Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Respublika Qan Bankı könüllü qanvermə aksiyasına start verib

Respublika Qan Bankı könüllü qanvermə aksiyasına start verib

18.08.2025 [21:39]

Heydər Əliyev Fondunun "Talassemiyasız həyat naminə" proqramı çərçivəsində Səhiyyə Nazirliyi Respublika Qan Bankı bu gündən etibarən “Dəniz Mall” ticarət mərkəzində növbəti könüllü qanvermə aksiyasına başlayıb. 

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, aksiya avqustun 31-dək hər gün saat 13:00-dan 20:00-dək davam edəcək.

Aksiyanın əsas məqsədi talassemiyadan əziyyət çəkən uşaqların müalicəsi üçün həyati vacib olan qan və qan komponentlərinin toplanmasıdır. Qan donorluğu vasitəsilə hər bir vətəndaş bu uşaqların sağlam gələcəyi naminə dəyərli töhfə verə bilər.

Qanvermə prosesi tam təhlükəsizdir və tibbi normalara uyğun həyata keçirilir. Donorların sağlamlıq vəziyyəti əvvəlcədən müayinə edilir, yalnız qanverməyə yararlı şəxslər aksiyaya cəlb olunurlar.

“Respublika Qan Bankı bütün vətəndaşları bu xeyirxah missiyaya qoşulmağa çağırır – sizin bağışladığınız hər qan bir uşağın həyatına işıq saçır!”, - deyə məlumatda vurğulanıb.

Paylaş:
Baxılıb: 594 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30