Bu il ADA Universitetinə 18 ölkədən xarici tələbələr qəbul edilib
21.10.2024 [16:55]
ADA Universiteti 2024-2025-ci illər üzrə qəbul nəticəsini açıqlayıb.
Universitetdən AZƏRTAC-a bildirilib ki, bu il əvvəlki illərlə müqayisədə rekord sayda, ümumilikdə 1349 tələbə qəbul edilib. Onlardan 1019-u bakalavr, 330-u isə magistr proqramları üzrə təhsil alır.
Bakalavr proqramlarına Dövlət İmtahan Mərkəzinin (DİM) keçirdiyi imtahanların nəticəsi ilə 345, SAT nəticəsi ilə 503, IB nəticəsi ilə 20, ADA Məktəbindən isə 108 tələbə qəbul edilib.
Həmçinin ADA Universiteti bu il 18 ölkədən 92 xarici tələbəni qəbul edib.
DİM nəticəsi üzrə qəbul edilənlərin ən yüksək göstəricisi 700 bal, SAT nəticəsi ilə qəbul olanların rekord nəticəsi isə 1570 təşkil edib.
ADA Universitetinin builki qəbul göstəriciləri bir sıra məqamlarla yadda qalıb. Belə ki, DİM üzrə bakalavr proqramlarına qəbul edilən 345 tələbədən 212-si yüksək nəticələrə görə müxtəlif təhsil haqqı güzəştləri əldə ediblər. Daha bir diqqətəlayiq məqam ondan ibarətdir ki, ADA Universiteti bu il özünün əvvəlki illərlə müqayisədə rekord sayda - 18 nəfər Prezident təqaüdçüsü qəbul edib. Bu təqaüdçülərdən 12-si hüquqşünaslıq ixtisasının tələbələridir.
Ümumilikdə, bu il qəbul edilən tələbələrin 32 faizə qədəri ADA-nın müxtəlif təhsil haqqı güzəştlərindən yararlanmaqla təhsil alırlar. Həmin tələbələrdən 3-ü Heydər Əliyev adına təqaüd proqramının, 19-u isə respublika fənn olimpiadalarının qalibidir.
Otuzadək xarici tələbə isə Əlimərdan bəy Topçubaşov adına təqaüd proqramından yararlanır.
Əlavə edək ki, Meksika, İndoneziya, Niderland, Böyük Britaniya və digər ölkələrdən tələbə qəbul edən universitet bu il Braziliyanı təmsil edən ilk tələbəsini salamlayıb.
Regionlarımızda təhsil alan 189 abituriyent, eləcə də I,II və III qrup üzrə ölkə birinciləri ADA Universitetini seçiblər.
Əvvəlki illərlə müqayisədə xüsusilə 5 bakalavr proqramının minimum keçid balında kəskin artım müşahidə edilib. Riyaziyyat proqramının keçid balı isə rekord həddə çataraq 660-a yüksəlib.
Qeyd edək ki, ilbəil təhsil proqramlarının sayını artıran ADA Universiteti bu il şəhərsalma, kommunikasiya dizaynı, heyvandarlıq üzrə də bakalavr proqramları təklif etməyi planlaşdırır.
Xəbər lenti
Hamısına baxSosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45
İdman
26 Avqust 13:18
Dünya
26 Avqust 12:46
Gündəm
26 Avqust 11:58
Gündəm
26 Avqust 11:48
Gündəm
26 Avqust 11:41
Gündəm
26 Avqust 11:38
İqtisadiyyat
26 Avqust 11:25
Gündəm
26 Avqust 10:59
İqtisadiyyat
26 Avqust 10:58
Sosial
26 Avqust 10:37
İqtisadiyyat
26 Avqust 10:20
Analitik
26 Avqust 09:56
Analitik
26 Avqust 09:25
Mədəniyyət
26 Avqust 09:05
Dünya
25 Avqust 23:58
Dünya
25 Avqust 23:36
İdman
25 Avqust 23:36
Dünya
25 Avqust 22:57
Dünya
25 Avqust 22:36
Elanlar
25 Avqust 22:24
Siyasət
25 Avqust 21:57
Dünya
25 Avqust 21:56
Siyasət
25 Avqust 21:45
Dünya
25 Avqust 21:32
Dünya
25 Avqust 20:59

