Hər qız bir ümiddir!
11.10.2025 [08:27]
Onlara verilən sevgi cəmiyyətin inkişafı deməkdir...
Elmin və mədəniyyətin işığıyla aydınlanan bütün ailələrdə qız övladına qarşı xüsusi sevgi olur. Həmin ailələrdə qız uşağı ailənin başqa fərdləri ilə bərabər hüquq və azadlıqlara sahibdir. Həyatımızda bir neçə vacib və məsuliyyətli vəzifələr var. Bu vəzifələr sırasında valideynlik öndə gəlir. Həyatla bağlı çox şeyi özümüzdən əvvəl yaşayan insanlardan öyrənir, görüb-götürürük. Bu səbəbdən ağlı, qabiliyyəti ilə dünyada tanınan dahilər, yazıçılar və sənətkarlardan bir neçəsinin qızlarına olan münasibəti, etimadı, onlara yazdıqları məktublar maraq doğurur. Məsələn psixoanaliz elminin banisi Ziqmund Freyd qızı Lieserlə yazdığı məktubda deyirdi: “Əzizim, Lieserl, ən çox güvəndiyin insanlardan pislik gördüyün üçün üzülməyin sənin zəif olduğunu göstərmir. Fizikanın qanunlarına görə, arxanı söykədiyin nəsnə bir anda yox olarsa, sən də o tərəfə doğru yıxılarsan. Yəni ki, bunun gücsüzlüklə heç bir əlaqəsi yoxdur”.
“Böhranın ön cəbhəsindəki qızlar”
Bu gün Beynəlxalq Qızlar Günü kimi qeyd edilir. BMT Baş Assambleyasının qərarı ilə oktyabrın 11-i Beynəlxalq Qızlar Günü kimi təsis edilib. Bu günün qeyd olunmasında əsas məqsəd diqqəti qızların hüquqlarının müdafiəsinə, oğlan və qızlar arasında gender bərabərliyinin təmin olunmasına, müxtəlif növ ayrı-seçkilikdən və baxımsızlıqdan əziyyət çəkən qızlara yönəltməkdir. Beynəlxalq Qızlar Gününün builki devizi isə “Böhranın ön cəbhəsindəki qızlar” adlanır.
Qızlar həyatlarının hər bir yaş mərhələsində təhlükəsizlik, təhsil və sağlamlıq hüququna malik olmalıdırlar. Yetkinlik dövründə hər bir dəstəyi alan qızlar gələcəkdə kadr, sahibkar, siyasi lider ola bilmək üçün öz potensiallarını daha yaxşı həyata keçirə və dünyaya daha yaxşı töhfələr verə bilərlər.
Hazırda dünyada 1 milyarda qədər gənc yaşayır ki, onlardan da 600 milyonu yetkinlik yaşında olan qızlardır. Onlar gələcəyimizin qurulmasında böyük potensiala malikdir. Son 15 ildə dünya ictimaiyyəti qızların həyatının yaxşılaşdırılmasında əhəmiyyətli irəliləyiş əldə edib. Lakin müasir dövrümüzdə hələ də elə ölkələr var ki, orada qızlara, qadınlara qarşı fərqli yanaşmalar, ayrı-seçkilik mövcuddur.
Hər 3 qızdan biri 18 yaşına çatmamış ərə gedir
Beynəlxalq ekspertlər bildirirlər ki, dünyada gedən bir sıra proseslər qızların həyatında silinməz izlər qoyur: Onlar məktəbdən yayındırılır, erkən yaşda ərə verilir, insan alverinə məruz qalırlar. Dünyada orta hesabla 20-24 yaş arasında olan hər üç qadından biri 18 yaşına çatmamış ərə gedir. Bu cür qızların üçdə biri 15 yaşına çatmamış nikaha daxil olur. Uşaq nikahı əsas insan haqlarının pozulması deməkdir və qızların həyatının bütün aspektlərinə mənfi təsir göstərir. Erkən nikahlar qızları uşaqlıq çağından məhrum edir. Onları zorla təhsildən əl çəkməyə məcbur edirlər. Bu cür qızların imkanları son dərəcə məhdudlaşdırılır, lakin zorakılığa məruz qalmaq və yoldan çıxarılma halları bir neçə dəfə yüksəkdir.
Qız övladına sevgi göstərmək sadəcə onları hər hansı bir gələcəyə hazırlamaq deyil, eyni zamanda, onlara müstəqil düşüncə, özlərinə inam və həyatda yer tapmaq üçün lazım olan bütün təcrübələri verməkdir. Bu, həm də qadınların cəmiyyətdəki rolunun inkişafını stimullaşdıran bir yanaşmadır. Ailələr qızlarını gələcəyin tədqiqatçıları, müəllimləri, iş qadınları olaraq yetişdirməkdən heç vaxt çəkinməməlidirlər. Çünki bir qadının gücü, bütün cəmiyyətin gücüdür!
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45

