Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Xankəndidə keçirilən əmək yarmarkasında Xocalı üzrə vakansiyalar təqdim olunub

Xankəndidə keçirilən əmək yarmarkasında Xocalı üzrə vakansiyalar təqdim olunub

04.06.2025 [20:57]

Böyük Qayıdış proqramına uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunmuş ərazilərdə aktiv məşğulluq tədbirlərini davam etdirir.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Xankəndidə keçirilən növbəti əmək yarmarkasında Xocalı rayonu üzrə mühasib, traktorçu, baytar, təmirçi-çilingər, mexanik və digər iş yerlərinə dair vakansiyalar təqdim olunub.

Yarmarkada iştirak edən sakinlərə vakansiyalar və iş öhdəlikləri barədə məlumat verilib. Həmçinin vakansiyalara uyğun namizədlərin qeydiyyatı aparılıb.

Paylaş:
Baxılıb: 233 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Serial oxucusu

25 Aprel 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Aprel 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30