/ / Mütəxəssis: Düzgün qidalanma və sağlam həyat tərzi anemiyanın qarşısını almaqda əsas rol oynayır
Mütəxəssis: Düzgün qidalanma və sağlam həyat tərzi anemiyanın qarşısını almaqda əsas rol oynayır
22.08.2025 [13:31]
Anemiya qan azlığı kimi tanınan problemdir və qanda kifayət qədər sağlam qırmızı qan hüceyrələrinin, hemoqlobinin olmaması ilə xarakterizə edilir. Anemiyanın profilaktikası üçün düzgün qidalanma çox vacibdir. Bunun üçün əsas məqsəd orqanizmi lazımi qida maddələri ilə təmin etməkdir ki, qırmızı qan hüceyrələrinin istehsalı normal olsun. Növləri və əsas səbəbləri kimi dəmir çatışmazlığı, B12 vitamini çatışmazlığı və fol turşusu çatışmazlığı anemiyalarını deyə bilərik. Dəmir çatışmazlığı anemiyası qidalanmada dəmir çatışmazlığı və ya dəmirin zəif mənimsənilməsi nəticəsində yaranır. B12 vitamini çatışmazlığı anemiyası daha çox heyvan mənşəli qida qəbul etməyən insanlarda rast gəlinir. Fol turşusu qırmızı qan hüceyrələrinin istehsalı üçün vacibdir və onun çatışmazlığı anemiyaya səbəb ola bilər.
AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzinin həkim-hematoloqu Oksana Abbasova bildirib.
Profilaktik qidalanmanın prinsipləri haqqında danışan Oksana Abbasova deyib ki, anemiyaya qarşı profilaktik qidalanma prinsipləri dedikdə, ilk olaraq dəmirlə zəngin qidalar təsəvvür edilir. Belə ki, dəmir qırmızı qan hüceyrələrində oksigen daşıyan hemoqlobinin əsas komponentidir. Heme dəmir və non-heme dəmir olmaqla, iki növ dəmir var. Heme dəmir əsasən heyvan mənşəli qidalarda olur və orqanizm tərəfindən daha yaxşı mənimsənilir. Non-heme dəmir bitki mənşəli qidalarda olur və mənimsənilməsi daha çətindir. Heme dəmir mənbələri kimi mal, qoyun, toyuq və hinduşka ətlərini, balıq növlərini (somon, sardina, ton balığı), ciyər (mal və quş ciyəri) və digər daxili orqanları misal olaraq göstərmək olar. Non-heme dəmir mənbələri kimi yaşıl yarpaqlı tərəvəzləri (ispanaq, pazı, kələm, brokoli), paxlalıları (mərcimək, noxud, lobya), tam taxılları (yulaf, buğda, darı), quru meyvələri (qaysı, kişmiş, gavalı qurusu), çərəzləri (badam, fındıq, balqabaq və günəbaxan tumu) misal gətirmək olar.
Həkim-hematoloq vacib məqam kimi qeyd edib ki, non-heme dəmirin mənimsənilməsini artırmaq üçün bu qidalar C vitamini ilə birlikdə qəbul edilməlidir: “C vitamini dəmirin bağırsaqdan sorulmasını artırır və onun orqanizmdə daha yaxşı mənimsənilməsinə kömək edir. C vitamini ilə zəngin qidalar portağal, limon, kivi, çiyələk, quşüzümü, böyürtkən, pomidor, bolqar bibəri, ispanaq, brokoli, kələm, gül kələmi kimi bitkilərdir. Həmçinin B12 vitaminini xüsusi qeyd etmək lazımdır. B12 vitamini qırmızı qan hüceyrələrinin istehsalı üçün həyati əhəmiyyət daşıyır. Bu vitamin yalnız heyvan mənşəli qidalarda olur. Buna görə də, vegetarian və veqanlar əlavə B12 qəbul etməlidirlər. B12 mənbələri kimi mal və qoyun ətini, balığı (somon, skumbriya, sardina), süd və süd məhsullarını (qatıq, pendir, süd), yumurtanı demək olar. Bunlarla yanaşı, DNT sintezində və qırmızı qan hüceyrələrinin formalaşmasında fol turşusunun xüsusi iştirakını qeyd etmək lazımdır. Fol turşusu ilə zəngin qidalara yaşıl yarpaqlı tərəvəzlər (ispanaq, pazı, kələm), portağal, naringi və digər sitrus meyvələri, avokado, baklagillər (mərcimək, noxud, lobya), tam taxılları misal çəkmək olar”.
Anemiyalı xəstələrin çay və qəhvədən imtina etməli və ya az qəbul etməli olduğunu deyən mütəxəssis əlavə edib ki, onlar yüksək miqdarda taninlər və polifenollar ehtiva edir. Bu isə dəmirin mənimsənilməsini azaldır. Yeməklərdən dərhal sonra çay və qəhvə içməkdən çəkinmək lazımdır: “Dəmirin mənimsənilməsini kalsium da zəiflədə bilər. Buna görə də, süd və süd məhsullarını dəmir mənbəyi olan qidalardan ayrı qəbul etmək tövsiyə olunur. Dəmir çatışmazlığı riski olan insanlar (hamilələr, yeniyetmələr, menstruasiya dövründə olan qadınlar) həkim məsləhəti ilə dəmir əlavələri qəbul edə bilərlər. Əlavələrlə birlikdə C vitamini qəbul etmək daha təsirli olur. Ümumiyyətlə, dəmir, fol turşusu və B12 ilə zəngin qidaların balanslı şəkildə qəbulu qırmızı qan hüceyrələrinin normal səviyyədə qalmasını təmin edir və anemiyanın yaranmasının qarşısını alır”.
Oksana Abbasova qeyd edib ki, anemiya növləri üçün pəhriz nümunəsi olaraq səhər yeməyində yumurta (qayğanaq və ya suda bişmiş), tam buğda çörəyi ilə hazırlanmış sendviç, bir stəkan təzə sıxılmış portağal suyu qəbul etmək olar. Nahar yeməyində qırmızı ət (qızardılmış və ya qaynadılmış), yaşıl salat (pomidor, ispanaq limon suyu ilə), mərci şorbası, bir dilim tam buğda çörəyi yemək məsləhətdir. Axşam yeməyində isə toyuq və ya balıq, brokoli və gül kələmi ilə hazırlanmış tərəvəz qarışığı, qəhvəyi düyü və ya kinoa, bir stəkan qatıq yemək lazımdır. Ara yeməklərdə quru meyvələr (qaysı, kişmiş), fındıq, badam, meyvə (alma, armud və s.) tövsiyə olunur.
Mütəxəssis vurğulayıb ki, düzgün qidalanma və sağlam həyat tərzi anemiyanın qarşısını almaqda əsas rol oynayır. Dəmir, fol turşusu və B12 vitamini ilə zəngin qidaların balanslı şəkildə qəbul edilməsi ilə qan dəyərlərini normada saxlamaq mümkündür. Ehtiyac olarsa, həkim məsləhəti ilə əlavələr qəbul edilə bilər.
Xəbər lenti
Hamısına baxDünya
03 Avqust 20:33
Dünya
03 Avqust 19:17
YAP xəbərləri
03 Avqust 18:40
Yeni texnologiyalar
03 Avqust 18:20
Dünya
03 Avqust 17:35
Dünya
03 Avqust 16:18
Dünya
03 Avqust 15:40
Dünya
03 Avqust 14:22
Dünya
03 Avqust 13:38
YAP xəbərləri
03 Avqust 12:30
YAP xəbərləri
03 Avqust 12:28
Dünya
03 Avqust 12:24
Gündəm
03 Avqust 12:04
Dünya
03 Avqust 11:19
Dünya
03 Avqust 10:55
Dünya
03 Avqust 10:33
Dünya
03 Avqust 09:52
Dünya
03 Avqust 09:17
Dünya
03 Avqust 08:25
Mədəniyyət
03 Avqust 07:30
Diaspor
03 Avqust 07:04
Dünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Dünya
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35

