/ / Əli Həsənov: "Eurovision" müsabiqəsinə gələn qonaqlar anti-Azərbaycan yazıların uydurulduğunun şahidi olacaqlar
Əli Həsənov: "Eurovision" müsabiqəsinə gələn qonaqlar anti-Azərbaycan yazıların uydurulduğunun şahidi olacaqlar
16.05.2012 [01:50]
PA rəsmisi deyib ki, Azərbaycan hazırda dünyada sözün həqiqi mənasında söz sahibi olan dövlətdir: “Azərbaycan hazırda BMT Təhlükəsizlik Şurasına rəhbərlik edir, Azərbaycan bölgənin və dünyanın enerji siyasətində öncül mövqelərdən birini tutur. Azərbaycan dünya mədəniyyətinə, mədəni irsinə öz töhfələrini verməkdə davam edir. Təəssüflər olsun ki, bəzi dairələr, o cümlədən erməni diasporu və onun təsirində olan xarici mətbuat orqanları, bəzi xarici QHT-lər, ictimai-siyasi xadimlər Azərbaycanın dünyanın diqqət mərkəzinə çıxması faktından istifadə edib, ölkəmizə qarşı böhtan kampaniyası apardılar və bu gün də aparmaqda davam edirlər”.
Onun sözlərinə görə, həmin qüvvələr Azərbaycanın imicinə mənfi zərbə vuran, müxtəlif uydurmalar, müxtəlif təxribatçı materiallar yayaraq, o cümlədən insan haqları, mətbuat, söz azadlığı sahəsindəki vəziyyəti təhrif edərək Azərbaycanı dünyada qeyri-demokratik dövlət kimi təqdim etməyə cəhd göstərirlər: “Onların bu cəhdləri heç bir nəticə vermədi və verə də bilməzdi. İndi Azərbaycana gələn turistlər, qonaqlar gözləri ilə görəcəklər ki, Azərbaycan cəmiyyəti tolerant cəmiyyətdir, Azərbaycanda siyasi plüralizm tam təmin olunub, respublikada insan hüquqları, vətəndaş cəmiyyəti normaları Avropa ölkələrinin heç birindən geridə deyil. Azərbaycanın gözəl mədəniyyətini, xalqımızın qonaqpərvərliyini, Azərbaycanın tolerant cəmiyyətini və onun digər dəyərlərini öz gözləri ilə görüb, əlbəttə o təxribatçı, anti-Azərbaycan yazıların bilərəkdən uydurulduğunun şahidi olacaqlar”.
PA rəsmisi vurğulayıb ki, Azərbaycan “Eurovision”un keçirilməsinə heç zaman məqsəd kimi baxmayıb: “Buna, sadəcə, Azərbaycan dəyərlərini, Azərbaycan xalqının varlığını, mədəniyyətini, iqtisadi, siyasi və sosial həyatını dünyaya nümayiş etdirmək üçün vasitə kimi baxmışıq. Azərbaycan gəncləri qalib gəliblər, bu qələbəni və yarışmanı Azərbaycana gətiriblər. Biz onlarla fəxr edirik, qürur hissi keçiririk. Təəssüf edirik ki, Azərbaycanın daxilində və xaricində bəzi dairələr bu qələbədən sui-istifadə edib, Azərbaycana, bu gənclərin Vətəninə qarşı təxribat etmək istəyirlər və bunlar da nəticəsiz yekunlaşacaq”.
Xəbər lenti
Hamısına baxDünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49
YAP xəbərləri
23 İyun 16:46
YAP xəbərləri
23 İyun 16:05
Sosial
23 İyun 16:01
Sosial
23 İyun 15:27
Gündəm
23 İyun 15:21
Gündəm
23 İyun 15:20
Gündəm
23 İyun 15:18
Gündəm
23 İyun 15:07
YAP xəbərləri
23 İyun 15:00
Dünya
23 İyun 14:37
Siyasət
23 İyun 14:23
Gündəm
23 İyun 14:20

