Gəncədə su təchizatı və kanalizasiya sistemi yenidən qurulur
13.09.2024 [23:45]
Gəncədə əhalinin içməli su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadənin yaxşılaşdırılması məqsədilə həyata keçirilən layihənin icrası davam edir.
Bu barədə Yeniazerbaycan.com-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib.
Məlumata görə, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Gəncə Şəhər Sukanal İdarəsi tərəfindən şəhərin əksər küçə və prospektlərində köhnə su boruları yeniləri ilə əvəzlənir. Su təchizatı ilə paralel olaraq kanalizasiya sistemi üzrə də bu işlər həyata keçirilir.
Gəncə şəhər Sukanal İdarəsinin rəisi Şöhrəddin Verdiyev açıqlamasında qeyd edir ki, şəhərdə 2024-cü il ərzində 12.000 metr içməli su, 10.000 metr kanalizasiya xətti çəkilib: “Həmçinin 1500 ədəd su sayğacının quraşdırılması nəzərdə tutulub. Hazırda işlər yekunlaşmaq üzrədir. 47 faiz su xətti, 44 faiz kanalizasiya xətti çəkilib. Gəncə şəhərinin 71.500 abonentinin 40.000-i dayanıqlı içməli su ilə təmin olunur”.
Gəncə şəhərinin su təchizatı 3 mənbədən - Göygöl-Gəncə, Şəmkir-Gəncə magistral su xətləri və 97 ədəd subartezian quyuları vasitəsi ilə reallaşdırılır. Su şəbəkəyə ümumi tutumu 41530 kubmetr olan 9 ədəd mərkəzi və 18 ədəd məhəllədaxili su anbarları vasitəsilə verilir.
Şəhər sakinləri əvvəlki illərlə müqayisədə daimi içməli su ilə təmin olunduqlarını bildirirlər.
Gəncə sakini Rafiq Hüseynov əhaliyə göstərilən su təchizatı xidmətindən razılığını ifadə edir: “Suyun verilməsindən əziyyət çəkirdik. Bizim əraziyə su iki gündən bir verilirdi. İndi isə daimi təmiz suyumuz gəlir, içirik, yuyunuruq, həm də istifadə edirik. Su isə olduqca uzaqdan, düz Seyfəlidən gəlir. Sağ olsun əziyyət çəkənlər də, istifadə edənlər də”.
Gəncə şəhəri Mirzə Abbas Abbaszadə, Həsən Əliyev, Fərhad Əliyev, Bakı Fəhləsi, Hacı Zeynalabdin Tağıyev, Müseyib Bağırov küçələrində, Yeni Gəncə qəsəbəsində, 38-ci Hərbi şəhərcikdə sıradan çıxmış müxtəlif su boruları polietilen borularla əvəz olunub.
Şəhərinin istənilən küçəsində baş verən qəza hadisələri qəza xidməti tərəfindən dərhal nəzarətə götürülür və aradan qaldırılır.
Sukanal İdarəsinin rəisi onu da vurğulayıb ki, Üzeyir Hacıbəyov küçəsindəki diametri 300 millimetrlik polad borudan ibarət magistral su xəttində qəza olub, dərhal təmir işləri başlanılıb, problem qısa müddətdə aradan qaldırılıb, suyun verilməsi bərpa edilib.
Gəncə şəhər Sukanal İdarəsi yerli əhalinin dayanıqlı və keyfiyyətli içməli su ilə təminatını, o cümlədən tullantı, yağış sularının axıdıldığı xətlərin bərpası və yenilənməsi istiqamətində işləri intensiv həyata keçirir.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19

