Tbilisi yenidən Qərbin hədəfində
07.04.2024 [10:55]
Qonşu Gürcüstanın paytaxtı Tbilisi son günlərdə yeni etiraz dalğası ilə çalxalanır. Minlərlə insan Rustaveli prospektində, parlament binasının qarşısındadır. Tbilisi sakinlərinin, xüsusilə də qeyri-hökumət təsisatları təmsilçilərinin etirazlara qalxmasının səbəbi dəyişməyib. Bir il bundan əvvəl olduğu kimi, yenə də “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin parlamentə təqdim edilməsi sərt reaksiyalarla qarşılanıb.
Xatırladaq ki, ötən il kəskin etirazlar səbəbindən müzakirələri dayandırılan və gündəlikdən çıxarılan qanun layihəsi parlamentə hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyası tərəfindən təqdim olunub. Qanunverici orqan çoxluğunun lideri və hakim partiyanın icraçı katibi Mamuka Mdinaradze analoji təşəbbüsün kütləvi etirazlara səbəb olmasından bir il sonra xarici agentlərlə bağlı qanun layihəsinin yenidən parlamentə təqdim etdiklərini açqılayıb. O deyib ki, “xarici təsir agenti” termini istisna olmaqla, qanun layihəsinin mətni əvvəlki kimi saxlanılıb. Layihədə “xarici təsir agenti” ifadəsi əvəzinə “xarici gücün maraqlarını güdən təşkilat” anlayışından istifadə olunub. Artıq parlamentində qanun layihəsi rəsmi qeydiyyata alınıb. Layihənin parlamentin yaz sessiyasının sonuna qədər qəbul edilməsi nəzərdə tutulur. Sənəd qanunverici orqanın saytında dərc olunub.
Qanun layihəsinin gerçək mahiyyəti
Bəs ötən il olduğu kimi, yenidən Tbilisini çalxalayan qanun layihəsinin gerçək mahiyyəti nədən ibarətdir? “Xarici təsirlərin şəffaflığı haqqında” qanun layihəsinə əsasən, illik gəlirinin 20 faizdən çoxunu xarici dövlətlərdən, beynəlxalq təşkilatlardan, Gürcüstan vətəndaşı olmayan qurum və şəxslərdən əldə edən və dövlət tərəfindən təsis edilməyən media orqanları və QHT-lər Gürcüstandakı “xarici gücün maraqlarını güdən təşkilat” kimi reyestrdən keçməli olacaqlar. Qanun layihəsinə verilən izahata görə, xarici dövlətlərin maraqlarını güdən təşkilat anlayışını təqdim etmək və müvafiq olaraq bu qurumların qeydiyyatına başlamaq lazımdır. Həmçinin qeyd edilir ki, qanunvericilik aktı yalnız məlumat məqsədinə xidmət edir və xarici maraqların dirijoru kimi tanınacaq təşkilatların fəaliyyətini məhdudlaşdırmayacaq.
Reyestrdən keçməyənləri isə maliyyə sanksiyaları gözləyir. Lakin onun normaları fiziki şəxslərə şamil edilməyəcək. Gəlirlərinin 20 faizdən çoxu xaricdən gələn qeyri-kommersiya hüquqi şəxslər və mətbuat orqanları qanunun təsir dairəsində olacaqlar. Belə təşkilatlar hər ilin yanvar ayında Ədliyyə Nazirliyinə xərcləri haqqında bəyannamə təqdim etməlidirlər. Bu öhdəliyi yerinə yetirməsələr, 25 min lari (təxminən 9,3 min dollar) məbləğində cərimələnəcəklər. Cərimədən sonra belə bəyannamə təqdim edilməzsə, bəyannamənin vaxtı keçmiş hər ay üçün 20 min lari (təxminən 7,4 min dollar) tutulacaq.
Qeyd edək ki, oxşar qanun Gürcüstandan əvvəl digər ölkələrdə qəbul olunub. İki ölkənin - ABŞ-ın və Rusiyanın nümunəsinə diqqət çəkək. Xarici Agentlərin Qeydiyyatı Aktı (Foreign Agents Registration Act, FARA) okeanın o tayında 1938-ci ildə qəbul olunub və sonrakı illərdə düzəlişlərlə qadağa dairəsi əhəmiyyətli dərəcədə azaldılıb. Rusiya isə analoji qanuna 2012-ci ildə üz tutub. ABŞ-da xarici agentlərin reyestrinə ilk növbədə başqa dövlətin maraqları üçün lobbiçilik edən təşkilatlar və şəxslər daxil edilir. Rusiyada qəbul olunan qanunda isə “xarici agent” statusu daha geniş miqyasda tövsif olunur. ABŞ-da qanunun qəbul olunması zərurəti sırf dövlət maraqlarının qorunması ilə izah olunur. Rusiyalı ekspertlər isə oxşar qanunun qəbul edilməsi ilə hakimiyyətin siyasi rəqiblərinin əhatə dairəsini məhdudlaşdırmaq məqsədi daşıdığını bildirirlər.
Siyasi və korporativ maraqlardan qaynaqlanan daxili etirazlar
Hakim partiyanın xarici agentlər haqqında qanunun qəbuluna yenidən çəhd etməsi müxalifət və ölkə prezidenti Salome Zurabişvili arasında mənfi reaksiyaya səbəb olub. Prezident Salome Zurabişvili “Gürcü arzusu”nun hərəkətlərini ölkənin Avropa İttifaqı yolunda təxribat adlandırıb. Qeyd edək ki, qonşu ölkənin hakimiyyətində vahid mövqenin olmadığı əvvəllər də müşahidə edilirdi. Xüsusilə də hökumət getdikcə nəzarət imkanlarını genişləndirir, prezident institutu isə proseslərdən kənarda qalan qurum təsəvvürü yaradır. Belə görünür ki, prezident Solome Zurabişvili sözügedən qanun layihəsinin parlamentdə yenidən müzakirələrə çıxarımasına görə baş qaldıran kütləvi etirazları rəqiblərinə qarşı revanş etmək üçün bir fürsət kimi dəyərləndirib.
Etirazçılar sözügedən qanun layihəsini “Rusiya qanunu” adlandırırlar. Burada iki məqamı fərqləndirə bilərik. Birincisi, etirazçıların qənaətinə görə layihənin məzmunu qonşu ölkədəki oxşar qanuna çox yaxındır. Belə ki, qanunun qəbul ediləcəyi təqdirdə daha çox kateqoriyadan olan insanlar onun təsir dairəsinə düşəcəklər. Rustaveli prospektinə toplaşanların qənətinə görə, bu, həm də ölkədə siyasi fəaliyyətin məhdudlaşdırılması anlamına gəlir.
Diqqəti çəkən digər məqam isə etirazçıların Avropaya inteqrasiya siyasətinin davam etdirilməsi zərurətini daha çılğın şəkildə gündəmə gətirmələridir. Onlar iddia edirlər ki, qanunun qəbul ediləcəyi təqdirdə ölkənin Qərbə inteqrasiyası əhəmiyyətli dərəcədə zəifləyəcək. Etirazçıların bu iddiası hansı arqumentlə izah oluna bilər? Sualın cavabı olaraq bildirək ki, hazırda Gürcüstanda Avropa qurumlarından maliyyələşən çoxsaylı qeyri-hökumət təşkilatları fəaliyyət göstərir. Qrant ayıran təşkilatlar təbii ki, öz maraqlarını diktə edir və QHT-lərin fəaliyyətini istiqamətləndirirlər. Açıq deyək ki, bu istiqamətlər heç də bütün hallarda dövlətin maraqları ilə üst-üstə düşmür, bir sıra hallarda cəmiyyətdə ziddiyyətlər yaranmasına yol açır.
Qərbdən gələn təzyiqlər
Uzanan Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ və Avropa Cənub Qafqaz siyasətini aktivləşdirib. Bu aktivlik heç də xoş mərama əsaslanmır. Belə ki, kollektiv Qərb regionu Rusiyanın təsir dairəsindən çıxarmaq üçün demarşlar edir. Bir neçə il bundan əvvəl bu ssenari Gürcüstanın ərazi itkiləri ilə nəticələndi. Belə cəhdlər həmçinin Azərbaycanda da müşahidə edildi. Ancaq monolit Azərbaycan hakimiyyəti və cəmiyyəti həmrəylik ortaya qoyaraq “rəngli inqilablar” dalğasını iflasa uğratmağı bacardı. Burada “zəif bənd” qismində Ermənistan çıxış edir. Hazırda Rusiyanın üzləşdiyi çətinlikləri bir fürsət kimi dəyərləndirən Ermənistan iqtidarı ölkənin oriyentasiyasını Qərbə doğru dəyişib. Təbii ki, ortada siyasi maraqlarla yanaşı, korporativ gözləntilə də var. Qərb Ermənistan hakimiyyətini və cəmiyyətini demokratiyanın və vətəndaş cəmiyyətinin inkişafı adı ilə yönləndirlən vəsaitlərlə şirnikləndirir. Elə aprelin 5-də Brüsseldə baş tutan üçərəfli görüşdə Avropa İttifaqının və ABŞ-ın Ermənistana yeni maliyyə tranşı ayıracağı vəd olunub.
Ermənistanda “uğur” qazanan Qərb Gürcüstanda da əzəli məqsədlərinə çatmağa yenidən cəhdlər göstərir. Bu ölkəyə Avropa İttifaqının qapılarının onun üzünə açılacağı vədləri verilir. Bəhs olunan qanun layihəsinin hakim partiya tərəfindən yenidən parlamentə təqdim olunması isə Qərb dairələrində əməlli-başlı qəzəb yaradıb. Bu günlərdə həmin dairələrdən Gürcüstan hakimiyyətinə davamlı təzyiqlər gəlməkdədir. Məsələn, BMT-nin İnsan Haqları ofisi Gürcüstan hökumətini “Xarici təsirlərin şəffaflığı haqqında” qanun layihəsini qəbul etməməyə çağırıb. Təşkilatın “X” platformasındakı paylaşımında bu qanun layihəsini geri çəkməyə çağırış əks olunub. “Bu, söz və birləşmək azadlığına ciddi təhdid törədir”, - deyə paylaşımda bildirilib.
Gürcüstanı vaxtilə postsovet məkanında “demoktatiya mayakı” adlandıran ABŞ senatorları isə bildiriblər ki, Tbilisinin xarici agentlər haqqında qanun layihəsini gündəmə qaytardığını müşahidə etmək həddindən artıq məyusedicidir: “Bu, ölkəni daha da parçalayır və Rusiyanın vətəndaş cəmiyyətinin fəaliyyətini məhdudlaşdırmaq və siyasi müxalifəti boğmaq üçün istifadə etdiyi qanunlara bənzəyir. Gürcüstanda demokratik hökumətin bunun üçün heç bir əsası olmamalıdır”.
ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller isə qanun layihəsinin Gürcüstanı Avropa yolundan uzaqlaşdıracağından və vətəndaşların həyatını yaxşılaşdıran vətəndaş cəmiyyəti təşkilatlarına zərər verəcəyindən çox narahat olduqlarını bildirib: “Biz Gürcüstan hökumətini Avropa İttifaqının istəklərinə əməl etməyə çağırırıq”, - deyə ABŞ rəsmisi bildirib.
Hətta NATO-nun Baş katibi Yens Stoltenberq də narazılığını ifadə edib. O, sənəd layihəsinin yenidən qanunverici orqana təqdim edilməsinə qarşı çıxdığını, bunun Gürcüstanda demokratik təsisatların güclənməsinə qarşı bir addım olduğunu dilə gətirib. Baş katib deyib ki, Gürcüstan NATO və Avropa İttifaqına yaxınlaşmaq üçün islahatlar üzərində işləməlidir.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxSosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39

