Bakıda əlilliyi olan gənclərin “Şərq nağılı” birinci Beynəlxalq yaradıcılıq festivalı başlayıb
12.09.2013 [09:15]
Sentyabrın 11-də “Mariott-Abşeron” otelində əlilliyi olan gənclərin “Şərq nağılı” birinci Beynəlxalq yaradıcılıq festivalı başlayıb.
AzərTAc xəbər verir ki, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş festival Gənclər və İdman Nazirliyinin təşəbbüsü və dəstəyi, “Dan” Beynəlmiləlçi Gənclər, “Müşfiq” Əlil Uşaqlara Yardım və “Müstəqil Həyat” Dəstək və İnkişaf Mərkəzi İctimai birliklərinin təşkilati dəstəyi ilə reallaşıb.
Əvvəlcə festival iştirakçıları Ümummilli lider Heydər Əliyevin uşaqlara, gənclərə və əlillərə qayğısından bəhs edən videoçarxa baxıblar.
Tədbirin açılış mərasimində gənclər və idman nazirinin müavini İntiqam Babayev çıxış edərək bildirib ki, festivalın əsas məqsədi əlilliyi olan istedadlı gənclərin yaradıcılıq bacarıqlarının reallaşdırılmasının dəstəklənməsi, ictimaiyyətin diqqətinin humanizm ideyalarına, mədəni dəyərlərə və əlilliyi olan gənclərin yaradıcılığına cəlb edilməsindən ibarətdir.
Vurğulanıb ki, Azərbaycanda əhalinin bütün kateqoriyaları kimi, gənclərə, xüsusilə əlil gənclərə də xüsusi diqqət və qayğı göstərilir. Gənc əlillərin mədəni həyatda iştirakı, onların asudə vaxtlarının səmərəli təşkili məqsədilə daim müxtəlif layihələr həyata keçirilir.
Diqqətə çatdırılıb ki, Bakıda keçirilən festivala 7 ölkədən 150-dən artıq əlil gənc qatılıb. İştirakçı dövlətlərdən gəlmiş 14 kollektiv tərəfindən festivalda mahnı, rəqs, teatr və instrumental musiqidən ibarət proqramlar nümayiş olunacaq. Festival çərçivəsində əlilliyi olan gənclərlə işləyən yerli təşkilatlar və fərdi təlimçilər üçün xarici ekspertlərin ustad dərsləri təşkil ediləcək.
Xüsusi qeyd etmək lazımdır ki, festival ərəfəsində Gənclər və İdman Nazirliyi və UNİCEF tərəfindən 20 nəfər qaçqın, məcburi köçkün və əlilliyi olan gənclər üçün xarici ekspert tərəfindən fotoqrafiya üzrə 5 günlük təlimlər başlanıb. Təlimlər nəticəsində iştirakçıların çəkdikləri və ekspert tərəfindən seçilmiş fotoşəkillər festivalın bağlanış mərasimi və qala-konsertin keçirildiyi Heydər Əliyev Sarayında təşkil olunacaq sərgidə nümayiş etdiriləcək.
Bildirilib ki, festivalın iştirakçıları üçün zəngin elmi-mədəni proqram hazırlanıb. Onların iştirakı ilə Milli Məclisdə “dəyirmi masa”, Qala və Atəşgah arxeoloji-etnoqrafiya muzeylərinə səfərlər, Qara Qarayevin “Yeddi gözəl” baleti, şəhər və dəniz gəzintisi reallaşdırılacaq.
Tədbirdə Moskva Humanitar-İqtisadiyyat İnstitutunun rektoru Vaqif Bayramov, Rusiya Dövlət Dumasının deputatı Oleq Smolin və başqaları çıxış edərək festivalın işinə uğurlar arzulayıblar.
Tədbir musiqi proqramı ilə davam edib.
Festivala sentyabrın 13-də yekun vurulacaq.
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19

