Mirzə İbrahimovun ədəbi-tənqidi görüşləri haqqında monoqrafiya nəşr edilib
19.06.2025 [15:29]
AMEA Folklor İnstitutunun Mifologiya şöbəsinin böyük elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Vüsalə Nəsibovanın “Mirzə İbrahimovun ədəbi-tənqidi görüşləri” monoqrafiyası çapdan çıxıb.
İnstitutdan bildirilib ki, kitab XX əsr Azərbaycan ədəbiyyatının və ədəbi-tənqidi fikrinin görkəmli nümayəndələrindən olan yazıçı, dramaturq, publisist, ədəbiyyatşünas, tərcüməçi və siyasi xadim Mirzə İbrahimovun ədəbi-tənqidi görüşlərinin öyrənilməsinə həsr olunub.
Mirzə İbrahimov Azərbaycanda XX əsr ədəbiyyatşünaslıq elminin yaradıcılarından, Azərbaycan Milli Elmlər Akademiyasının ilk təsisçilərindən, həqiqi üzvlərindən biridir. Kitabda Mirzə İbrahimovun ədəbi-tənqidi irsi dərindən araşdırılır və müstəqillik dəyərləri prizmasından yenidən dəyərləndirilir. Monoqrafiyada yazıçının və alimin yaradıcılığında odövrkü sovet sərhədlərini aşan ümummilli və azərbaycançılıq dəyərləri üzə çıxarılır. Mirzə İbrahimovun müxtəlif dövrlərdə qələmə aldığı elmi və publisistik məqalələri təhlil edilərək alimin ədəbiyyata, sənətə yanaşma prinsipləri – realizm, xəlqilik və novatorluq əlaqəli şəkildə dəyərləndirilir. Mirzə İbrahimovun həm klassik ədəbi irsə, həm də müasir ədəbi prosesə verdiyi qiymətlər elmi-nəzəri kontekstdə şərh olunur, yazıçının tənqidçilik fəaliyyəti müfəssəl şəkildə təhlil edilir.
Monoqrafiyada Mirzə İbrahimovun ədəbi-tənqidi görüşləri üç aspektdə araşdırılır: Mirzə İbrahimov klassik Azərbaycan ədəbiyyatının tənqidçisi kimi; Mirzə İbrahimov “Molla Nəsrəddin” ədəbi məktəbinin araşdırmaçısı kimi”; Mirzə İbrahimovun müasir ədəbi prosesə münasibəti.
Qeyd edək ki, akademik Mirzə İbrahimovun tənqid və ədəbiyyatşünaslıq fəaliyyətində klassik ədəbiyyata dair tədqiqlər mühüm yer tutur. Kitabda akademikin Nizami Gəncəvi, Əfzələddin Xaqani, Məhəmməd Füzuli, İmadəddin Nəsimi, Molla Pənah Vaqif və başqa Azərbaycan klassiklərinə həsr etdiyi tədqiqatlar təhlil edilir, qədim və orta əsrlər ədəbiyyat tarixinin müxtəlif problemlərinə dair araşdırmaları, ədəbiyyatın haradan və nə vaxtdan başlaması məsələsi, şifahi xalq yaradıcılığına münasibəti və s. məsələlər xəlqilik və demokratizm dəyərləri baxımından dəyərləndirilir, Qərb və Şərq mədəniyyəti kontekstində təqdim olunur.
Akademik Mirzə İbrahimovun ədəbiyyatşünaslığa dair tədqiqlərinin böyük bir hissəsini “Molla Nəsrəddin” ədəbi məktəbi – Cəlil Məmmədquluzadə və Mirzə Ələkbər Sabir irsi ilə bağlı araşdırmalar təşkil edir. Bu baxımdan “Böyük demokrat” monoqrafiyası və “Böyük şairimiz Sabir” monoqrafik oçerki xüsusilə əhəmiyyətlidir. Kitabda Mirzə İbrahimovun bu monoqrafiyaları və “Molla Nəsrəddin” ədəbi məktəbinə və “satirik poeziya məktəbi”nə (Mirzə Ələkbər Sabir yaradıcılığı) dair fikirləri geniş təhlil olunur, akademikin realizm, satirik poeziya, realist sənətkar və zaman haqqında təhlilləri müstəqillik və demokratiya meyarları baxımından qiymətləndirilir.
Mirzə İbrahimov yaradıcılığı boyu ədəbiyyat sahəsində üç cəbhədə fəaliyyət göstərib. Akademik həm ədəbiyyatımızı qələmə aldığı bədii əsərlərlə zənginləşdirərək, həm klassik Azərbaycan ədəbiyyatını, şifahi xalq yaradıcılığını araşdırıb, həm də yaşadığı dövrdə müasir ədəbi prosesə qiymət verməyə, təsir göstərməyə çalışıb. Kitabda Mirzə İbrahimovun ədəbiyyatla həyatın əlaqələrinə, oxucu və müəllif münasibətlərinə, müasir ədəbi prosesə dair qənaətləri geniş təhlil olunur, müasir nəzm, nəsr, dramaturgiya, ədəbi tənqidə dair ideya və tələbləri aydınlaşdırılır.
Monoqrafiyanın elmi redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Afaq Ramazanova, rəyçisi isə filologiya üzrə fəlsəfə doktoru, dosent Şakir Albalıyevdir.
Xəbər lenti
Hamısına baxMaraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04

