“İMZA”nın cari il üçün fəaliyyət planı müzakirə edilib
28.01.2025 [16:15]
“İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin (İB) 2024-cü ilin yekun hesabatı dinlənilib və cari il üçün qarşıya qoyulan fəaliyyət planına dair müzakirələr aparılıb.
“İMZA”nın Beynəlxalq və İctimaiyyətlə Əlaqələr Departamentindən AZƏRTAC-a verilən məlumata əsasən, İB-nin İdarə Heyətinin sədri Xəyyam Əsgərov hesabat məruzəsi ilə çıxış edib. O qeyd edib ki, Birlik Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Azərbaycanın inkişafı və beynəlxalq aləmdə tanınması istiqamətində həyata keçirdikləri fəaliyyətləri, xüsusilə sosial şəbəkələr vasitəsilə geniş şəkildə təbliğ edir.
O, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Heydər Əliyev - Böyük Lider" və “Qərbi Azərbaycana qayıdışın tarixi, mədəni və hüquqi əsasları” mövzularında təşkil edilmiş beynəlxalq tədbirlərdən bəhs edib. Bildirib ki, əvvəlki illərdə də təşkil olunan Qarabağ İqtisadi Forumu, Xocalı soyqırımı ilə bağlı toplantıların və digər mühüm tədbirlər yerli və beynəlxalq mediada geniş işıqlandırılıb. 2024-cü il ərzində İctimai Birliyə üzvlük üçün çoxsaylı müraciətlər daxil olub və yeni üzvlərə təşkilatın üzvlük vəsiqələri təqdim edilib. Ümumiyyətlə, “İMZA" İB-nin üzvlərinin sayı getdikcə artmaqdadır və bu, təşkilatın fəaliyyətinin genişlənməsinin göstəricisidir.
“İMZA” İB-nin sədr müavini Elnar Məmmədli İctimai Birlikdə yeni təyinatların olması haqqında məlumat verib. Belə ki, Elbəy Abbasov sədrin təşkilati işlər üzrə müşaviri, Gülçin Zeynallı təşkilati işlər üzrə köməkçi, Günel Şəmilzadə isə Beynəlxalq və İctimaiyyətlə Əlaqələr Departamentinin direktor müavini vəzifələrinə təyin olunublar.
İclasda “İMZA” İctimai Birliyinin Türkiyə təmsilçisi Hulusi Kılıçın təşkilatın fəaliyyətində, eləcə də Departamentin beynəlxalq tədbirlərinin təşkili prosesində oynadığı mühüm rol xüsusi olaraq qeyd edilib. Qardaş ölkənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç da öz növbəsində, çıxış edərək “İMZA” İctimai Birliyinin gördüyü işləri yüksək qiymətləndirib.
Görüşdə qeyd edilib ki, hazırda “İMZA” İctimai Birliyinin heyəti “Konstitusiya və Suverenlik İli”nə həsr olunacaq yeni fəaliyyət planı üzərində çalışır. “İMZA” üzvlərinin plana dair təklifləri dinlənilib. Onlar “İMZA”nın fəaliyyətini həm sosial şəbəkələrdə, həm də ölkəmizin sosial-ictimai həyatında iştirakını yaxından izlədiklərini deyiblər, qurumun keçiriləcək tədbirlərində fəal şəkildə iştirak edəcəklərini vurğulayıblar.
İclasda İdarə Heyəti üzvlərinin fikirləri, o cümlədən gündəlikdəki müxtəlif məsələlərlə bağlı rəy və təkliflər dinlənilib.
Xəbər lenti
Hamısına baxDünya
03 May 10:36
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29

