İstanbul Boğazının incisi- Ortaköy Məscidi
14.09.2024 [07:52]
Rəngarəng bazarı, canlı atmosferi, gözoxşayan işıqları ilə İstanbulun, Beşiktaşın ən gözəl səmtlərindən biridir Ortaköy. İstanbul boğazının suları ilə qucaqlaşan küçələri, İskələ meydanı, kumpir dükanları, imisti insanları ilə unudulmazdır.
Ortaköyda gəziləcək, görüləcək məkanlar sırasında maraqla izlədiyimiz Türkiyə istehsalı filmlərdə, seriallarda, eləcə də İstanbul mövzulu bütün fotolarda qarşımıza çıxan və möhtəşəm memarlığı ilə diqqət çəkən, daha çox Ortaköy Məscidi kimi bilinsə də, əsl adı Böyük Məcidiyyə Məscidi olan tarixi abidə görənləri özünə heyran qoyur.
Sahilin düz kənarında, suların qoynunda, sanki suyun üstündə yerləşibmiş kimi görünən məscid həm Ortaköyün, həm də İstanbulun önəmli simvollarından birinə çevrilib.
Məscid Sultan Əbdülməcidin sifarişi ilə 1853-cü ildə memar Niqoqos Balyan tərəfindən inşa edilib. Bina 1721-ci ildə vəzir İbrahim paşanın kürəkəni Mahmud ağanın tikdirdiyi məscidin üstündə tikilib.
Bütün sultan məscidlərində olduğu kimi bu məscid də iki hissədən ibarətdir: harim və hünkar bölmələri. Boğazın dəyişən işıqlarını məscidə gətirmək üçün geniş və hündür pəncərələr düzəldilib ki, bu da məscidə ayrı gözəllik və özünəməxsusluq verir.
Pilləkənlərlə çıxmaq mümkün olan binanın tək eyvanlı iki minarəsi var. Divarları ağ yonma daşdan hörülüb. Tək günbəzin divarları çəhrayı mozaikadandır. Mehrab mozaika və mərmərdən, minbər isə porfir örtüklü mərmərdən hazırlanıb.
Olduqca zərif memarlıq nümunəsi olan məscid 1862 və 1866-cı illərdə təmir edilib. Ancaq 1894-cü il zəlzələsi tarixi abidəyə çox böyük zərər verib. Buna görə də 1909-cu ildə yenidən təmir etdirilib. 1960-cı illərdə binada yaranan çatlar səbəbindən yenidən bərpa işləri başladılıb və zəmin möhkəmləndirilərək günbəz yenilənib. Bu təmir səbəbindən ibadətə bağlanan məscid 1969-cu ildə yenidən müsəlman sakinlərin ixtiyarına verilib. Təəssüf ki, möhtəşəm memarlıq nümunəsi yenə də qəzavü-qədərdən yan ötüşə bilməyib. Bu dəfə yanğın tarixi məscidin varlığına qəsd etməyə çalışıb. Amma 1984-cü ildə baş verən bu böyük fəlakət binanı qismən dağıtsa da, yenidən bərpa edilərək tariximizə qazandırılıb.
Vəqflər Ümumi Müdirliyi tərəfindən 2011-2014-cü illər arasında təxminən üç il davam edən bərpa işləri 6 iyun 2014-cü ildə tamamlanan məscid yenidən ibadət və ziyarətlərə açılıb.
Ortaköy Məscidinin düz yanında daha bir möhtəşəm abidə öz əzəməti ilə insanın gözünü qamaşdırır. Əsma Sultan İmarəti də buranın görülməyə dəyər memarlıq nümunələrindən biridir. İmarət Sultan Əbdüləzizin qızı Əsma Sultan üçün Çərkəz Mehmet Paşa ilə evləndikdən sonra toy hədiyyəsi kimi inşa edilib.
1848-ci ildə Əsma Sultanın ölümündən sonra müxtəlif dövrlərdə Sultan II Əbdüləzizin qızlarına verilib, 1915-1922-ci illər arasında yunan məktəbi və anbar kimi istifadə edilib. 1950-ci illərdə çox əl dəyişdirən bina 1975-ci ildə güclü yanğına məruz qalıb.
1990-ci illərdə “The Marmara Collection” tərəfindən satin alınan bina günümüzdə toy, tədbir kimi mərasimlərin keçirildiyi məkan olaraq istifadə edilir.
İstanbulun qaranlıq gecəsində insanın ruhuna həzin bir türkü pıçıldayan Boğazın sularının qoynunda uzaqdan Ortaköy Məscidini və onun “qulaq dostu” olan Əsma Sultan İmarətini seyr etmək ayrı bir həzdir. Keçmişlə müasirliyin, təbiətlə insan əlinin zəhmətinin ortaq möcüzəsi olan bu möhtəşəm abidə bir daha türkün qədim və şanlı tarixi ilə ürəkdən, bütün səmimiyyəti ilə öyünmək səbəbi olduğunu sübut edir.
Şahanə MÜŞFİQ
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19

