Məsuliyyətin dərəcəsi qanunla müəyyənləşir…
10.10.2024 [21:18]
Ən qatı cinayətkar belə anlaqsızdırsa...
Hüquqi dövlət olan Azərbaycanda vətəndaşların bütün hüquqları Konstitusiya ilə qorunur. Eyni zamanda, ali qanunvericiliyə görə bütün vətəndaşlar qanun qarşısında bərabərhüquqludur. Bir sözlə, kimliyindən, tutduğu mövqeyindən və sosial statusundan asılı olmayaraq hər bir vətəndaş qanunla törətdiyi əməlin məsuliyyətini daşımalıdır. Cinayət törədənin məsuliyyətini qanunlarımız müəyyənləşdirir. Məhz bu addım hüquqi dövlət anlayışına istinad deməkdir. Ən qatı cinayəti törədən şəxsin belə mühakimə olunmaq hüququ var – mühakimə hüququ isə Azərbaycan qanunlarına, Cinayət Məcəlləsinə və Konstitusiyaya əsaslanır.
Seçilən cəza…
Bu mənada, son ayların ən səs-küylü hadisələrindən birinə – öz ailəsini qətlə yetirmiş şəxsə çıxarılan hökm cəmiyyətdə müzakirə predmetinə çevrilib. Beş ailə üzvünü qətlə yetirməkdə ittiham olunan Əhməd Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Xatırladaq ki, bu il fevralın 13-də 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun aralarında yaranmış mübahisə zamanı atası - 1972-ci il təvəllüdlü Mehman Əhməd oğlu Əhmədovu, anası - 1977-ci il təvəllüdlü Pikə Bədəl qızı Əhmədovanı və qardaşı 2015-ci il təvəllüdlü Məhəmməd Mehman oğlu Əhmədovu, bundan əvvəl başqa bir ünvanda isə bacısı - 1997-ci il təvəllüdlü Elmira Əhmədovanı və onun azyaşlı qızını qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilmişdi - Əhməd Əhmədova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə yekun ittiham elan olunmuşdu. Onun barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdi, Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxənası” publik hüquqi şəxsinə yerləşdirilmişdi. İş üzrə məhkəməyədək icraat tamamlanaraq təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqi məsələsinə baxılması üçün cinayət işi aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdi. Bakı Ağır Cinayətlər Məhkəməsinin iclasında Əhməd Əhmədov barəsində ixtisaslaşmış psixiatriya xəstəxanasında (Respublika Psixiatriya Xəstəxanası) məcburi müalicə tətbiq olunması barədə qərar qəbul edilib.
Hissə qapılma…
Əhmədlə bağlı qərar cəmiyyətin ayrı-ayrı kəsimi tərəfindən müzakirə edilir – xüsusilə sosial şəbəkələrdə məhkəmənin qərarı təftiş olunur, onun törətdiyi cinayətin ağırlığının onun psixi müalicəyə göndərilməsi ilə adekvatlıq təşkil etmədiyi bildirilir. Bir sözlə, məhkəmənin qərarı deyəsən bəzi hissə qapılan insanların etirazına səbəb olub. "Hissə qapılan" fikri isə burada tam şəkildə məsələnin mahiyyətini özündə əks etdirir. Elə olmasaydı, hüquqi prosudura mənəvi duyğusallıqla yanaşma sərgilənməzdi.
Bəzi insanlar ailəsini qətlə yetirmiş bir şəxsin məcburi müalicəyə cəlb edilməsini "yüngül cəza" adlandırır. Bunu hətta "cəzadan azad edilmə" hesab edənlər belə tapılır. Amma kimsə fərqində deyil ki, qanunlara əsaslanan bu qərarın arxasında əsaslı arqumentlər dayanır: Məhkəmə araşdırması zamanı Ə.Əhmədovun anlaqsızlığı sübuta yetirilibsə, ona qanunla başqa hansı cəza kəsilməlidir? Qanunlardan kənara çıxmaqmı lazımdır?
Anlaqsızlığın mahiyyəti…
Sosial şəbəkələrdə aparılan müzakirələrdə əsas "arqumentlər" Ə.Əhmədovun avtomobil idarə etməsi, eyni zamanda, digər şəxsləri yox, məhz ailə üzvlərini qətlə yetirməsi göstərilir. Bunu onun anlıqsızlığına "sübut" kimi irəli sürürlər. Amma mütəxəssislərin, ekspertilərin izahında tamam fərqli yanaşma görürük. Demək ki, “anlaqsız” ifadəsinin mahiyyətini tam başa düşmək lazımdır. Məsələnin mahiyyətində peşəkarlara inanmaq əvəzinə, konspirologiyalar yaradılır. Bqu isə doğru yanaşma deyil.
Məhkəmə qərarı ədalətlidir…
Beləliklə, tibbi və hüquqi nöqteyi – nəzərdən xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, əqli gerilik və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyən və ya onu idarə edə bilməyən şəxs anlaqsız sayılır. Anlaqsız şəxsin maşın sürməsi, yaxud başqa şəxsləri yox, yalnız ailə üzvlərini qətl etməsi ilə bağlı insanlarda yaranan suallara cavab olaraq psixiatrlar da təsdiqləyirlər ki, bu, mümkündür. Yəni, anlaqsız adam maşın sürə bilər.
Bu kimi hüquqi və tibbi arayışlar, eyni zamanda məhkəmə heyətinin peşəkarlığı Əhməd Əhmədov barəsində verilmiş məhkəmə qərarının ədalətli olduğunu göstərir. Hələ istintaq dövründən öncə peşəkar hüquqşünaslar Əhməd Əhmədovun hadisəni törədərkən anlaqsız olduğunu bildirirdilər. Ekspertlərin rəyi də bu fikri təsdiqlədi. Ə.Əhmədovun "baxışlarını" və ya danışarkən sözləri doğru ifadə etməsi burada əsas kimi çıxış edə bilməz
Dünya praktikasındakı analogiyalar…
Nəticə etibarı ilə onun bu cinayəti anlaqsız vəziyyətdə törətməsi ortadadır. Bunu tibbi ekpertiza da müəyyənləşdirib və təsdiqləyib. Yuxarıda qeyd etdiyimiz kimi isə, Azərbaycanda bütün cinayətlərin cəzası qanun çərçivəsində verilir. Qanunun tələbi isə Əhməd Əhmədova məcburi müalicənin tətbiq edilməsi yönündədir. Bu presedent bütün dünyada eynidir. Bütün dünya ölkələrində anlaqsız şəkildə cinayət törətmiş şəxs cinayət məsuliyyətinə cəlb edilmir. Bu kimi hal yaşandığı təqdirdə həmin şəxs haqqında tibbi xarakterli məcburi tədbirlər seçilir. Əhmədə də analoji tədbir tətbiq edilib…
MƏNSUR
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29

