Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Türkiyənin Bahceşehir Universitetində Zəfəri Günü qeyd edilib

Türkiyənin Bahceşehir Universitetində Zəfəri Günü qeyd edilib

09.11.2024 [19:48]

Türkiyənin Bahceşehir Universitetində Qarabağ Zəfərinin dördüncü ildönümü münasibətilə tədbir keçirilib. Mərasim universitetin tələbələrindən ibarət “Türk dünyası” klubu tərəfindən təşkil edilib.

AZƏRTAC xəbər verir ki, çox sayda tələbənin qatıldığı tədbirdə əvvəl şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

Mərasimdə Bahceşehir Universitetinin rektorunun müşaviri İhsan Alpargın çıxış edərək Qarabağ Zəfərinin Türk dünyası üçün əhəmiyyətindən danışıb.

Proqrama fəxri qonaq qismində dəvət edilən “TRT Türkü” radiosunda yayımlanan “Azərbaycan rüzgarı” proqramının müəllifi və aparıcısı Səidə Ömər şanlı Zəfərimizi əks etdirən şerlər səsləndirib.

Qeyd edək ki, 500-dən çox azərbaycanlı tələbənin təhsil aldığı Bahçeşehir Universitetində yaxın tarixlərdə Azərbaycan mədəniyyətinin təbliği məqsədilə bir sıra layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

Paylaş:
Baxılıb: 872 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

104 illik tarix!

29 Avqust 11:19

Ədəbiyyat

Analitik

Nüvə kabusu...

29 Avqust 09:45  

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

29 Avqust 08:31  

Gündəm

İqtisadiyyat

Gündəm

Ədəbiyyat

Sosial

Siyasət

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31