Digər tərəfdən, əgər Əli Kərimli öz siyasi keçmişini, əməllərini, çıxışlarını unudursa, vaxtilə təmsil olunduğu hakimiyyətin Azərbaycan xalqına qarşı atdığı addımları xatırlatmaq yerinə düşər. AXCP sədri müsahibəsində deyir ki, hakimiyyətdə olduqları dövrdə “Biz rüşvət və korrupsiya ilə məşğul olmadıq, hakimiyyətdən sui-istifadə etmədik, xalqla əlaqəni kəsmədik”. Amma 1993-cü il mayın 25-də keçirilmiş müşavirədə səslənən fikirləri, sadalanan faktları, rüşvət və korrupsiya ilə bağlı məsələləri Ə.Kərimli niyə xatırlamaq istəmir? Yəqin ki, həmin müşavirədə Əbülfəz Elçibəyin üzünü dövlət məmurlarına tutaraq “Mənə cavab verin ki, respublika niyə dağılır?” sualını Ə.Kərimli unutmayıb. Bu müşavirədə məruzə ilə çıxış edərək anarxiyanın, korrupsiyanın baş alıb getdiyini müşavirə iştirakçılarının nəzərinə çatdıran Ə.Kərimli deyildimi? Həmin müşavirədə Ə.Kərimli demişdi: “İqtisadi sahədə cinayətkarlıq elə bir vüsət alıb ki, dövlət əmlakının açıq-aşkar mənimsənilməsi, qeyri-qanuni yollarla xaricə satılması, həmin vəsaitin xaricdə saxlanması və bir sözlə, dövlət əmlakının talan edilməsi adicə hala çevrilib. On milyonlarla dollar hələ də xaricdə, ayrı-ayrı adamların hesabında saxlanılır və biz yaddan çıxarmamalıyıq ki, bu, dövlət əmlakıdır və dövlət əmlakının mühafizəsi bizə tapşırılıb. Ona görə də, bilavasitə bu dövlət əmlakının dağılmasında məsul şəxslər kimi özümüzü mənən iştirakçı saymalıyıq”. Həmçinin, mərhum Ə.Elçibəyin öz çıxışında söylədiyi “Barı alanda və oğurlayanda da insafınıza və nəfsinizə sahib çıxın” kəlməsini AXCP sədri nə tez unudub? Bununla yanaşı, o zaman qızıl ehtiyatlarının dağıdılması, II Dünya müharibəsi veteranlarının orden-medallarının zorla yığılıb mənimsənilməsini və s. faktları da Ə.Kərimli xatırlasa, yaxşı olar.
Təəccüblü məqamlardan biri də odur ki, müsahibəsində Ə.Kərimli bir qrup müxalifətçi gəncin martın 17-də keçirdiyi biabırçı mitinqi az qala özləri üçün son dövrlərin böyük uğuru kimi qələmə verir. Bütün ictimaiyyət təxminən 350 nəfərlik mitinqdə səslənən əsas şüarların söyüşdən ibarət olmasına şahidlik etdi. Mitinqdə elan olunan şüarlar, səslənən fikirlər bir daha müxalifət düşərgəsində sağlam ruhlu gənclərin formalaşmadığını göstərir. Eyni zamanda, mitinq iştirakçılarının böyük bir meydanın kiçik bir küncündə toplaşması Azərbaycan gəncliyinin müxalifətə inanmadığını və onların arxasınca getmədiyini nümayiş etdirdi. Bununla yanaşı, onlar qanuni hərəkət, etik davranış və siyasi mədəniyyət baxımından geridə qaldıqlarını, sivil cəmiyyətin tələbləri ilə ayaqlaşa bilmədiklərini əyani şəkildə təsdiqlədilər.
Bir sözlə, müxalifətin fəaliyyəti, keçirmək istədikləri mitinqlər fiaskoya uğrayır. Bu da qarşı düşərgənin sosial dayaqlarının olmamasından, insanların radikalların arxasınca getməməsindən irəli gəlir. Bu reallıqları anlayan Ə.Kərimli isə bəzi xarici KİV-lərdə çıxış etməklə Azərbaycan haqqında mənfi imic formalaşdırmağa çalışır.
ümumiyyətlə, Azərbaycan cəmiyyəti uzaqgörən və siyasi cəhətdən təkmilləşmiş bir toplumdur və radikal müxalifətin dağıdıcı mövqeyini heç zaman qəbul etmir. Xalqımız bu gün Azərbaycanın inkişafını təmin edən mövcud hakimiyyətin siyasətini dəstəkləyir və mövqeyini də seçkilər zamanı nümayiş etdirir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03

