Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Agentlik: Ümumilikdə 55 minə yaxın uşaq məktəbəhazırlıq qruplarına qəbul edilib

Agentlik: Ümumilikdə 55 minə yaxın uşaq məktəbəhazırlıq qruplarına qəbul edilib

28.07.2025 [12:09]

İyunun 21-dən start verilən 2025-2026-cı tədris ili üzrə uşaqların məktəbəhazırlıq qruplarına elektron qəbulu prosesi davam edir. Hazırda ölkə üzrə bütün ümumi təhsil müəssisələrində Azərbaycan və digər bölmələr üzrə məktəb və müəllim seçimi aparılır.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, bu günə qədər ümumilikdə 55 minə yaxın uşaq məktəbəhazırlıq qruplarına qəbul edilib.

Məktəbəhazırlıq təhsilinə cəlb olunmuş uşaqlar ibtidai təhsilə daha sağlam adaptasiya olur və akademik nailiyyətlərdə üstünlük qazanırlar. Bu mərhələ onların əqli, fiziki, sosial-emosional və nitq bacarıqlarının sistemli şəkildə inkişafına şərait yaradır.

“Tədris ili yaxınlaşdıqca ümumi təhsil müəssisələrində uşaqların qeydiyyatının aparılması, sənədləşmə işlərinin dəqiq və vaxtında başa çatdırılması baxımından bu mərhələnin əhəmiyyətini nəzərə alaraq bildiririk ki, övladlarının 2025-2026-cı tədris ili üzrə məktəbəhazırlıq qruplarına elektron qəbulu prosesini həyata keçirmək istəyən valideynlər mektebeqebul.edu.az saytı vasitəsilə şəxsi kabinet yaradaraq məktəb və müəllim seçimi edə bilərlər”, - deyə agentliyin məlumatında qeyd olunur.

Paylaş:
Baxılıb: 538 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30