Astarada şəhid və qazi ailələri üçün kardioloji tibbi sosial aksiya keçirilib
27.09.2024 [18:51]
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin, Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı və TƏBİB-in, Səhiyyə Nazirliyinin C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun dəstəyi ilə Ümumdünya Ürək Gününə həsr edilmiş Astara Sağlamlıq Günləri çərçivəsində şəhid və qazi ailələri üçün kardioloji tibbi sosial aksiya keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini İsmayıl Əfəndiyev, Mərkəzi Gömrük Hospitalının rəisi-baş həkimi Bəxtiyar Musayev, Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsinin rəisi, kardioloq Tamilla Əliyeva, Səhiyyə Nazirliyinin C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru Gülnaz Dadaşova, institutun əməkdaşları, həkimləri, Mərkəzi Gömrük Hospitalının həkimləri, rezidentləri və tibb işçiləri iştirak ediblər.
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini İsmayıl Əfəndiyev tədbirin açılış hissəsində çıxış edərək bildirib ki, 27 Sentyabr – Anım Günündə Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi və Mərkəzi Gömrük Hospitalının həkim və mütəxəssislərdən ibarət böyük dəstəsi Astara Rayon Mərkəzi Xəstəxanasında ənənəvi olaraq şəhid və qazi ailələrinin üzvləri üçün tibbi xeyriyyə aksiyası keçirir. Aksiya zamanı şəhid və qazi ailələrinin üzvləri müxtəlif patologiyalar üzrə müayinələrdən keçəcək, lazımi reseptlər yazılacaq, ehtiyacı olan xəstələrə dərman vasitələri paylanacaq. İxtisaslaşdırılmış əlavə müayinələr tələb olunan xəstələr üçün Mərkəzi Gömrük Hospitalına göndərişlər təqdim ediləcək və gələcəkdə onlar hospitalda ödənişsiz müayinələrdən keçəcək və müalicə olunacaqlar.
Mərkəzi Gömrük Hospitalının rəisi-baş həkimi Bəxtiyar Musayev bildirib ki, Ümumdünya Ürək Gününə həsr edilmiş Astara Sağlamlıq Günləri çərçivəsində həyata keçiriləcək tibbi xeyriyyə aksiyası zamanı Mərkəzi Gömrük Hospitalının və C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun yüksəkixtisaslı mütəxəssisləri tərəfindən şəhid və qazi ailələrinin üzvlərinə uroloji, kardioloji, endokrinoloji, nevroloji, oftalmoloji, ginekoloji, travmotoloji, pediatrik və s. xidmətlər göstəriləcək.
C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru Gülnaz Dadaşova şəhid və qazi ailələri üçün kardioloji tibbi sosial aksiyanın əhəmiyyətindən danışaraq, aksiya zamanı şəhid və qazi ailələrinin üzvləri ilə yanaşı, buraya gələn və tibbi müayinələrə ehtiyacı olan əhalinin də aksiyada iştirak edəcəyini, ambulator və ekspert müayinələrdən keçəcəyini qeyd edib.
Açılış mərasimindən sonra tibbi sosial aksiyaya start verilib. Şəhid və qazi ailələrinin üzvləri müxtəlif patoloji müayinələrdən, USM, EKQ, EXO müayinələrindən keçirilib, lazımi dərman preparatları ilə təmin olunublar.
Qeyd edək ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi tərəfindən Ümumdünya Ürək Gününə həsr edilmiş Astara Sağlamlıq Günləri çərçivəsində şəhid və qazi ailələri üçün təşkil olunan kardioloji tibbi sosial aksiya zamanı 250 nəfər tibbi müayinədən keçirilib.
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

