/ / Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın adından Parisdə "Bakıya uçuş" sərgisində iştirak edən qonaqların şərəfinə ziyafət verilib
Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın adından Parisdə "Bakıya uçuş" sərgisində iştirak edən qonaqların şərəfinə ziyafət verilib
16.04.2012 [23:59]
Xəbər verdiyimiz kimi, aprelin 11-də Parisdə Heydər Əliyev Fondunun və “Baku” jurnalının ingilisdilli versiyasının dəstəyi və təşkilatçılığı ilə “Bakıya uçuş: Müasir Azərbaycan incəsənəti” mövzusunda sərgi açılıb. Sərgi ilə tanışlıqdan sonra Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın adından tədbirdə iştirak edən qonaqların şərəfinə ziyafət verilib. Ziyafətdə Fransanın mədəniyyət və kommunikasiya naziri Frederik Mitteran və Azərbaycanın birinci xanımı Mehriban Əliyeva çıxış ediblər.
Frederik Mitteran çıxış edərək deyib: “Hörmətli Mehriban xanım! Hörmətli cənablar! Hörmətli Senat üzvləri! Əziz dostlar! Xanım Əliyeva, icazə verin Sizi kiçik nitqimlə burada bir daha salamlayım. Bu axşam keçirilən sərgidə təşkilatçılıq işlərində xüsusi rol oynamış qızınız Leylanın burada olmağını qeyd etmək istərdim. Sizin simanızda biz Azərbaycanın mədəni həyatının görkəmli şəxsiyyətini, ölkəmizin dostunu görürük. Azərbaycanda keçirilmiş “Fransa inciləri” sərgisi bizim üçün xüsusi əhəmiyyət kəsb edirdi. Bilirik ki, bu işdə Sizin böyük əməyiniz olmuşdur. Bundan əlavə, Bakıdakı Müasir İncəsənət Muzeyi mədəni tədbirlərin təşkil edilməsində də çox fəaldır. Bilirik ki, Bakıda Xalça Muzeyinin binası tikilir. İşlər başa çatdırıldıqdan sonra onun dünyada ən gözəl xalça muzeylərindən birinə çevriləcəyinə əminik.
Bu gün keçirilən “Bakıya uçuş” sərgisinin əsas məqsədi gənc rəssamlar nəslinin yaratdığı əsərləri nümayiş etdirməkdir. Bu sərgi öz xüsusiyyətləri ilə seçilən incəsənətə xüsusi marağı olan Paris ictimaiyyəti üçün təşkil olunmuşdur. Bu təşəbbüsə və sərginin keçirilməsinə verdiyiniz dəstəyə görə, Sizə öz həmkarlarım və Fransa hökuməti adından dərin təşəkkürümü bildirirəm.
Hörmətli xanım Əliyeva, bu gün axşam bizimlə olmağınızdan fərəh hissi duyuram. Bu gün axşam müğənnimiz Patrisia Kaas və Fransanın muzey işçiləri bizimlədir. Burada Fransanın Muzeylər Şurasının sədri cənab Kruzeli görürəm. O, Bakıda keçirilmiş “Fransa inciləri” sərgisinin təşkil edilməsində xüsusi rol oynamışdır. Xüsusilə burada Filip Kostamanyanın iştirakını qeyd edərdim. Bildiyiniz kimi, bu şəxs Bakıda keçirdiyimiz sərginin bələdçisi olmuşdur. O sərgi çox uğurlu keçmişdir. Bu axşam isə Parisdə açdığımız sərginin artıq uğurla baş tutmasından danışmaq olar. Hörmətli xanım Əliyeva! Siz keçirdiyimiz bu tədbirlərin hamısında iştirak edirsiniz. Bu gün bizimlə olduğunuza görə bir daha minnətdaram və bundan məmnunam. Sağ olun”.
Mehriban xanım Əliyeva çıxış edərək söyləyib: “Hörmətli cənab nazir! Hörmətli qonaqlar! İlk növbədə mən sizin hamınızı bu axşam burada salamlayıram və bu gün bizimlə olduğunuza görə sizə dərin minnətdarlığımı çatdırıram. Cənab nazir, sizə mənim fəaliyyətim, Azərbaycan haqqında dediyiniz xoş sözlərə görə xüsusi minnətdarlığımı bildirirəm.
Doğrudan da bu gün Fransanın paytaxtı Parisdə belə bir sərginin keçirilməsi Azərbaycanın mədəni həyatında böyük bir hadisədir. çünki Paris təkcə Fransanın yox, demək olar ki, bütün dünyanın mədəniyyət paytaxtıdır. Bu sərgi ilk dəfə Londonda nümayiş olunmuşdur. Bu gün Parisdə göstərilir. Sonra dünyanın digər ölkələrinin paytaxtlarında da nümayiş olunacaqdır. Mən sərginin hazırlanmasında əməyi olan bütün insanlara dərin minnətdarlığımı bildirirəm. Şəxsən bizim gənc, doğrudan da istedadlı rəssamların adından sizə dərin minnətdarlığımı çatdırıram. Mən ümidvaram ki, bu sərgi ölkəmizin zəngin mədəniyyətini, mədəni irsini Fransada daha da yaxşı tanıdacaqdır. çünki bizim fəaliyyətimizin əsas məqsədi Azərbaycanı, onun zəngin mədəniyyətini, tarixini tanıtmaqdır.
Bu gün sərginin açılışı oldu. Bu sərgi iki həftə Fransada nümayiş olunacaq və inanıram ki, böyük maraq doğuracaqdır.
Mən bir daha sizin hamınıza qonaqpərvərliyinizə, diqqətinizə görə dərin minnətdarlığımı, sizin ölkənizə olan hörmət və məhəbbətimi çatdırıram.
Sonda fürsətdən istifadə edərək sizin hamınızı Azərbaycana dəvət edirəm. çox sağ olun”.
Xəbər lenti
Hamısına baxDünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49
YAP xəbərləri
23 İyun 16:46
YAP xəbərləri
23 İyun 16:05

