"YARAT!" Bakı Müasir İncəsənət Muzeyində "Birləşən körpülər" adlı orijinal sərgini təqdim edib
16.05.2012 [01:50]
“YARAT!” qeyri-kommersiya təşkilatının rəhbəri Aida Mahmudova sərgi haqqında məlumat verib.
Bildirib ki, rəhbərlik etdiyi təşkilat hələ bir ildən az müddətdir ki, fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan incəsənəti mühitində özünə yer tuta bilib. Təşkilatın layihələrinin yaradıcı insanlarda maraq doğurduğundan məmnunluğunu ifadə edən Aida Mahmudova bu dəfə “YARAT!”ın sayca üçüncü böyük layihəsində 12 yerli və 13 xarici rəssamın əsərlərinin təqdim olunduğunu diqqətə çatdırıb. O, layihəni mədəni dialoq adlandırmağın mümkünlüyünü qeyd edərək incəsənətin həmişə müxtəlif millətlərin, mədəniyyətlərin, dinlərin nümayəndələrinin bir-birilərini öyrənmələrinə, birləşmələrinə kömək etdiyini vurğulayıb. İncəsənət, ümumilikdə gözəllik bizim hamımızı birləşdirir. Bu çox cəsur və heyranedici bir layihədir. Bundan əvvəl heç vaxt belə nüfuzlu azərbaycanlı və xarici rəssamlar bir araya gəlməyiblər. Beləliklə, “Birləşən körpülər” 2012-ci ilin ən maraqlı incəsənət tədbirlərindən birinə çevrilir.
A.Mahmudova iştirakçılara, sərginin Böyük Britaniyadan olan həmkuratoru Adam Vaymuta, layihənin reallaşmasında bütün əməyi olanlara təşəkkürünü bildirib.
Layihədə iştirakından və “YARAT!” kimi təşkilatla birgə işləməkdən qürur duyduğunu söyləyən Adam Vaymut sərgini azərbaycanlı rəssamların dünyadakı müasirləri ilə dialoqu kimi qiymətləndirib. Bildirib ki, sərginin bu qədər maraq doğurmasının səbəbi yalnız orada iştirak edən nüfuzlu incəsənət xadimləri ilə bağlı deyildir. Sərgi həm də Bakının beynəlxalq incəsənət mərkəzləri ilə çiçəklənən əlaqələrini bir daha təsdiqləyir.
Azərbaycan rəssamları ilə yanaşı, Böyük Britaniyanın və digər ölkələrin fırça ustalarının da iştirak etdikləri bu sərgidə britaniyalı və beynəlxalq rəssamlar - Ceyms Turrell, Sara Lukas, Anni Morris, Pol Frayer, Kit Kaventry, Aleks Hoda, Olimpiya Skerri, Rayan Mozli, Caap de Vris, Corc Yang və Nil Klementsin, həmçinin azərbaycanlı fırça ustaları Ağa Hüseynov, Altay Sadıqzadə, Faiq Əhməd, Rəşad Ələkbərov, Əli Həsənov, Niyaz Nəcəfov, Rəşad Babayev, Fərid Rəsulov, Aida Mahmudova, Orxan Hüseynov, Nəzrin Məmmədova və Ramal Kazımovun əsərləri nümayiş etdirilir.
Sərginin kuratorları - “YARAT!”ın təsisçisi və direktoru Aida Mahmudova və Böyük Britaniyadan olan Adam Vaymut birlikdə dünyanın qabaqcıl incəsənət mərkəzlərini təmsil edən həm tanınıb, həm də yeni istedadların işlərinin toplusunu təqdim edirlər.
Aida Mahmudova və Adam Vaymut karyeraları boyunca müasir və xüsusilə də yeni rəssamlar üçün imkanlar yaratmağa cəhd göstəriblər.
“YARAT!” qeyri-kommersiya təşkilatının əsası Aida Mahmudova tərəfindən 2011-ci ilin oktyabrında qoyulub. “ön söz” adlı ilk sərgisi və hazırda davam edən “012 Baku Public Art Festival” kimi layihələrlə bədii diskussiyalara səbəb olan “YARAT!” bu beynəlxalq sərgi ilə diskussiyaları daha da artırır. “Birləşən körpülər” “YARAT!”ın bütün dünyanın və Azərbaycanın müasir incəsənət cəmiyyətləri arasında dialoqu inkişaf etdirmək kimi əsas məqsədini bir daha təsdiq edir.
Sərgi həm də Bakıda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsi ilə üst-üstə düşür. Şübhəsiz, bu mahnı müsabiqəsi Bakıya minlərlə tamaşaçı cəlb edir. Beləliklə, sərgidə nümayiş etdirilən işlər daha böyük, beynəlxalq auditoriyalara açılmış olur. “YARAT!” ölkəmizin həm tanınmış rəssamlarına, həm də gənc istedadlarına imkan yaratmaq, onların işlərini məşhur və sevilən beynəlxalq rəssamların işləri ilə birgə sərgiləməklə, Azərbaycan incəsənətini daha da inkişaf etdirir.
Beynəlxalq arenada məşhur olan və Bakı Müasir İncəsənət Muzeyinin tikinti layihəsinin tərtibatçısı və əlaqələndiricisi Altay Sadıqzadədən başlayıb, Azərbaycanı 2007-ci il Venesiya Biennalesində təmsil etmək üçün seçilən Faiq Əhmədə qədər sərgidə iştirak edən azərbaycanlı rəssamlar da öz beynəlxalq həmkarları kimi geniş təcrübəyə malikdirlər.
Bütün dünyada tanınmış İdris Xanın xüsusi olaraq Bakıya gətirilmiş installyasiyası da “Birləşən körpülər” sərgisində nümayiş etdirilir. Xan ən çox həm Qərb, həm də islam ənənələrinin musiqi və mətn tarixlərini araşdıran və rəqəmsal işlənən çapları ilə məşhurdur. Buna baxmayaraq, bu sərgidə o, dörd paslı polad paneldən ibarət olan heykəltəraşlıq əsərini nümayiş etdirir. Heykəlin üzərində Oliver Messayanın kvartetinin, alman həbs düşərgəsində olarkən yazdığı “End of Time” (1941, “Zamanın sonu”) əsərinin notları qumla həkk olunub.
“YARAT!”ın əsas məqsədi Azərbaycan və xarici qeyri-kommersiya incəsənət fondları ilə dialoq və ideya mübadiləsinin əsasını qoymaqdır. “YARAT!” həm də təhsil təşəbbüslərini və beynəlxalq incəsənət mükafatını təmin etməyi öz vəzifəsi hesab edir.
“YARAT!” qeyri-kommersiya təşkilatının təsisçisi və direktoru olan Aida Mahmudova rəssamlıq təhsilini Londonda, Central Saint Martins məktəbində aldıqdan sonra doğma Bakıya qayıdıb. Londonda bir sıra rəssamlarla tanış olan Aida Mahmudova hələ o zaman bu qərara gəlib ki, yaradıcı dialoq yaratmaq və onu inkişaf etdirmək üçün belə bir təşkilata böyük ehtiyac var. Bu fikir Aida Mahmudovanı Azərbaycanın müasir incəsənətini təbliğ və təşviq edəcək qeyri-kommersiya təşkilatını yaratmağa ruhlandırıb. “YARAT!” vasitəsilə Aida Mahmudova Azərbaycanın müasir rəssamları üçün imkanlar yaratmağa və incəsənəti daha geniş yerli və beynəlxalq auditoriyalar arasında təbliğ etməyə çalışır.
Təhsilini City and Guilds İncəsənət Məktəbində alan Adam Vaymut sonralar “20 Hoxton Square Projects”in təsisçilərindən biri və dörd ildən artıq layihənin direktoru olub. Daha sonra bir il ərzində Lazarides çap Qalereyasına başçılıq edib və müstəqil olaraq bədii təşkilatlarda və xeyriyyəçilik işlərində yaxından iştirak edib. 2011-ci ildə o, “AdamWaymouthArt”ın əsasını qoymuşdur. Bu, müasir rəssamlar, muzeylər, qalereyalar və özəl şirkətlərlə birlikdə çalışan bədii əlaqələndirmə üzrə məsləhət mərkəzidir. Son altı ay ərzində “Vaymut Pertwee” , “Anderson and Gold” , “the Victoria & Albert Museum”, “Shelter”, “Flora Fairbairn Projects”, “Gazelli Art House”, “Parasol Unit and Bold Tendencie” ilə əməkdaşlıq edib.
Sərginin sponsorları “İtaldizain Qrup”, “Bakcell”, “Rapid Solutions” şirkətləri və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyidir.
Sərgi iyunun 15-dək davam edəcək.
Xəbər lenti
Hamısına baxDünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12
İqtisadiyyat
28 Aprel 16:11
Dünya
28 Aprel 15:40
Gündəm
28 Aprel 14:31
Sosial
28 Aprel 14:29
YAP xəbərləri
28 Aprel 14:14
Siyasət
28 Aprel 14:08
Sosial
28 Aprel 14:07
Gündəm
28 Aprel 14:06
Elm
28 Aprel 13:41
Elm
28 Aprel 13:09
Sosial
28 Aprel 12:45
Sosial
28 Aprel 12:43
Sosial
28 Aprel 12:40
Sosial
28 Aprel 12:37
Gündəm
28 Aprel 12:35
Sosial
28 Aprel 12:34
Hadisə
28 Aprel 12:33
İqtisadiyyat
28 Aprel 12:26
YAP xəbərləri
28 Aprel 12:11
Gündəm
28 Aprel 11:59
Elm
28 Aprel 11:57
İdman
28 Aprel 11:57
Sosial
28 Aprel 11:56
Gündəm
28 Aprel 11:30
Siyasət
28 Aprel 11:17
Gündəm
28 Aprel 10:55
Siyasət
28 Aprel 10:39
YAP xəbərləri
28 Aprel 10:29
YAP xəbərləri
28 Aprel 10:22
Siyasət
28 Aprel 10:21
Gündəm
28 Aprel 10:14
Siyasət
28 Aprel 09:58
Ədəbiyyat
28 Aprel 09:30
Analitik
28 Aprel 09:14
Sosial
28 Aprel 08:51
Siyasət
28 Aprel 08:35
Sosial
28 Aprel 08:18
Dünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14

