Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / BDYPİ: Qəzadan sonra avtomobillərin yolun hərəkət hissəsindən kənarlaşdırılması vacibdir

BDYPİ: Qəzadan sonra avtomobillərin yolun hərəkət hissəsindən kənarlaşdırılması vacibdir

09.09.2025 [21:25]

Yol-nəqliyyat hadisəsi baş verdiyi andan etibarən əsas məqsəd nəqliyyat axınının bərpası və əlavə qəzaların qarşısının alınmasıdır. Təcrübə göstərir ki, qəza nəticəsində maddi ziyan olsa da, sürücülərin avtomobilləri yolun hərəkət hissəsindən kənara çəkməməsi tıxacların yaranmasına, digər nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşmasına və əlavə təhlükələrin meydana çıxmasına səbəb olur.

AZƏRTAC xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) sürücülərə müraciətində bildirilib.

Qeyd olunub ki, maddi ziyanla nəticələnən qəzalar zamanı avtomobilləri yolun ortasında saxlamaq əvəzinə, əvvəlcə avtomobillərin foto və videosunu çəkmək, daha sonra isə mümkün olduğu halda dərhal yolun kənarına çəkmək vacibdir. Bu, həm hərəkətin tam iflic olmasının, həm də ikinci qəzanın baş verməsinin qarşısını alır. “Yol polisi əməkdaşları hadisə yerinə çatana qədər əsas şərt təhlükəsizliyin təmin olunmasıdır. Bu zaman “fövqəladə dayanma” işıq siqnallarını yandırmaq, əraziyə qəza dayanma nişanı qoymaq və yalnız bundan sonra nəqliyyat vasitəsini kənara çəkmək lazımdır”, - deyə müraciətdə vurğulanıb.

BDYPİ bir daha diqqətə çatdırıb ki, maddi ziyanla nəticələnən yol-nəqliyyat hadisələrindən sonra avtomobillərin dərhal yolun hərəkət hissəsindən kənarlaşdırılması nəqliyyatın fasiləsizliyinin qorunması və bütün hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin olunması baxımından vacibdir.

Paylaş:
Baxılıb: 593 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Dünya

YAP xəbərləri

Dünya

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30