Çağırılmamış qonaq
15.03.2024 [10:20]
Aİ-nin “mülki” missiyası nə işlə məşğuldur?
Avropa İttifaqının (Aİ) Ermənistandakı “mülki” missiyasının fəaliyyəti suallar yaradan qaranlıq məqamlarla doludur . Açıq-aydın görünür ki, missiyanın fəaliyyəti region dövlətlərinə, o cümlədən də Azərbaycana qarşı yönəlib. Bununla bağlı müxtəlif mənbələrdən məlumatlar gəlir. Bu günlərdə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada keçirilən brifinqdə missiyanın əslində kəşfiyyat məlumatları toplamasına dair yeni açıqlama ilə çıxış edib. “Aİ-nin Ermənistandakı müşahidə missiyası Ermənistanın sərhədlərini heç o qədər də qorumur, əksinə, monitorinq pərdəsi altında qonşu ölkələrə, təkcə Rusiyaya deyil, həm də Azərbaycana və İrana qarşı kəşfiyyat məlumatlarının toplanması ilə məşğul olur”, - deyə diplomat bildirib.
Onun sözlərinə görə, İrəvanın hazırkı kursunun davam etdirilməsi Ermənistanın suverenliyi üçün ciddi risklər yaradır. Bu xüsusda fikirlərini ifadə edən M.Zaxarova vurğulayıb: “İrəvanın hazırkı kursunun davam etdirilməsi son nəticədə Rusiya və Ermənistan arasında müttəfiqlik münasibətlərinə düzəlməz ziyan vura bilər, respublikanın suverenliyi üçün ciddi risklər yarada bilər, ölkənin təhlükəsizliyinin təmin edilməsinin mövcud effektiv mexanizmini tamamilə məhv edə bilər”.
Şərtlər pozulur - “mülki”, yoxsa hərbi missiya?
Məğlub Ermənistan postmüharibə mərhələsində revanşizm mövqeyindən çıxış edərək sülhyaratma prosesinə əngəllər yaratmaqdan ötrü müxtəlif manipulyasiyalara əl atır. Bu ölkənin siyasi rəhbərliyinin və onun Qərbdəki Fransa kimi havadarlarının canfəşanlığı sayəsində Avropa İttifaqının mülki adlandırılan missiyasının Azərbaycanla Ermənistan arasındakı şərti sərhədlər boyunca yerləşdirilməsi də belə manipulyasiyalardan biridir.
İlk növbədə onu vurğulayaq ki, missiya regionda çağırılmamış qonaq qismində çıxış edir. Çünki regiona kənar güclərin gəlməsini qonşu dövlətlərin heç biri arzulamır və buna etirazlarını bildirirlər. Azərbaycanın da dəstəklədiyi ümumi mövqe ondan ibarətdir ki, bölgənin məsələləri region dövlətlərinin iştirakı ilə müzakirə olunmalıdır. Ancaq 30 il ərzində yürütdüyü işğalçılıq siyasəti ilə Cənubi Qafqazda təhlükəsizliyə və sabitliyə təhdidlər yaradan Ermənistan bu dəfə də region dövlətlərinin mövqeyini nəzarə almadan Aİ missiyasının şərti sərhədlər boyunca yerləşdirilməsinə israr etdi və buna nail oldu. Xatırladaq ki, bununla bağlı siyasi razılıq 2022-ci il oktyabrın 6-da Çexiyanın paytaxtı Praqada Avropa Siyasi Birliyinin ilk Zirvə toplantısı çərçivəsində əldə olunub. Azərbaycan Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron, Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında baş tutan görüşdən sonra verilən bəyanatda bildirilirdi ki, Ermənistan Azərbaycanla sərhəddə Aİ-nin mülki missiyasının göndərilməsinə razılıq verib. Azərbaycan da bu missiya ilə əməkdaşlığa razılaşıb. Bəyanatda o da qeyd olunurdu ki, Aİ-nin missiyası oktyabr ayında gələcək və maksimum iki ay müddətində işləyəcək. Həmin razılaşmaya uyğun qaydada məhdud tərkibli missiya vəziyyətin monitorinqi, təhlili və müvafiq hesabatların təqdim edilməsi məqsədilə 2022-ci il oktyabrın 20-də şərti sərhədin Ermənistan tərəfi boyunca yerləşdirildi.
Yenə də Azərbaycanın etiraz etmədiyi razılaşmaya əsasən missiyanın fəaliyyət müddəti dekabrın 19-da başa çatmalı idi. Ancaq Ermənistan və onun havadarları şərtləri pozdular. Belə ki, 2022-ci il dekabrın 19-da missiyanın fəaliyyəti dayandırdılsa da, bir gün sonra rəsmi İrəvan onun müddətinin qeyri-müəyyən müddətədək uzadılmasına dair birtərəfli qaydada qərar qəbul etdi. Beləliklə, Aİ-nin missiyası 2023-cü ilin yanvarında sonradan uzadılma imkanı ilə 2 illik ilkin mandata malik olaraq Ermənistanda yerləşdi. Missiyada, təxminən, 103 Aİ əməkdaşının olacağı gözlənilirdi. 2023-cü il dekabrın 11-də isə Aİ Ermənistanda yerləşdirilən əməkdaşlarının sayının 209-a çatdırılacağını təsdiqlədi, həmçinin yeni ofislər açdı. Onu da vurğulayaq ki, missiya “mülki” adlandırılsa da, onun tərkibinə Fransanın, Almaniyanın və digər Qərb dövlətlərinin hərbiləşdirilmiş qurumlarının sabiq və indiki təmsilçiləri də daxildirlər. Bu da ondan xəbər verir ki, Ermənistan və onun Avropadakı havadarları iki ölkə arasındakı şərti sərhədlərdə birtərəfli qaydada missiya yerləşdirməkdə səmimi olmayıblar və xoş niyyət güdməyiblər.
Kəskin narazılıq doğuran qərəzli fəaliyyət Aİ-nin missiyası cari il yanvarın
17-də sərhədyanı əraziyə 1500-cü patrulunu göndərib. Bu barədə missiyanın “X” platformasındakı hesabında edilən paylaşımda bildirilib. Ancaq patrul sayının çox olması heç də missiyanın fəaliyyətinin qənaətbəxş olduğunu deməyə əsas vermir. Praqada bəhs etdiyimiz görüşdən sonra verilən açıqlamada bildirilirdi ki, missiyanın məqsədi etimad yaratmaq və hesabatları vasitəsilə sərhəd komissiyalarının işinə töhfə vermək olacaq. Ötən müddətdə bunlara nail olunduğunu demək mümkündürmü? Əsla! Reallıqda missiya məlum razılaşma ilə ona həvalə olunan səlahiyyətləri və məsuliyyəti unudaraq məkrli məqsəd güdən çirkin fəaliyyətlə məşğuldur ki, bu da kəskin narazılıqlara yol açır. Hansı etimad mühitindən söhbət gedə bilər ki, missiyanın yerləşdiyi Ermənistanın hərbiçisi sərhəddə təxribata əl ataraq snayper atəşi ilə Azərbaycan əsgərini yaraladı? Görəsən Paşinyanın çağırışı ilə Makronun, Borrelin dəstək verdikləri Aİ missiyası Eremənistanın təxribatlarının qarşısını almaqda niyə acizdir? Bəlkə, missiyanın vəzifəsi yalnız binokllarla Azərbaycan tərəfə baxıb buradakı hərəkətliliyi izləməkdir?
Yeri gəlmişkən, regionun digər dövlətləri kimi, Azərbaycan da Aİ missiyasının “binokl diplomatiyası”na kəskin narazılıqlarını dəfələrlə ifadə edib. Prezident İlham Əliyev müsahibələrində və müxtəlif auditoriyalar qarşısındakı çıxışlarında ölkəmizin etirazını birmənalı şəkildə diqqətə çatdırıb. Eyni zamanda, cari il fevralın 12-də Avropa İttifaqının Azərbaycan Respublikasındakı səfiri Peter Mixalko Xarici İşlər Nazirliyinə çağırılıb. Görüş zamanı Aİ-nin Ermənistandakı Monitorinq Missiyasının əldə edilmiş ilkin razılıqlara zidd olan fəaliyyətinin ciddi narahatlıq doğurduğu bir daha diqqətə çatdırılıb. Sözügedən missiyanın regional sabitlik, habelə Azərbaycanla Ermənistan arasında etimad quruculuğuna töhfə vermək kimi bəyan edilmiş məqsədlərinə zidd olaraq, Azərbaycan əleyhinə təbliğat vasitəsi kimi geniş şəkildə sui-istifadə edildiyi vurğulanıb. Missiyanın mahiyyət etibarilə müxtəlif Avropa rəsmilərinin, habelə qeyri-rəsmi nümayəndə heyətlərinin sərhəd bölgələrinə səfərlərinin təşkilinə töhfə verən “binokl diplomatiyası”nın agentinə çevrildiyi Aİ tərəfinin diqqətinə çatdırılıb. İstisnasız olaraq bu qəbildən bütün səfərlərdən Azərbaycana qarşı nifrətin yayılması, habelə əsassız azərbaycanofobiyanın genişləndirilməsi üçün istifadə edildiyi bildirilib.
Həqiqətən də, “Binokl diplomatiyası”nın bu fəallığının sərhəd boyunca indiyədək görünməmiş sakitliyin hökm sürdüyü bir zamanda müşahidə olunması xüsusilə narahatlıq doğurur. Narahatlıq doğuran fəaliyyət heç bir şəkildə qeyd olunan missiyanın neytral bir aktor kimi inam və etimad quruculuğuna töhfə verməklə bağlı bəyan edilmiş məqsədlərinə uyğun gəlmir. Aİ məsuliyyətini bütün miqyası ilə dərk etməli və missiyanın məlum razılaşma ilə ona verilən mandata uyğun fəaliyyətini təmin etməlidir.
Müharibənin başa çatmasından sonrakı mərhələdə Azərbaycan qalib statusuna rəğmən, heç bir ilkin şərtlər irəli sürmədən davamlı şəkildə sülh təşəbbüsləri irəli sürür. O cümlədən respublikamız bölgədə sülhün təmin olunması məqsədilə bir sıra beynəlxalq platformalar çərçivəsində aparılan müzakirələrə qatılaraq səmimiliyini ortaya qoyub. Ermənistandan, həmçinin sülhyaratma prosesində yer almaq istəyən Avropa İttifaqından qalib Azərbaycanın xoş mərama əsaslanan fəaliyyətlərinə və çağırışlarına qarşılıq verilməlidir. Bir qədər bundan əvvəl başa çatan Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən görüşlərdən sonra proseslərin irəliləyəcəyinə, danışıqlarda keyfiyyət dəyişikliyinin baş verəcəyinə inam yaranmışdı. Ancaq sədd heyif ki, ehtiyac olmadığı halda proseslərdə yer almaq üçün dəridən-qabıqdan çıxan kənar oyunçuların davranışları, o cümlədən də Aİ-nin məlum missiyasının mandatından kənara çıxaraq kəşfiyyat məlumatları toplamaqla məşğul olması yaranmış inamı zədələyir və müsbət başlanğıcı geriyə çevirir.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxDünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16

