Dayanıqlı inkişafın əsas amili...
24.01.2025 [08:54]
Beynəlxalq Təhsil Günüdür!
Hər bir xalqın inkişafında təhsilin böyük rolu vardır. Bu fakt tarixin müxtəlif dövlərində sübut olunub. Çünki, inkişaf məhz təhsildən başlayır. Qabaqcıl xalqların hamısı öz hədəflərinə yalnız elmin, təhsilin, biliyin gücü ilə çatıblar. Savadlı cəmiyyətlərin yetişdirdiyi maarifçilər, mütəfəkkirlər də bütün həyatları boyu təhsilin vacibliyini insanlara aşılamağa çalışıblar. Dövrünün görkəmli maarifpərvərlərindən olan Nəriman Nərimanov vaxtilə yazırdı: “Əgər tarixə nəzər salsanız, yəqin edərsiniz ki, heç bir xalq qılınc və silahla irəli getməyib. Hansı millət ki, tərəqqi edib, qabağa gedib, yalnız elmin, təhsilin gücünə xoşbəxt olub”.
Mütəfəkkirlərin fikrincə, təhsil insanın fərdi azadlıqlarının əsas mənbəyidir. Amma o, insana təkcə fərdi azadlıqlar gətirmir. Fərdlərin aid olduqları mühiti də cəhalət girdabından qorumaqla cəmiyyətə maarifçilik ənənələri üzərində bərqərar olan ictimai azadlıqlar qazandırır. İnsanların maraqları, zövqü, dünyagörüşü, həyat tərzi və s. məsələlərlə bağlı zaman-zaman ictimai müzakirələrə səbəb olan elə bir problem yoxdur ki, onun həllinə doğru bütün istiqamətlər sonda təhsilə aparmasın.
Bu gün Beynəlxalq Təhsil Günüdür. BMT-nin Baş Assambleyası 2018-ci ilin dekabrında bu günü təsis edib. Təşkilatın qərarında bildirilir ki, təhsil hər bir ölkədə dayanıqlı inkişafın əsas amilidir.
Ən yaxşı təhsil verən 5 ölkə...
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Beynəlxalq Tələbələrin Qiymətləndirilməsi Proqramı dünyada ən yaxşı təhsil verən beş ölkənin adını açıqlayıb. Təşkilatın son hesabatına görə, təhsil sisteminin mükəmməlliyinə görə ilk beşlikdə yer alan ölkələr bunlardır: 1. Finlandiya, 2. Cənubi Koreya, 3. Niderland, 4. Danimarka, 5. İngiltərə.
Niyə bu ölkələr?
Təhsildə Finlandiya nümunəsi...
Finlandiya uzun illərdir ki, ən keyfiyyətli təhsil sisteminə malik ölkələr sırasında qərarlaşır. Təhsildə ilbəil təkmilləşən ölkə olan Finlandiya reytinq cədvəlində ən yüksək bal toplayanlar arasında göstərilir. Bu ölkə xüsusilə orta məktəb təhsilindəki uğurları ilə diqqət çəkir.
Ölkədə əsas və ikinci təhsil səviyyəsi pulsuzdur. Ali təhsil pilləsində də yerlərin çoxu ödənişsizdir. Bu, gəlirindən asılı olmayaraq hər kəsə yaxşı təhsil almağa imkan verir. Əsas təhsil pilləsində dərs deyən bütün müəllimlər magistr təhsili alan şəxslərdən seçilir. Bu, o deməkdir ki, məktəblərdə dərslər daha savadlı müəllimlər tərəfindən tədris olunur. Ölkə üzrə müəllimlərin pedaqoji hazırlığı da yüksək qiymətləndirilir.
Cənubi Koreyada intensiv təhsil
Cənubi Koreyada təhsil alan tələbələr beynəlxalq imtahanlarda topladıqları ballarla diqqət çəkirlər. Ümumiyyətlə, Cənubi Koreyalı tələbələr hər il beynəlxalq arenalarda böyük uğurlar qazanırlar ki, bu da ölkənin təhsil sisteminin kifayət qədər yaxşı olduğunu göstərir. Ölkə üzrə təhsil kifayət qədər intensivdir. Tələbələr bir çox aspektlər üzrə dərin biliyə malikdirlər. Beynəlxalq imtahanlarda qazanılan uğurlar da inkişafı yeni mərhələyə qaldırır.
Hazırda təhsil ixtisaslı kadrların yetişdirilməsi üçün kifayət qədər yaxşıdır. Cənubi Koreya məktəblərində təhsil alanlar asanlıqla iş tapa və beynəlxalq arenada yaxşı karyera qura bilərlər.
İnanca uyğun təhsil almaq hüququ...
Ən yüksək təhsilə sahib olan ölkələr sırasında üçüncü yerdə Niderland gəlir. Bu ölkə uzun illər təhsildə uğur qazanıb və bu sahədə köklü sistemə malikdir. Ölkədə hər bir vətəndaşın öz inancına uyğun təhsil almaq hüququ var. Bundan əlavə təhsil strukturu bərabərdir. Niderlandda təhsil 5 yaşından başlamalıdır. İbtidai və orta məktəbdə təhsil pulsuzdur. Bununla yanaşı, ölkədə yüksək perspektiv vəd edən özəl məktəblər də fəaliyyət göstərir.
Bu ölkədə təhsil alanlar rahat iş tapırlar
Danimarkada təhsil 16 yaşa qədər icbaridir. Ali təhsil məcburi olmasa da, insanların böyük əksəriyyəti diplom almağa can atır. Orta məktəb sinifləri ən müasir texnoloji avadanlıqlarla təmin olunub. Xüsusilə yüksək keyfiyyətli universitetləri olan ölkədə ali təhsilini başa vurmuş bir çox insanlar dünyanın hər yerində rahatlıqla iş tapa biləcək səviyyədədir.
Köklü və müasir təhsil sistemi...
Reytinq sırasında ilk beşliyi Böyük Britaniya tamamlayır. Xarici ekspertlərin fikrincə, Britaniya əla təhsil sisteminə malikdir, bu ölkənin təhsil müəsissələri savadlı kadrlar hazırlayır. Ümumilikdə, götürdükdə İngiltərədə təhsilin keyfiyyəti siyahıda olan digər ölkələrdən daha yüksəkdir. Ölkənin təhsil sistemini həm köklü, həm də müasir kimi qiymətləndirmək olar.
Böyük Britaniyada başqa ölkələrdə olduğu kimi 16 yaşa qədər təhsil icbaridir. İbtidai sinifdən kollecə qədər təhsil səviyyəsi pulsuzdur və dövlət tərəfindən maliyyələşdirilir.
Azərbaycanda da təhsil milli inkişafımzızın əsas atributlarından biridir, dövlət bu strateji sahəyə xüsusi önəm verir, təhsilə dövlət qayğısı ildən-ilə artır. Azərbaycanda təhsil sistemində beynəlxalq standartlara uyğun fundamental islahatlar aparılır, təhsilin bütün pillələri üzrə dövlət proqramları uğurla həyata keçirilir. Təhsilimizin milli, ümumbəşəri dəyərlər, demokratik, dünyəvi prinsiplər əsasında inkişafı üçün geniş imkanlar yaradılıb.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxGündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17

