Makronun əsl niyyəti…
09.03.2024 [18:38]
Afrikadan qovulan Fransa Mərkəzi Avrasiya üzərindən müharibə planları qurur
Fransanın timsalında bəzi güclərin özünü "dünya orbitri" sayması son dövrlərdə daha qabarıq hiss edilməyə başlayıb. Regionundan, qitəsindən və mahiyyətindən asılı olmayaraq bütün siyasi-iqtisadi, hərbi, hətta daxili proseslərə belə qarışmaq "imtiyazını" özündə hiss edən Fransanın münasibəti də adekvat olmur – belə ki, proseslərə yanaşmalarında demokratiya, hüquq və bu kimi bəşəri dəyərlərdən deyil, korporativ maraqlardan çıxış edən Fransa bununla da özünün əsas "ideyası"nı ifşa etmiş olur. Bütün dünyaya zəhərli "oMi(a)kron" ştambı yayan Yelisey sarayının siyasi həfdələri separatizm, imperializm və kolonializmdən uzağa getmir.
Ən maraqlı hal isə, Fransanın "sözdən uzağa" getməyən bu kimi addımlarla özünü ifşa və biabır etməsidir. Prezident Makron dövlət başçısı kimi bütün uğursuz addımları atmaqda "qərarlı" görünür. Məsələn, son 3 ildə Fransanın qanunverici strukturlarının Azərbaycan ilə Ermənistan arasında baş verənlərə münasibətdə açıq separatiizmə dəstək kampaniyası həyata keçirməsi bunun bariz sübutudur. Beynəlxalq hüquqdan, bəşəri dəyərlərdən, dövlətlərin ərazi bütövlüyü prinsipindən dəm vuran Paris nədənsə Azərbaycana münasibətdə fərqli "standartlara" müraciət edir. Bunun isə səbəbi hər kəsə bəllidir – Azərbaycanın müstəqil xarici siyasət kursu və bölgədə yaratdığı yeni reallıqlar…
Vurğulandığı kimi, Fransanın bu davranışları isə "özü deyib-özü eşitməkdən" uzağa getmir. Heç bir ölkə, hətta ən yaxın müttəfiqləri belə Fransanı, Makronu ciddiyə almır.
Sözdə yardım, əməldə "gizli məqsəd"…
Bəlli olduğu kimi, artıq üçüncü ilinə qədəm qoymuş Ukrayna – Rusiya müharibəsi müasir siyasi gündəmin əsas müzakirə predmetidir. Münaqişənin mahiyyətinə və arxada qalan dövrə, hətta qarşıdurmanın davam etməsinə maraqlı olan qüvvələrin səyinə diqqət yetirsək bəzi reallıqları görməmək mümkün deyil. Fransa son dönəmlərdə münaqişəyə hədəflənən manipulyasiyaları ilə Avropada önə çıxmaq cəhdləri göstərir, bununla da Qarabağda ifşa olunan "simasızlığını" kompensasiya etməyə çalışır. Aİ-nin "mülki missiyası" adı altında Fransanın Cənubi Qafqazda möhkəmlənmə "planının" iflasının ardından "Ukraynaya dəstək" kampaniyasına start verməyə çalışan Parisin yenə "ağzı yandı". Avropa məkanı Makronu 24 saat keçməməiş ifşa etdi – onun yalan danışdığı bəyan olundu. "Ukraynaya yardım" adı altında özünə Avropada siyasi xal yığmaq istəyən Fransa acı həqiqətlərlə üz-üzə qaldı - Makronun öz ölkəsinin Ukraynaya yardımı gülünc rəqəmlərdə ifadə olunur. Arxada qalan 3 il ərzində Ukraynaya münasibətdə hərbi yardım bir tərəfə, hətta normal humanitar yardım belə etməyən Makron hakimiyyəti Aİ-nin "statistik rəqəmləri" arxasında gizlənməyə çalışıb. Ukraynaya münasibətdə boşboğazlıqdan başqa heç nə ilə yadda qalmayan Makronun dəstəyi "sözdə silahlandırmadan" uzağa getməyib. Hər zaman olduğu kimi, rəsmi Parisin ucuz imperialist siyasi məqsədləri özünü bütün təfərrüatları ilə biruzə verir: Makronun hədəfi heç də Ukraynaya kömək deyil. O, bu və ya digər vədlərlə Ukraynanın "başının altına yastıq qoyur" və münaqişənin davamlılığını "təmin etməyə" çalışır.
Makronun biznes dərdi…
"Plan" isə bəllidir. Makron heçdə anti-Rusiya koalisiyasına başçılıq etməyə niyyətlənməyib – onun dərdi Avropada özünün patronajlığını təmin etməkdir. Məsələn, bəzi dövlətləri "Aİ üzvlüyünə namizəd" statusu ilə "ümidləndirərək" bu dövlətləri özünün "siyasi-hərbi dəyənəyi"nə çevirmək istəyən Makron hakimiyyəti post-sovet regionuna münasibətdə buk imi ştrixlərə üstünlük verir. Yəni, real olaraq hər hansı bir dəstək və ya yardım, nəinki "üzvlük", onun üfiqdəki işartısı belə gözə dəymir. Əsas məqsəd bu kimi yalanlarla Avropada "dayaqlarını" möhkəmləndirməkdir.
Makronun sanki "Ukraynaya yardımı başa çatdırıb", "bu cəbhədə strateji məqsədlərə nail olmuş" kimi indi də Moldovada missiya yaratmaq arzusu bu planın növbəti "bəndidir". Birbaşa Fransa bu kimi "missiyalarla" yerlərdə sürünən imicini xilas etmək niyyətindədir. Qarabağda "daşa dəyən", Ermənistandakı "kəşfiyyatçı missiyası"nın maskası yırtılan planını Şərqi Avropaya münasibətdə həyata keçirməyə çalışır. Məsələləri paralel olaraq qiymətləndirdikdə bəlli olur ki, Fransa bütövlükdə Mərkəzi Avrasiyada münaqişələr yaratmaq, onu alovlandırmaq, yararsız silahlarını satmaq üçün bazar tapmaq arzusundadır. Fransa prezidenti Ermənistanda da missiyanın yaradılmasına nail olub, bu ölkəyə silah satır, Fransa şirkətlərinin lisenziyası əsasında Hindistan tərəfindən istehsal olunan silahlar Ermənistana satılır. Makron pul qazanır - amma bu dövr ərzində Ermənistanın durumu daha da pisləşib. Fransa Afrikadan qovulmaqla özünün gəlir mənbələrindən uzaq düşüb və bu gün Ermənistan, Ukrayna, Moldova üzərindən yeni biznes şəbəkəsi yaratmağa çalışır.
Makron unudur ki, onun bəyanatları, Fransanın niyyətləri Parisin əsl simasını ortaya çıxarmağa daha açıq şərtlər formalaşdırır – məsələn, Makron Fransa əsgərlərinin Ukraynada olmalı olduqlarını bəyan etməklə beynəlxalq hüququ tapdayır. Bu qədər məsuliyyətsizlik isə nəinki Fransa prezidentinə, bu ölkənin kiçik bir şəhərinin merinə belə yaraşmır. Görünən budur ki, dünya ilə yanaşı Fransa cəmiyyəti və dövləti də "oMi(a)kron" ştambının vurduğu ziyanın altını hələ çox çəkəcək…
P.SADAYOĞLU
Xəbər lenti
Hamısına baxİdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07

