Yay üçün qeyri-xarakterik hava...
05.07.2025 [08:35]
Havanın sərin keçməsinin səbəbi nədir?
Ötən ay bir neçə il əvvəlki iyun ayları ilə müqayisədə nisbətən sərin keçdi. İyun ayının davamı olaraq iyul ayında da sərin hava müşahidə edilir. Məlumdur ki, normadan artıq sərin, külək və yağışlı havanın müşahidə edilməsi iyul ayı üçün xarakterik deyil. Ölkəmizdə son günlər havanın sərin keçməsinin səbəbləri isə müxtəlif amillərlə əlaqələndirilir.
Ötən illə müqayisədə temperatur 3-8 dərəcə aşağı olacaq
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, iyul ayının birinci 10 günlüyünün sonlarınadək ölkə ərazisində hava şəraitinin mülayim keçəcəyi, bəzi bölgələrdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Yağıntıların əsasən dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.
Qeyd edək ki, bu ilin may ayında havanın orta aylıq temperaturu iqlim normasından 2 dərəcə, iyun ayında 1 dərəcə yuxarı olub. İyul ayının birinci ongünlüyündə isə temperaturun normaya yaxın olacağı proqnozlaşdırılır.
İyul ayının birinci 10 günlüyündə havanın maksimal temperaturunun ötən ilin müvafiq dövrü ilə müqayisədə 3-8 dərəcə aşağı olacağı qeyd edilib. Belə ki, ötən ilin iyul ayının birinci 10 günlüyündə Bakıda və Abşeron yarımadasında 38, bölgələrdə 40 dərəcəyədək isti müşahidə edilmişdisə, bu ilin müvafiq dövründə Bakıda və Abşeron yarımadasında 30-33, bölgələrdə isə 35 dərəcəyə yaxın isti olacağı ehtimal olunur.
Havanın sərin keçməsi uzun çəkməyəcək...
Mövzu barədə “Yeni Azərbaycan”a açıqlama verən ekoloq Rövşən Abbasov bildirib ki, iyulun ilk 10 günlüyündə temperaturun aşağı düşməsi müşahidə edilsə də, bu ay isti günlərin sayının çox olacağı gözlənilir: “İyunda temperaturun nisbətən aşağı olmasını baza dövrü, yəni 1961-1990-cı illərlə müqayisə etdikdə, çox da aşağı olmadığını görürük. 1990-cı ildən sonrakı dövrə nəzər salsaq, həmin dövrlərlə müqayisədə temperatur nisbətən aşağı olub. Buna səbəb isə lokal iqlim dəyişmələri, atmosfer dövranı, şimaldan və şimal-şərqdən Azərbaycana daxil olan hava kütlələrinin təsiridir. Ümumiyyətlə, şimaldan daxil olan hava kütlələri yayda nisbətən sərinlik, qışda sərtlik gətirir. Ümumi götürdükdə isə belə sərin havaların o qədər də uzun çəkməyəcəyini deyə bilərəm”.
Əsas səbəb iqlim dəyişmələridir
Ekoloq qeyd edib ki, yay aylarında temperaturun aşağı olması iqlim dəyişmələrinin bir növüdür: “Yəni iqlim dəyişmələri dedikdə təkcə temperaturun qalxması deyil, enməsi də nəzərdə tutulur və yaxud da yağıntıların azalması, çoxalması və s. İyun ayı əsasən sərin keçsə də, isti hava da müşahidə edildi. Amma bir neçə il bundan əvvəllə müqayisədə həmin isti havanın əvvəlki illərdə daha uzun müddət davam etdiyini görmüşük. İndi isə sərin günlərin sayı nisbətən artıb, isti günlərin sayı azalıb. Bu da elə iqlim dəyişmələrinin bir təzahürüdür”.
Ən isti iyun ayı 2021-ci ildə olub
R.Abbasovun sözlərinə görə, bu ilin iyun ayının əvvəlində Şahdağa qar yağıb, havanın minimal temperaturu 1 dərəcə şaxta təşkil edib. Bakı və Abşeron yarımadasında isə minimal temperatur 16 dərəcə isti olub. O, qeyd edib ki, ölkə ərazisində son 5 ildə iyun ayında havanın orta aylıq temperaturu iqlim normasından 2-4 dərəcə yuxarı olub: “Çoxillik müşahidə məlumatlarına əsasən, ən isti iyun ayı 2021-ci ildə qeydə alınıb. Həmin il havanın maksimal temperaturu Bakı və Abşeron yarımadasında 41, bölgələrdə isə 43 dərəcəyədək yüksəlib”.
Havada çirklənmənin artması
Ekoloq son günlər havanın çirklənməsi ilə bağlı da fikirlərini bölüşüb. Onun sözlərinə görə, atmosferi çirkləndirən maddələr nəinki insanlara, ekosistemə də mənfi təsir göstərir: “Havaya qarışan çirkləndirici maddələr isə müvafiq olaraq kükürd-dioksid, hidrogen-sulfid, karbon-monoksit, azot oksidləri və digər hissəciklərdir. Xüsusilə, son 100 ildə mineral yanacaqların həddindən artıq istifadəsi, istehsal və istehlakın artması atmosferi çirkləndirməyə davam edir. Hava çirkliliyi ciddi xəstəliklərə yol açmaqla yanaşı, miqren kimi xroniki və nevroloji xəstəlikləri olan şəxslərə təsir edir. Bundan başqa, son zamanlar ağ ciyər xəstəliklərinin yaranmasının əsas səbəbi kimi orqanizmə daxil olan hava kütləsinin zəhərli olmasıdır. Çirklənmənin artması, eyni zamanda, havanın temperaturunun normadan çox olmasına da səbəb olur”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxİdman
24 Aprel 13:28
Sosial
24 Aprel 13:00
Siyasət
24 Aprel 12:54
Sosial
24 Aprel 12:35
Gündəm
24 Aprel 12:20
Siyasət
24 Aprel 12:20
İqtisadiyyat
24 Aprel 12:18
Gündəm
24 Aprel 12:17
Gündəm
24 Aprel 12:16
YAP xəbərləri
24 Aprel 12:06
Gündəm
24 Aprel 11:52
YAP xəbərləri
24 Aprel 11:51
Siyasət
24 Aprel 11:50
Siyasət
24 Aprel 11:42
Siyasət
24 Aprel 11:36
Gündəm
24 Aprel 11:14
Gündəm
24 Aprel 10:56
İqtisadiyyat
24 Aprel 10:34
Gündəm
24 Aprel 10:33
Hadisə
24 Aprel 10:31
Sosial
24 Aprel 10:27
Hadisə
24 Aprel 10:27
İqtisadiyyat
24 Aprel 10:17
Sosial
24 Aprel 10:05
Dünya
24 Aprel 10:04
İqtisadiyyat
24 Aprel 09:52
Ədəbiyyat
24 Aprel 09:30
Analitik
24 Aprel 09:15
Yeni texnologiyalar
24 Aprel 08:59
Müsahibə
24 Aprel 08:32
Gündəm
24 Aprel 08:17
Dünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Elm
23 Aprel 17:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10

