Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Bu gün dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Bu gün dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

23.08.2025 [15:24]

1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin müvafiq Fərmanı ilə Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanları Baş Mühafizə İdarəsinin yaradıldığı gün - avqustun 23-ü ölkəmizdə dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramı günü kimi qeyd olunur.

AZƏRTAC xəbər verir ki, Ulu Öndər Heydər Əliyevin ölkəmizdə dövlət mühafizə sistemi ilə bağlı siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində bu sahə sürətlə inkişaf edib.

Prezident İlham Əliyev 2025-ci il avqustun 22-də “Azərbaycan Respublikası Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə 3 nəfər “Vətən uğrunda”, 6 nəfər “İgidliyə görə”, 27 nəfər isə “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub.

Azərbaycan bir çox əsas təhlükəsizlik parametrlərinə görə öncül mövqeyə yüksəlib. Dövlət mühafizə sahəsinin çoxminli kollektivi onlara göstərilən ali etimadı nümunəvi xidmətləri ilə daim ən yüksək səviyyədə doğrultmağa çalışır, ölkəmizin təhlükəsizliyinin təmin olunmasına önəmli töhfələr verirlər. Onları peşə bayramları münasibətilə təbrik edir, uğurlu xidmət arzulayırıq.

Paylaş:
Baxılıb: 537 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Dünya

YAP xəbərləri

Dünya

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30