Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Laçın və İrpen şəhərləri qardaşlaşacaq

Laçın və İrpen şəhərləri qardaşlaşacaq

28.04.2024 [11:52]

Ukraynanın İrpen şəhəri ilə Azərbaycanın Laçın şəhərinin qardaşlaşmış şəhərlər olması istiqamətində işlər aparılır. 

Bu barədə AZƏRTAC-a İrpen şəhər Meriyasından məlumat verilib.

“Biz Azərbaycanın Laçın şəhəri ilə İrpen şəhəri arasında tərəfdaşlıq yaratmaq üçün işləyirik. Artıq Azərbaycan və Ukraynanın müvafiq qurumları ilə müvafiq işlər aparılır”, - deyə məlumatda bildirilib.

Qeyd olunub ki, iki şəhər arasında gələcək qardaş şəhər münasibətləri Azərbaycan və Ukrayna arasında əməkdaşlığın möhkəmlənməsinə təkan verəcək.

Azərbaycanın Ukraynadakı səfirliyindən AZƏRTAC-a Laçın və İrpen şəhərlərinin qardaşlaşmış şəhərlər olması istiqamətində işlərin aparıldığını təsdiqləyiblər.

Paylaş:
Baxılıb: 524 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

MEDİA

İqtisadiyyat

Sosial

Həsrət bitdi...

22 Avqust 09:55  

Elm

Mədəniyyət

Hibrid kitabxana

22 Avqust 09:15

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31