“Qarabağda ekoloji vəziyyət” layihəsi çərçivəsində silsilə tədbirlər keçirilib
25.10.2024 [22:13]
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Azərbaycan Coğrafiya Cəmiyyətinin (ACC) Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu ilə birgə COP-29-a dair maarifləndirmə xarakterli silsilə tədbirləri davam edir.
“Qarabağda ekoloji vəziyyət” layihəsinin icrasının davamı kimi Naftalan şəhər məktəbi şagirdlərinin iştirakı ilə fləşmob, şəkil müsabiqəsi və ekoloji səyahət təşkil edilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, 200 nəfərdən çox müəllim və şagirdin cəlb olunduğu tədbirlər ACC sədri, Coğrafiya İnstitutunun şöbə müdiri dosent Mirnuh İsmayılov, elmi müəssisənin əməkdaşları Səidə Zeynalova, Gülnar Hacıyeva və Emil Cəbrayılov tərəfindən həyata keçirilib.
Tədbirin ilk günündə COP29-a həsr edilən fləşmob təşkil olunub.

Növbəti gün “Təbii mühiti qoruyaq” devizi altında şəhərətrafi əraziyə ekotur təşkil edilib. Ətraf mühitin qorunması məqsədilə keçirilən tədbirdə 35-dən çox müəllim və şagird iştirak edib. Şagirdlərə rezin əlcək və tullantılar üçün torbalar paylanıb, ərazi ətrafdakı tullantılardan təmizlənib. Təlimçilərin köməyilə məktəblilər tökülmüş yarpaqlardan herbari və ikebana düzəldiblər. Səyahət zamanı təlimçilər iştirakçıları ətraf mühitin elementləri haqqında məlumatlandırıblar, son vaxtlar Naftalan şəhərində şam ağaclarının qurumasının səbəblərini izah ediblər.

Tədbirin sonuncu günündə “Yaşıl dünya naminə həmrəylik ili” və “Qarabağın ekoloji problemləri” mövzusunda şəkil müsabiqəsi və şagirdlərin əl işlərindən ibarət sərgi keçirilib. Uşaqlar çəkdikləri rəsmləri şərh ediblər. Müsabiqənin qalibi olan 15 şagirdə sertifikat və hədiyyə verilib. Rəsm müsabiqəsinin sonunda məktəblilər COP29-un rəmzinə aid hazırladıqları maketi nümayiş etdiriblər.

Silsilə tədbirlər Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirməsi hesabına həyata keçirilib.
Xəbər lenti
Hamısına baxMədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:34
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Dünya
04 May 21:44
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Siyasət
04 May 20:44
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17

