"Eurovision-2012": Bakı hazır olduğunu bəyan edib"
25.04.2012 [00:18]
Rusiyanın “Vestnik Kafkaza” nəşrinin 24 aprel nömrəsində “Naməlum Qafqaz” layihəsi çərçivəsində jurnalist Oleq Kuşatın “Eurovision-2012”: Bakı hazır olduğunu bəyan edib” sərlövhəli məqaləsi dərc olunub. AzərTAc həmin məqalənin mətnini oxuculara təqdim edir.
Aprelin 15-də konsert salonunun tikintisi yerində çəkdiyim fotoşəkillər iki gündən sonra köhnəlmişdi. Mənim çəkdiyim şəkillərdə “Crystall Hall” hələ tamamlanmamış görünür. Aprelin 17-də isə Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov bildirib ki, konsert kompleksinin inşası başa çatıb. Bina şounun hazırlanması üçün Brainpoll şirkətinə təhvil verilib.
Tikintinin başa çatmasına iki gün qalmış bir Bayıl burnuna gələndə buna bənzər bəyanatlar qeyri-real görünə bilərdi. Meydançada iş paltarı geyinmiş adamlar qaynaşırdı. Belə təəssürat yaranırdı ki, gecə libaslarına və şıq kişi kostyumlarına hələ çox var. Salondan mətbuat mərkəzinədək toz-torpağın içindən keçib getməli olduq. Həmsöhbətimiz, mətbuat mərkəzinin əməkdaşı Kamran Ağası sakit və qətiyyətli bir səslə deyirdi ki, artıq iki gündən sonra bu binanın ətrafına asfalt döşənəcək və müsabiqənin təşkilatçıları mərkəzdə quraşdırılmış minlərlə kompyuterin işini sınaqdan keçirəcəklər. “Crystall Hall”ın özünün tikintisi isə daha tez başa çatacaqdır. Gördüyümüz isə səkkiz aydan az müddətdə, özü də Qafqaz üçün görünməmiş dərəcədə soyuq keçən, Xəzər dənizinin Azərbaycan sahillərinin son yarım əsrdə ilk dəfə donduğu qış aylarında ucaldılmışdı. Kamranı dinləyə-dinləyə 25 min nəfərlik salonu olan nəhəng dairəvi binaya baxanda başa düşürsən ki, burada sözünün üstündə möhkəm durmağı bacarırlar. İki gün sonra hamımız buna əmin olduq. “Crystall Hall” aprelin 17-ə hazır oldu.
“Budəfəki “Eurovision” müsabiqəsində çox şey ilk dəfə olacaq. Təşkilatçılar yəqin ki, insanların hələ uzun müddət xatırlayacaqları bir sıra texniki və musiqili tamaşa ideyaları təklif edəcəklər”,- deyən Kamran Ağası detalları açıqlamasa da, şəxsən bizim marağımızı artıra bildi.
Bu gün Bakıda çoxları “Eurovision”la yaşayır. Odur ki, təşkilatçıların bu müsabiqəyə son dərəcə ciddi yanaşmasını başa düşmək olar. “Eurovision-2012” müsabiqəsinə Heydər Əliyev Fondu hamilik edir. Hələ ötən il, Eldar Qasımovla Nigar Camalın Düsseldorfdakı qələbəsindən dərhal sonra Azərbaycan rəhbərləri əmin etmişdilər ki, 2012-ci ilin müsabiqəsi ən yüksək səviyyədə keçiriləcək. Hazırlığın birinci mərhələsi - unikal “Crystall Hall”ın ucaldılması verilmiş vədlərə müvafiq surətdə başa çatıb. Bakıda müsabiqə təşkilatçılarının digər mərhələlərdən də uğurla keçəcəyinə şübhə ilə yanaşan çox az adam tapılar.
Kamran Ağası sözünə davam edərək deyir: “Crystall Hall” təkcə “Eurovision-2012” üçün inşa edilmir. Bakıda konsertlər və kütləvi tamaşalar üçün belə rahat salon olmamışdır. Bizdə buna bənzər bütün tədbirlər 2,5 min adamlıq salonda keçirilir. Dünyanın meqa-ulduzları adətən böyük yerlərdə konsertlər verirlər. Texniki və maliyyə tələbləri belədir - mürəkkəb və bahalı aparaturanı yerləşdirmək tələb olunur. Belə bir aparatura ilə qastrollar tamaşaçıların sayının çox olmasını tələb edir. Bakının belə bir böyük konsert məkanına ehtiyacı vardı. Artıq məlumdur ki, bu ilin payızında “Crystall Hall”da Cennifer Lopesin, Şakiranın konsertləri planlaşdırılıb. üstəlik, “Crystall Hall” Olimpiada-2012-nin keçirilməsi hüququ uğrunda mübarizədə Bakının Sifariş kitabına daxil edilib. “Eurovision-2012”-nin bəzi tənqidçiləri bildirirlər ki, 25 min nəfərlik salon yalnız musiqi müsabiqəsinin keçirilməsi üçün ucaldılır. Bu, yumşaq desək, həqiqətə uyğun deyildir. Eləcə də bəzi ictimai xadimlərin salonun tikintisi naminə Bayılda doqquzmərtəbəli evin sökülməsi, onun sakinlərinə isə kifayət qədər kompensasiyanın ödənilməməsi barədə iddiaları ilə razılaşmaq mümkün deyildir. Tikintinin bir kilometrliyində yerləşən həmin ev dairəvi yolun tikintisi planına müvafiq olaraq sökülüb. üstəlik, sakinlər tam bazar qiymətinə uyğun kompensasiya alıblar”.
“Bakı müsabiqəsinin vəzifələrindən biri Avropaya Azərbaycan, o cümlədən onun mədəniyyəti haqqında daha ətraflı danışmaqdır. Məgər Müslüm Maqomayev hələ 30 il əvvəl bunu etməmişdi?” - deyə soruşuram.
“Bu gün Azərbaycan yeni bir dövr - müstəqil inkişaf dövrü yaşayır. Mənim valideynlərim və yaşıdlarım üçün M. Maqomayev öz dövrünün Azərbaycanını təcəssüm etdirirdi. O, indi də postsovet məkanında sevilir. On iki-on üç il bundan əvvəl doğulmuş insanlar (onlar da böyük Azərbaycan ifaçılarını, o cümlədən Maqomayevi dinləyirlər) üçün duetimizin “Eurovision-2011”-də qələbəsi musiqili Avropaya yeni çıxışdır. Yeni zaman - yeni vəzifələr”,- deyə Ağası cavab verir. Rusiya Dövlət Humanitar Universitetinin Qafqazşünaslıq Mərkəzinin baş direktoru İsmayıl Ağakişiyev söhbəti davam etdirərək deyir: “Yadımdadır, bir vaxtlar, hətta Moskvada da azərbaycanlılar haqqında, demək olar, heç nə bilmirdilər. Deyəndə ki, Qafqazdan gəlmişəm, soruşurdular ki, sən gürcüsən? Hesab edirəm ki, azərbaycanlıları respublikada böyük iqtisadi yüksəlişin olduğu və onun rəhbəri Heydər Əliyevin Sov. İKP MK-nın Siyasi Bürosunun üzvü seçildiyi 1970-1980-ci illərdə tanımağa başladılar. Avropa yalnız bizim günlərdə azərbaycanlılar haqqında gerçək məlumatlar alır. “Eurovision-2012” böyük informasiya sıçrayışıdır. Bir çox avropalılar bura, müsabiqəyə gəlib, dəniz sahilində müasir Bakının necə tikildiyini, ölkənin necə iqtisadi sıçrayış etdiyini öz gözü ilə görəcək, xalqımızın tarixi və mədəniyyəti ilə tanış olacaqlar. Bu günlərdə Qəbələdə Azərbaycanda beşinci beynəlxalq aeroport açılacaqdır. “Eurovision”dan sonra Avropada Azərbaycanı xəritədə daha tez tapacaqlar”.
ötənilki müsabiqə zamanı tanınmış Azərbaycan yazıçısı çingiz Abdullayev Rumıniyadan vətənə qayıdırdı. Bakılı duetin qələbəsi haqqında xəbər ona Türkiyədə çatmışdı. ç.Abdullayev deyir: “Bir görərdiniz ki, türklər qələbəmizə necə sevinirlər. Hesab edirdilər ki, Düsseldorfda onlar qələbə qazanıblar. Əllərində iki ölkənin bayraqları olan insanlar küçələrə axışırdılar”.
Nümayəndələri “Eurovision-2012”-yə qatılmayacaq ölkəyə gəldikdə isə bu, təəssüf hissi doğurur. Erməni ifaçılar Bakıda oxusaydılar, bu, iki xalq arasında qarşılıqlı anlaşma yolunda daha bir addım olardı.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
27 Aprel 17:37
YAP xəbərləri
27 Aprel 16:38
Siyasət
27 Aprel 16:35
Xəbər lenti
27 Aprel 16:21
Sosial
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:19
Sosial
27 Aprel 16:18
Sosial
27 Aprel 16:18
Xəbər lenti
27 Aprel 16:17
Sosial
27 Aprel 16:17
Sosial
27 Aprel 16:14
İdman
27 Aprel 16:13
Dünya
27 Aprel 16:13
Sosial
27 Aprel 15:57
Gündəm
27 Aprel 15:53
YAP xəbərləri
27 Aprel 15:52
Elm
27 Aprel 15:52
YAP xəbərləri
27 Aprel 15:22
Dünya
27 Aprel 15:18
Siyasət
27 Aprel 15:02
Siyasət
27 Aprel 15:01
Siyasət
27 Aprel 15:00
Siyasət
27 Aprel 15:00
YAP xəbərləri
27 Aprel 14:53
Gündəm
27 Aprel 14:42
YAP xəbərləri
27 Aprel 14:39
Dünya
27 Aprel 14:35
Sosial
27 Aprel 14:26
Dünya
27 Aprel 14:10
Dünya
27 Aprel 13:58
İqtisadiyyat
27 Aprel 13:46
Dünya
27 Aprel 13:21
Gündəm
27 Aprel 13:13
YAP xəbərləri
27 Aprel 13:03
Dünya
27 Aprel 12:45
Gündəm
27 Aprel 12:42
Xəbər lenti
27 Aprel 12:22
Dünya
27 Aprel 12:17
YAP xəbərləri
27 Aprel 12:09
Gündəm
27 Aprel 11:56
Gündəm
27 Aprel 11:55
Dünya
27 Aprel 11:50
Dünya
27 Aprel 11:24
Siyasət
27 Aprel 11:23
Sosial
27 Aprel 11:20
Siyasət
27 Aprel 11:08
İqtisadiyyat
27 Aprel 10:59
Ədəbiyyat
27 Aprel 10:52
YAP xəbərləri
27 Aprel 10:50
Hadisə
27 Aprel 10:49
İqtisadiyyat
27 Aprel 10:48
İqtisadiyyat
27 Aprel 10:47
Dünya
27 Aprel 10:43
Sosial
27 Aprel 10:35
İdman
27 Aprel 10:16
YAP xəbərləri
27 Aprel 09:58
Dünya
27 Aprel 09:58
Hadisə
27 Aprel 09:25
İdman
27 Aprel 08:52
Dünya
27 Aprel 08:19
Dünya
27 Aprel 07:30
Dünya
26 Aprel 23:40
İdman
26 Aprel 23:28
Hərbi
26 Aprel 22:30
Sosial
26 Aprel 21:44
İdman
26 Aprel 21:09
Sosial
26 Aprel 20:35
Siyasət
26 Aprel 20:35
Dünya
26 Aprel 19:18

