Azərbaycanın şəhərsalma təcrübəsinə beynəlxalq maraq artır
26.07.2025 [11:36]
Uğurlu inkişaf modelinə malik olan Azərbaycanın ayrı-ayrı istiqamətlərdə qazandığı nailiyyətlər və təcrübə beynəlxalq səviyyədə diqqətlə izlənilir və bir sıra hallarda model kimi qəbul olunur. Elə bugünlərdə respublikamızın şəhərsalma və dayanıqlı inkişaf sahəsindəki təcrübəsi BMT-nin Yüksəksəviyyəli Siyasi Forumunda təqdim edilib. Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev BMT-nin İqtisadi və Sosial Şurası (ECOSOC) tərəfindən Nyu-York şəhərində təşkil olunan Yüksəksəviyyəli Siyasi Forum çərçivəsində keçirilən nazirlər görüşündə çıxış edib. Dövlət Komitəsindən bildirilib ki, sədr Azərbaycanın şəhərsalma və dayanıqlı inkişaf sahəsində həyata keçirdiyi islahatlar, əldə olunan nailiyyətlər və qarşıya qoyulmuş strateji prioritetlər barədə məlumat verib.
Qeyd edək ki, 2013-cü ildən etibarən hər il təşkil olunan Yüksəksəviyyəli Siyasi Forum Dayanıqlı İnkişaf Məqsədlərinin qlobal səviyyədə nəzərdən keçirilməsi və onların icrasının sürətləndirilməsi üçün əsas platforma hesab olunur. Bu il forum 14-23 iyul tarixlərində BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında “Heç kimin geridə qalmaması naminə 2030 Gündəliyi və onun Dayanıqlı İnkişaf Məqsədləri üçün davamlı, inklüziv, elmi və sübuta əsaslanan həllərin irəli aparılması” mövzusunda keçirilib.
Ölkəmizdə reallaşdırılan şəhərsalma islahatları
Dövlət Komitəsinin rəsmisi beynəlxalq platformada Azərbaycanın şəhərsalma və dayanıqlı inkişaf sahəsində həyata keçirdiyi islahatlar, əldə olunan nailiyyətlər və qarşıya qoyulmuş strateji prioritetlər barədə məlumat verib. Komitə sədri şəhərsalma sahəsində qəbul edilmiş kompleks və inteqrasiya olunmuş yanaşmaların sosial rifaha, iqlim dəyişikliklərinə uyğunlaşmaya və iqtisadi dayanıqlılığa töhfə verdiyini diqqətə çatdırıb.
Ötən ilin əvvəlində təqdim olunan Bakı şəhərinin Baş Planı ölkəmizin müasir şəhərsalma çağırışlarına yanaşmasını aydın şəkildə nümayiş etdirir. Son illərdə paytaxt Bakının meqapolis kimi inkişafı şəhərin perspektiv inkişafını özündə ehtiva edən və konseptual olaraq əsaslandırılmış Baş Planının işlənib hazırlanmasını zərurətə çevirmişdi. Artıq Bakı şəhərinin 2040-cı ilə qədərki dövrdə inkişafına dair Baş Planı təsdiqlənib və burada bir sıra mühüm prinsiplər əsas götürülüb. İctimaiyyətə təqdim olunan Baş Plan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə beynəlxalq tenderin qalib “AS+P Albert Speer + Partner Gmbh” şirkəti (Almaniya) tərəfindən hazırlanıb.
Baş Plan yaxın illər ərzində Bakı şəhərinin strateji inkişaf istiqamətlərini müəyyən edən əsas ərazi-planlaşdırma sənədidir. Təqdimatda bildirildiyi kimi, Baş Plana uyğun olaraq vahid mərkəzli aqlomerasiya olan Bakı növbəti inkişaf mərhələsində rahat, ekoloji cəhətdən təmiz, mobil, insanyönümlü və inklüziv çoxmərkəzli şəhərə çevriləcək. Baş Plan həmçinin ərazi zonalaşdırılması, əsaslı tikinti, nəqliyyat və sosial infrastruktur, kommunal sistemlər, eyni zamanda ərazilərin abadlaşdırılması tədbirləri, habelə post-sənaye dövrünə keçidi təmin edəcək yeni şəhər iqtisadiyyatı məsələlərini özündə ehtiva edir. Sənədlə bunlarla yanaşı, icra müddətinin ilk illərində həyata keçirilməli prioritet fəaliyyətlər müəyyən edilib. Bütövlükdə 4 vacib hədəfə əsaslanan Baş Plan paytaxtın 212,3 min hektarlıq bütün inzibati ərazisini əhatə etməklə 2040-cı ilədək olan müddət ərzində şəhərin əsas inkişaf prioritetlərini özündə əks etdirir.
Ekoloji amillərin nəzərə alınması
Anar Quliyev iqlim dəyişikliyi, iqtisadi qeyri-müəyyənlik və sosial bərabərsizlik kimi problemlərin bir-biri ilə sıx bağlı olduğunu və bu çağırışların daha qabarıq şəkildə məhz şəhər mühitlərində özünü göstərdiyini bildirib. Komitə sədri vurğulayıb ki, proqnozlara əsasən 2050-ci ilədək dünya əhalisinin 70 faizədək hissəsi şəhərlərdə yaşayacaq və bu səbəbdən də şəhərlərin davamlı inkişafı qlobal gündəliyin prioritet istiqamətlərindən biri olmalıdır.
Azərbaycanın milli inkişaf strategiyasında şəhərsalmanın prioritet istiqamət olduğunu qeyd edən komitə sədri ölkəmizin iqlim dəyişiklikləri və urbanizasiya sahəsində beynəlxalq səylərə fəal töhfə verdiyini diqqətə çatdırıb. Bu xüsusda, COP29 çərçivəsində Azərbaycanın təqdim etdiyi “Dayanıqlı və Sağlam Şəhərlər üçün Çoxsahəli Fəaliyyət Yolları” təşəbbüsünün şəhərsalma ilə səhiyyə və iqlim siyasətləri arasında inteqrasiyanı təmin etdiyini bildirib.
Göründüyü kimi, BMT-nin Yüksəksəviyyəli Siyasi Forumunda müasir şəhərsalma çağırışlarından biri kimi ekoloji məsələlərə xüsusi vurğu edilib. Bakının Baş Planında da bu cəhət nəzərə alınıb. Məsələn, sənəddə göstərilən şəhər və ətraf mühitin bərpası prioritetinə nəzərə salaq. Bakıda ətraf mühitin əhəmiyyətli dərəcədə çirklənməsi keçmiş sənaye dövrünün mirasıdır. Dərin təhlil əsasında Bakının Baş Planında göllər və torpaqların rekultivasiyası ilə bağlı növbəti 20 ildə ekoloji reabilitasiya üçün prioritet istiqamətlər müəyyən edilib.
“Hibrid Yaşıl Dəhlizlər” Baş Planın əsas konseptual sütunlarıdır və müxtəlif funksiyaları özündə birləşdirir: şəhərdə havanın keyfiyyətinin və mikroiqliminin yaxşılaşdırılması; piyadalar üçün küçə mühitini yaxşılaşdırmaqla şəhərin müxtəlif hissələrini birləşdirərək piyada gəzintini və velosiped istifadəsini təşviq etmək; yaşıllıqların genişləndirilməsi və əlavə “yaşıl” istirahət zonalarının yaradılması və s.
Vurğulamaq yerinə düşər ki, ekoloji məsələlər, yaşıl transformasiyalar Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə apardığı bərpa və yenidənqurma işlərində də mütləq qaydada nəzərə alınır. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq burada “Ağıllı şəhər” və “Ağıllı kənd” konseptlərinə uyğun yaşayış məntəqələri yaradılır. Eyni zamanda, bəhs olunan ərazilərin zəngin “yaşıl enerji” potensialından səmərəli şəkildə istifadə olunması hədəflənib.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxDünya
03 Avqust 23:17
Siyasət
03 Avqust 22:38
Dünya
03 Avqust 22:34
Dünya
03 Avqust 22:20
Sosial
03 Avqust 21:14
Dünya
03 Avqust 20:33
Dünya
03 Avqust 19:17
YAP xəbərləri
03 Avqust 18:40
Yeni texnologiyalar
03 Avqust 18:20
Dünya
03 Avqust 17:35
Dünya
03 Avqust 16:18
Dünya
03 Avqust 15:40
Dünya
03 Avqust 14:22
Dünya
03 Avqust 13:38
YAP xəbərləri
03 Avqust 12:30
YAP xəbərləri
03 Avqust 12:28
Dünya
03 Avqust 12:24
Gündəm
03 Avqust 12:04
Dünya
03 Avqust 11:19
Dünya
03 Avqust 10:55
Dünya
03 Avqust 10:33
Dünya
03 Avqust 09:52
Dünya
03 Avqust 09:17
Dünya
03 Avqust 08:25
Mədəniyyət
03 Avqust 07:30
Diaspor
03 Avqust 07:04
Dünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Dünya
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21

