Zaqatala sakinləri təyyarə qəzasından sonra görülən tədbirləri yüksək qiymətləndirirlər
26.12.2024 [21:18]
Ötən gün Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş verən təyyarə qəzasında Zaqatala rayonunun sakinləri də olub. Onların arasında ölən də var, xoşbəxtlikdən sağ qalanlar da. Sərnişinlərdən 8 nəfəri Danaçı kəndinin, iki nəfər isə Paşan və Höytəla kəndlərinin sakinləri olub.
AZƏRTAC -ın bölgə müxbiri Danaçı kəndində olub, təyyarə qəzasında yaralanan sakinlərin yaxınları, qohumları və ailə üzvləri ilə görüşüb, onların son durumu və vəziyyətləri ilə maraqlanıb.
Danaçı kəndinin sakinləri zəhmətkeş, alın təri ilə ailəsini dolandıran insanlardır. Burada elə ailə olmaz ki, müxtəlif ölkələrə iş dalınca getməsin. Əsasən də Rusiyanın şəhərlərində qohumu olanlar, ailə üzvləri yaşayanlar az deyil. Bu kənd həm də ölkəmizdə ən çox velosiped və motosikleti ilə tanınan bir yaşayış məntəqəsidir. Lakin dünəndən kənddə sakitlik hökm sürür. Həmkəndlilərinin, qohum-əqrəbanın təyyarə qəzasına düşməsi hamını narahat edib. Sosial şəbəkələrin məlumatları insanlarda təşviş yaratsa da, Prezident İlham Əliyevin səfərini yarıda kəsərək ölkəyə qayıtması və təcili müşavirə keçirməsi bütün zaqatalalılar kimi Danaçı sakinlərinin də ürəyindən xəbər verib.
Kənddə olduğumuz bir neçə saat ərzində sakinlərlə əsasən təyyarə faciəsi haqqında fikir mübadiləsi apardıq, yaralıların vəziyyəti ilə maraqlandıq. Təyyarədə qəzaya düşənlər arasında ata Xızrı və qızı Səliyyət Geerovlar da var. Ötən gün Səliyyətin anası ilə telefon söhbəti ürəklərə su səpsə də, qızın atasından hələlik xəbər yoxdur. Qohum-əqrəba dünəndən onların evinə axın edir. Geerovların qonşusu və qohumu Şaban Əliyev ailənin üç uşağı olduğunu və hər birinin zəhmətlə yaşadığını deyir: “Mehriban ailədirlər. Qızından xəbər çıxdı, amma qonşu Xızrıdan hələ xəbər yoxdur. Biz yaxşı xəbər gözləyirik”. Şaban Əliyev dövlət başçısının müşavirədə çıxışını izlədiklərini və onun xalqla olduğunu inam və qürurla söylədi.
Bakı-Qroznı təyyarəsində uçanlar arasında bu kəndin qocaman sakinləri Nurulla və Müslümət Sıracovlar da olub. Ailənin yaxın qohumu Sabir Əhmədov bildirir ki, valideynlərin üç oğlu var və onların hamısı Qroznıda yaşayır. Valideynlər də Yeni ili qarşılamaq, həm də qışı övladlarının yanında keçirmək üçün gedirmiş. Sabir Əhmədov hadisələri, xəbərləri daha çox rəsmi kanallar vasitəsilə izlədiklərini və dövlətin lazım olan bütün tədbirləri görməsini yüksək qiymətləndirib.
Qəzada yaralanan Mahir Carayevin qardaşı Məzahir Carayev, eləcə də Nizami Cəlilovun atası Fizuli Cəlilovla da görüşüb söhbətləşirik. Onlar da yaxınlarının müalicə və müayinəsinin uğurla davam etdirildiyini bildirirlər. Fizuli Cəlilov bir valideyn olaraq dövlətin hadisə yerinə böyük bir heyət göndərməsini, Prezident İlham Əliyevin müşavirə keçirərək bütün tədbirlərin görülməsi barədə tapşırıq verməsini ürəkdən alqışladıqlarını ifadə edib.
Xatırladaq ki, baş vermiş faciə ilə əlaqədar bu gün Azərbaycanda matəm elan olunub.
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

