Sağlamlıq turizmində imkanlarımız...
30.10.2024 [09:15]
Şuşada mühüm konfrans baş tutdu
Bu gün dünya miqyasında sağlamlıq turizminə tələbat artmaqdadır. Bunun əsas səbəbləri insanların keyfiyyətli tibbi xidmətlərə əlçatanlığının təmin olunması, sağlamlıq turizminin müalicə ilə yanaşı, fiziki və əqli yorğunluğun bərpası ilə bağlı xidmətləri yerinə yetirməsidir. Qlobal miqyasda sağlamlıq xidmətlərinin turizm sənayesində payı 10 faizdən çoxdur.
Ölkəmizdə də mövcud olan faydalı, zəngin mineroloji və digər müxtəlif müalicəvi keyfiyyətlərə malik olan təbii resurslar kifayət qədər çoxdur. Bir sözlə, sağlamlıq turizminin inkişafı üçün təbii ehtiyatlarımıza dair hər şey var. Naftalanın müalicəvi nefti, Naxçıvanın duz mağaraları, Abşeron göllərinin müalicəvi palçıq və suları, Lənkəranın, Gədəbəyin mineral suları...
Azərbaycanda turizmin digər sahələri kimi, sağlamlıq turizminin inkişafı ilə bağlı da mühüm tədbirlər həyata keçirilir. Buna misal olaraq dövlət tədbirlərini, ölkə başçısının imzaladığı sərəncamları, dövlət proqramlarını qeyd edə bilərik. Ötən gün Şuşada “Azərbaycan sağlamlıq turizmi: inkişaf imkanları” mövzusunda konfrans keçirilib. Dövlət Turizm Agentliyi tərəfindən keçirilən konfransda Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəliklərinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Səhiyyə Nazirliyinin rəsmiləri, Azərbaycandan və bir sıra xarici ölkələrdən sağlamlıq və tibbi turizm sahəsinin 200-ə yaxın mütəxəssisi iştirak edib.
Konfransda “Azərbaycan sağlamlıq turizmi destinasiyası kimi: Cari vəziyyət və imkanlar”, “Sağlamlıq turizmində qlobal və uğurlu təcrübələr: Azərbaycan üçün təkliflər”, “Azərbaycan tibbi turizmi: Gələcəyə baxış və strategiya” adlı panel sesiyalar nəzərdə tutulub. Həmçinin sağlamlıq turizmi sənaye sərgisi açılıb.
Qarabağ və Şərqi Zəngəzurda sağlamlıq turizmi imkanları
Konfransda iştirak edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında Türkiyədən olan mütəxəssislərin iştirakı ilə turizm, o cümlədən sağlamlıq turizmi imkanları araşdırılıb və müvafiq təkliflər irəli sürülüb. Onun sözlərinə görə, bu istiqamətdə Kəlbəcərin balneoloji turizm imkanları xüsusilə fərqlənir: “Kəlbəcərdə turizmin inkişafına dair hazırlanmış konsepsiyada təklif edilən beş turizm və rekreasiya zonasından ikisi mineral-termal bulaqlar ətrafında olmaqla sağlamlıq turizmi profilinə malikdir. Bundan əlavə, Laçın da mineral-termal su resursları ilə zəngin olduğundan sağlamlıq turizmi potensialına sahibdir. Şuşa şəhərinin hava-rekreasiya imkanları sağlamlıq turizminin inkişafına töhfə verə bilər”.
F.Nağıyev bildirib ki, ölkənin regional və beynəlxalq səviyyədə sağlamlıq turizmi imkanlarının tanıdılması, bu sahədə marketinq fəaliyyətinin təşkili və brendin yaradılması Agentliyin əsas hədəflərindən biridir. O, əlavə edib ki, il ərzində bütün beynəlxalq tədbirlərdə və sərgilərdə Azərbaycanın sağlamlıq turizmi imkanları tanıdılıb: “Ölkənin bu sahədə potensialının artırılması üçün sağlamlıq turizmi müəssisələrinin xidmət keyfiyyətinin yüksəldilməsi və çeşidinin artırılması, müasir sanatoriya və kurort müəssisələrinin idarəetmə təcrübəsinin təkmilləşdirilməsi mühüm əhəmiyyət kəsb edir”.
Yeni hesabat hazılanıb
F.Nağıyev qeyd edib ki, Agentlik “Azərbaycanda Sağlamlıq Turizmi - Cari Vəziyyət və İnkişaf Perspektivləri” adlı hesabat hazırlayıb. Onun sözlərinə görə, sektorun inkişafı ilə bağlı müxtəlif dövlət və özəl qurumların, eləcə də ictimai birliklərin nümayəndələrinin iştirakı ilə işçi qrupu yaradılıb: “Əlavə olaraq, Naftalan neftinin emalı və istehlakına qədər dəyər zəncirinin inkişafı mexanizminin formalaşdırılması üzrə tədbirlər planlaşdırılır. Ölkə Prezidentinin 28 sentyabr 2024-cü il tarixli “Sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolunun artırılması ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamı bu sahədə yeni perspektivlər açır. Naftalan neftinin turizm məhsulu kimi daha da inkişaf etdirilməsi və yeni bazarlarda təşviqi əsas hədəflərdən biridir”.
2025-ci il həlledici il olacaq...
Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov bildirib ki, Azərbaycanda sağlamlıq turizmi üzrə potensial yüksəkdir, lakin keyfiyyət məsələsində bəzi çatışmazlıqlar mövcuddur: “Bu çatışmazlıqların aradan qaldırılması üçün addımlar atacağıq. 2025-ci il sağlamlıq turizmi ilə bağlı həlledici il olacaq”.
Onun sözlərinə görə, Azərbaycanda turizmlə bağlı mövsümilik problemi də mövcuddur: “Alternativ turizm növlərinin inkişafı bizə bu problemi həll etməyə imkan verir. Sağlamlıq turizminin imkanlarının araşdırılması ilə bağlı hesabatlar hazırlanır”.
K.Qasımov, həmçinin qeyd edib ki, sağlamlıq turizmi ilə bağlı işçi qrupu formalaşdırılır: “Əsas məqsədimiz müxtəlif qurumların ortaq mövqeyini əks etdirən sənəd hazırlamaq və koordinasiyalı fəaliyyət göstərməkdir”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45
İdman
26 Avqust 13:18
Dünya
26 Avqust 12:46
Gündəm
26 Avqust 11:58
Gündəm
26 Avqust 11:48
Gündəm
26 Avqust 11:41
Gündəm
26 Avqust 11:38
İqtisadiyyat
26 Avqust 11:25
İqtisadiyyat
26 Avqust 10:58
Sosial
26 Avqust 10:37
İqtisadiyyat
26 Avqust 10:20
Analitik
26 Avqust 09:56
Analitik
26 Avqust 09:25
Mədəniyyət
26 Avqust 09:05
Dünya
25 Avqust 23:58
Dünya
25 Avqust 23:36
İdman
25 Avqust 23:36
Dünya
25 Avqust 22:57
Dünya
25 Avqust 22:36
Elanlar
25 Avqust 22:24
Siyasət
25 Avqust 21:57
Dünya
25 Avqust 21:56
Siyasət
25 Avqust 21:45
Dünya
25 Avqust 21:32
Dünya
25 Avqust 20:59
Dünya
25 Avqust 20:39
Dünya
25 Avqust 19:58
Dünya
25 Avqust 19:27
İqtisadiyyat
25 Avqust 18:56
İqtisadiyyat
25 Avqust 18:25
Elm
25 Avqust 17:58
Elm
25 Avqust 17:25
Sosial
25 Avqust 17:16
Sosial
25 Avqust 16:55
İqtisadiyyat
25 Avqust 16:51
Sosial
25 Avqust 16:40
Sosial
25 Avqust 16:39
Siyasət
25 Avqust 16:15
Elm
25 Avqust 16:10
Siyasət
25 Avqust 16:02
Elm
25 Avqust 15:35
İqtisadiyyat
25 Avqust 14:47
Dünya
25 Avqust 14:16
Dünya
25 Avqust 13:38
Dünya
25 Avqust 12:45
Analitik
25 Avqust 11:50
Siyasət
25 Avqust 11:35
Analitik
25 Avqust 11:15
Analitik
25 Avqust 10:35
Ədəbiyyat
25 Avqust 10:15
Analitik
25 Avqust 09:25
Dünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36
Dünya
24 Avqust 22:58
Dünya
24 Avqust 22:23
Dünya
24 Avqust 21:52
Dünya
24 Avqust 21:31
Dünya
24 Avqust 20:55
Dünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Gündəm
24 Avqust 19:50
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25

