Fədakarlığın simvolu
10.10.2025 [08:25]
Həyatla ölüm arasındakı missiya...
Yanğınsöndürənlər canını oda atan qəhrəmanlardır
Onların işi yalnız yanğınları söndürmək deyil, həm də insanlar arasında inam, təhlükəsizlik və güvən hissi yaratmaqdır. Hər bir alovun arxasında yanğınsöndürənin canını fəda etdiyi, təhlükə qarşısında durduğu və cəmiyyətin təhlükəsizliyi üçün əlindən gələni etdiyi bir həyat hekayəsi dayanır. Yanğınsöndürənlərimiz çətin sınaqlarda dəfələrlə peşəkarlıqlarını və cəsarətlərini ortaya qoyublar. Onlar baş verə biləcək fövqəladə hadisələrin vaxtında aşkarlanması, qarşısının alınması və nəticələrinin aradan qaldırılması üçün son dərəcədə mühüm peşəkarlıq nümayiş etdirirlər.
Bu gün yanğın təhlükəsizliyi orqanları ölkəmizdə əhalinin təhlükəsiz yaşamasının, iş və istirahətinin təmin olunması üçün qarşıya qoyulmuş vəzifələrin öhdəsindən layiqincə gəlir. Uzun illər ərzində bu sahənin maddi-texniki bazasının gücləndirilməsi, şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər görülüb.
Ölkəmizdə Yanğından Mühafizə Xidməti Azərbaycan Xalq Cümhuriyyəti dövründə, daha dəqiq desək, 1918-ci ildə yaradılıb. 2002-ci il oktyabr ayının 5-də isə Heydər Əliyev oktyabrın 10-nun “Yanğınsöndürənlərin peşə bayramı günü” kimi qeyd olunması haqqında sərəncam imzalayıb. Həmin tarixdən etibarən hər il oktyabrın 10-u ölkəmizdə yanğınsöndürənlərin peşə bayramı kimi qeyd olunur.
Ulu ?ndər Azərbaycana rəhbərliyi dövründə yanğın təhlükəsizliyi orqanlarının inkişafını daim diqqətdə saxlayıb, bu sahədəki problemlər öz həllini tapıb. “Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır”, - deyən Ulu Öndər ikinci dəfə ali hakimiyyətə qayıdışından sonra yanğın təhlükəsizliyi sisteminin davamlı inkişafını təmin edən ardıcıl tədbirlər görülüb. 1997-ci ildə “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun qəbul olunması ilə yanğından mühafizə sisteminin təşkilinin hüquqi əsasları müəyyənləşdirilib. Görülən məqsədyönlü tədbirlər nəticəsində yanğından mühafizə sistemi təkmilləşdirilib, şəxsi heyətin sosial-məişət şəraiti yaxşılaşıb, təminat və təchizat məsələləri öz həllini tapıb.
Bu gün də yanğın təhlükəsizliyi orqanlarında peşə hazırlığının artırılması üzrə beynəlxalq təcrübənin öyrənilməsi, texniki təchizat və təminatın müasir standartlara uyğunlaşdırılması, həmçinin ixtisaslı kadrların hazırlanması istiqamətində tədbirlərin həyata keçirilməsi diqqətdə saxlanılır. Müasir texnologiyaların tətbiqi iş prosesinin təkmilləşdirilməsinə, baş verən yanğınların söndürülməsinin və bununla bağlı təxirəsalınmaz xilasetmə işlərinin müasir dövrün tələblərinə uyğun şəkildə həyata keçirilməsinə şərait yaradıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürənləri Azərbaycan Prezidentinin tapşırığı ilə bir neçə ölkəyə humanitar yardımlar edib. Bundan başqa, FHN-in xilasetmə dəstələri İsraildə, Gürcüstanda və Türkiyədə meşə yanğınlarının söndürülməsində fəal iştirak ediblər. Nazirliyin şəxsi heyətinin peşəkarlığının və digər ölkələrdə baş verən fövqəladə hadisələrin qarşısının alınmasında göstərdiyi yüksək çeviklik və fədakarlığın ən bariz nümunəsi qardaş Türkiyədə meşə yanğınlarının söndürülməsi oldu. Təbii fəlakətlərin aradan qaldırılması məqsədilə Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyəyə gedən FHN yanğınsöndürücüləri əsl qardaşlıq örnəyi nümayiş etdiriblər.
Bütün bunlar FHN-in fədakarlıq və peşəkarlıq örnəkləri sərgiləyən yanğınsöndürənlərinin ölkə rəhbərliyinin verdiyi tapşırıqları yüksək keyfiyyətlə, operativ və sədaqətlə yerinə yetirməyə hər an hazır və qadir olduğunu deməyə əsas verir. Onlar həmişə olduğu kimi, bu gün də Prezidentin qarşıya qoyduğu vəzifələri daha yüksək peşəkarlıqla və operativ formada yerinə yetirirlər.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
Siyasət
25 Sentyabr 15:29
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36
Gündəm
25 Sentyabr 12:35
Gündəm
25 Sentyabr 12:18
Siyasət
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:07
Gündəm
25 Sentyabr 12:05
Gündəm
25 Sentyabr 12:03
İqtisadiyyat
25 Sentyabr 12:03
Siyasət
25 Sentyabr 11:42
Gündəm
25 Sentyabr 11:36
İqtisadiyyat
25 Sentyabr 11:16
İqtisadiyyat
25 Sentyabr 10:58
İqtisadiyyat
25 Sentyabr 10:23
Siyasət
25 Sentyabr 09:45
Analitik
25 Sentyabr 09:17
MEDİA
25 Sentyabr 08:50

