Komitə sədri Mingəçevir və Yevlaxda məscidləri ziyarət edib
11.12.2024 [16:22]
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Mingəçevir şəhərində yerləşən “Heydər”, “Zəhra”, Mingəçevir kənd “Cümə” məscidlərini və Yevlax rayonu Havarlı kənd məscidini ziyarət edib.
Komitədən verilən məlumata görə, Ramin Məmmədov ibadət yerlərində fəaliyyət göstərən din xadimləri ilə görüş zamanı dini sahədə dövlət siyasətinin dünyəvilik, vicdan və dini etiqad azadlığı, dinlərin bərabərliyi kimi prinsiplərə əsaslandığını bildirib. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu siyasətin dini dözümlülük mədəniyyətinin inkişafında mühüm rol oynadığını vurğulayan R.Məmmədov multikultural ənənələrin təbliğində Heydər Əliyev Fondunun fəaliyyətinin böyük əhəmiyyət daşıdığını deyib.
Dövlət Komitəsinin sədri dinin cəmiyyətdəki rolu və dini tolerantlığın təşviqi ilə bağlı fikirlərini bölüşərək, dövlətin dini icmalara dəstəyinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Komitə sədri diqqətə çatdırıb ki, din xadimləri fəaliyyətlərində Azərbaycanda tolerantlıq ənənələri, milli-mənəvi dəyərlərimizin təbliği, dövlətçilik və vətənpərvərlik prinsiplərini əsas götürməlidirlər.
Görüş zamanı R.Məmmədov bu cür ziyarətlərin dini icmaların fəaliyyətini və onların ehtiyaclarını öyrənmək məqsədi daşıdığını, eləcə də dini icmalar ilə dövlət arasında əməkdaşlığı daha da gücləndirmək baxımından vacib olduğunu qeyd edib.
Müxtəlif məsələlərlə bağlı rəy və təkliflərini bildirən din xadimləri ölkəmizdə dini etiqad azadlığının yüksək səviyyədə təmin olunmasından, dini icmalara göstərilən qayğıdan məmnunluqlarını ifadə ediblər.
Xəbər lenti
Hamısına baxDünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03

