Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Himayədar ailə fəaliyyəti ilə məşğul olan əməkdaşlar üçün növbəti təlim təşkil edilib

Himayədar ailə fəaliyyəti ilə məşğul olan əməkdaşlar üçün növbəti təlim təşkil edilib

18.12.2024 [22:56]

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən övladlığagötürmə və himayədar ailə mövzusunda təşkil edilən maarifləndirmə görüşləri davam etdirilir. Agentliyin övladlığagötürmə və himayədar ailə sahəsində fəaliyyət göstərən 50-yə yaxın əməkdaşının cəlb olunduğu növbəti təlim iki gün davam edib.

Nazirliyin Övladlığagötürmə və alternativ qayğı siyasəti şöbəsinin və Agentliyin əməkdaşlarının keçdiyi təlimdə iştirakçılara müvafiq sahədə zəruri məlumatlar aşılanıb.

Agentliyin İctimasiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, təqdimatlarda müvafiq fəaliyyəti həyata keçirən əməkdaşlara uşaqlar ailələrə verilən zaman qiymətləndirmə alətlərindən istifadə, o cümlədən valideyn himayəsindən məhrum olmuş uşaqların ailələrə verilməsi prosesinin planlaşdırılması və inkişafına dəstək mexanizmləri aşılanıb. Həmçinin müxtəlif real keyslər üzrə nümunələr göstərilib, müraciətlərin təhlili və sistemləşdirilməsi ilə bağlı təcrübələr bölüşülüb, suallar cavablandırılıb.

İştirakçıların bilik və bacarıqlarının artırılması məqsədilə keçirilən təlimlərin davam etdirilməsi nəzərdə tutulub.

Paylaş:
Baxılıb: 431 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31