Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / NİİM yük avtomobillərinin sürücülərinə müraciət edib

NİİM yük avtomobillərinin sürücülərinə müraciət edib

21.08.2025 [14:05]

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) yük avtomobillərinin sürücülərinə müraciət edib.

AZƏRTAC xəbər verir ki, müraciətdə qeyd olunub ki, ötən gün axşam saatlarında Nərimanov rayonunun Ziya Bünyadov və Yasamal rayonunun Tbilisi prospektlərində bir neçə nasaz yük avtomobilinin yollarda qalması metronun “20 Yanvar”, “Koroğlu” stansiyaları və mərkəz istiqamətlərində süni nəqliyyat sıxlığının yaranmasına səbəb olub. “Yüklə dolu belə avtomobillərin yollardan kənarlaşdırılması vaxt tələb etdiyindən digər nəqliyyat vasitələri dəqiqələrlə sıxlıqda qalmalı olur. Xüsusilə də bəzi yük avtomobillərinin sürücüləri belə vəziyyətdə təhlükəsizlik qaydalarına əməl etmədiyindən qəza riski yaranır”, - deyə məlumatda vurğulanıb.

NİİM yük avtomobillərinin sürücülərinə müraciət edərək bildirib ki, yola çıxmazdan əvvəl avtomobilin texniki vəziyyəti yoxlanılmalıdır. Avtomobil yolun hərəkət hissəsində texniki nasazlıq səbəbindən məcburi dayandıqda isə təhlükəsizlik təmin olunmalı, qəza dayanma nişanı qoyulmalı və işıq siqnalı yandırılmalıdır.

Paylaş:
Baxılıb: 522 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30